Dalağın cərrahi xəstəlikləri
Hazırladı : assist. Rzayev T.
I cərrahi xəstəliklər kafedrası,
Redaksiya heyəti: prof.Bayramov N., t.f.d.Hümmətov A.
Rezident: Mürvələdova N., Şirinova X.
1. Dalaq hansı nahiyədə yerləşir?
- A. Retroperitoneal
- B. Epiqastral
- C. Sağ qabırğaaltı
- D. Sol qabırğaaltı
- E. E.Hipoqastral
D. Dalaq qarının sol yuxarı qvadrantda (sol qabırğaaltı nahiyədə) yerləşir: yuxarıdan diafraqma, anterior, lateral, posteriorda qabırğa qövsi ilə qornur
2 Normal dalağın çəkisi nə qədərdir?
- A. 200-250 qr
- B. 25-50 qr
- C. 75-150 qr
- D. 300-500 qr
- E. 600-750 qr
C. Normal dalağın çəkisi 75-150 qr-dır
3 Dalaq arteriyası əksər hallarda aşağıdakı damarlardan hansından ayrılır?
- A. Qarın aortasi
- B. Qarın kötüyü
- C. Yuxarı çöz arteriyası
- D. Sol böyrək arteriyası
- E. Qalça arteriyası
B. Dalaq arteriyası qarın kötüyünün (trunks celiacus) şaxələrindən biridir. Dalaq venası isə yuxarı çöz venası ilə birləşib portal venanı əmələ gətirir.
4 Dalağın travmasında ilk saatlarda aşağıdakı əlamətlərdən hansı olmur?
- A. A.Yüksək hərarət
- B. B. Ağrı
- C. C. Başhərlənmə
- D. D. Huşun itməsi
- E. Ürəkbulanma
A. Dalağın travması (zədələnməsi) zamanı ilk saatlarda qarında ağrı, başhərlənmə, huşun itməsi, ürəkbulanman kimi şikayətlər qeyd olunur. Hərarət adətən ilk saatlarda olmur, dalaq hematoması infeksiyalaşarsa hərarət ola bilir.
5 Dalağın travması zamanı hansı instrumental müayinə üsulu daha çox istifadə edilir?
- A. USM
- B. KT
- C. Endoskopiya
- D. MRT
- E. ERXPQ
A. Qarının travmalarında ilkin görüntüləmə müayinəsi kimi standart olaraq USM istifadə edilir. USM qaraında mayeni (qan), parenximatoz orqanların, o cümlədən dalağın zədələnməsini (daxili qanaxmanı və dalaq kapsulunun tamlığının pozulmasını) təyin etmək üçün vacib müayinədir. KT stabil xəstələrdə tətbiq edilir, parenximatoz orqan zədələnəməsini daha dəqiq görmək, damar zədələnmələrini yoxlamaq, boşluqlu orqan və sümük zədələnmələrini dəqiqləşdirmək üçün istifadə edilir. MRT travmalarda az istifadə edilir. ERXPQ öd yolları və pankreas axacağı zədələnmələrində tətbiq edilə bilər.
6 USM-də dalağın zədələnməsi tapılan xəstədə qarın boşluğunun icmal rentgenoskopiyasında havanın müəyyən olunmuşdur. Aşağıdakı orqanlardan hansının yanaşı zədələnməsi ola bilər?
- A. Böyrək
- B. Qaraciyər
- C. Boşluqlu üzv
- D. Bağırsaq çözü
- E. Mədəaltı vəzi
C. Dalağın zədələnməsi ilə birlikdə icmal rentgenoskopiya zamanı xəstənin qarın boşluğunda (periton boşluğunda) sərbəst havanın müəyyən olunması yanaşı olaraq boşluqlu üzvlərin (mədə və bağırsaqların) zədələnməsi zamanı rast gəlinir.
7 Qarının travmasından bir neçə gün sonra xəstədə daxili qanaxma əlamətləri qeyd edilirsə aşağıdakılardan hansıdır?
- A. Sidik kisəsinin zədələnməsi
- B. Mədə-bağırsaq qanaxması
- C. Retroperitoneal hemotoma
- D. Mədəaltı vəzin zədələnməsi
- E. Dalaq hematomasının partlamasi
E. Qarın boşluğunun küt travmaları zamanı bəzən dalağın subkapsulyar zədələnməsi müşahidə edilir və bir müddət sonta kapsula partladıqdan sonra xəstədə daxili qanaxma əlamətləri qeyd edilir.
8 Dalaq travmasında "hacıyatmaz" simptomu nədir?
- A.Xəstə uzandıqda ağrı artır,oturanda nisbətən azalır
- B. Tərs Trendelenburq vəziyyətində sol çiyində kəskinləşən ağrı
- C. Sol qabırğaaltı nahiyənin palpasiyası zamanı ağrının artması
- D. Döş-körpücük-məməciyəbənzər əzələnin ayaqcıqlarını sıxdıqda ağrı
- E. Sol qalça nahiyyəsinin perkussiyası zamanı kəskin ağrının olması
A. Daxili qanaxması olan xəstələr məcburi oturmuş vəziyətdə olurlar. Onlar uzanmaq istədikdə kəskin ağrılar olduğu üçün əvvəlki vəziyyətlərin almış olurlar ki, buna "Hacıyatmaz" simptomu deyirlər. Buna səbəb isə diafraqmal peritonun geniş sahədə qıcıqlanmasıdır.
9 Dalağın travmaları zamanı daxili qanaxmanı təyin etmək üçün aşağıdakı üsullardan hansının ilk növbədə aparılması məqsədəuyğundur?
- A. Qastroskopiya
- B. Laparosentez
- C. Torokosentez
- D. USM
- E. Torokoskopiya
D. Qarın travmalarında qarındaxili qanaxmanı yoxlamaq üçün əvvəllər laparosentez istifadə edilirdi. Son onilliklərdə bu məqsədlə standart olaraq USM tətbiq edilir. USM qeyri-invaziv, tez yerinə yetirilən və ucuz üsul olmaqla yanaşı qarındaxili qanaxmaları və parenximatoz orqan zədələnmələrini göstərən hassas üsuldur.
10 Splenorafiya nədir?
- A. Zədələnmiş dalağın hissəvi xaric edilməsi
- B. Zədələnmiş dalağın tikilməsi
- C. Zədələnmiş dalağın tam xaric edilməsi
- D. Dalaq toxumasının (pulpanın) piylik kisəsinə köçürülməsi
- E. Splenorenal şuntun qoyulması
B. Dalağın zədələnmələri zamanı, xüsusən iti alətlə kapsulanın zədələnmələrində yaranın tikilməsi əməliyyatı aparılır ki, bu splenorrhaphia (Spleno-dalaq + rhaphe –tikmək ) adlanır. Dalağın tam çıxarılmasına splenektomiya, hissəvi çıxarılmasına rezeksiya, piyliyə və digər toxumaarası sahələrə köçürülməsinə autotrasnplatasiya deyilir.
11 Dalağın travmaları zamanı qeyri-operativ müalicə üsuluna aşağıdakılardan hansı aiddir?
- A. Hemostatik müalicə
- B. Hemodinamik müşahidə, USM nəzarəti, infuziya, transfuziya
- C. Ambulator müşahidəsi üçün xəstənin evə göndərilməsi
- D. Aclıq, qarına buz, qoyulması, təmizləyici imalə
- E. Xəstəyə antibiotiklərin təyin edilməsi
B. Qeyri-operativ yola müalicəyə hemodinamik müşahidə, USM və ya KT nəzarəti, kristaloid məhlullar və qan köçürülməsi daxildir. Uşaqların dalağı böyüklərlə müqayisədə daha qalın kapsula və xeyli hamar əzələ qatına malikdir. Bu faktorlar uşaqların dalağında hemostazın sabitliyini təmin edir. Qeyri-operativ müalicə hemodinamik stabil xəstələrdə göstərişdir. Yaşından asılı olmayaraq kristalloid infuziyasından sonra hemodinamik göstəricilər bərpa edilmədikdə xəstələr təcili laporotomiya olunmalıdırlar.
12 Postsplenektomik sindrom (PSS ) daha çox kimlərdə inkişaf edir?
- A. 4 yaşa qədər uşaqlarda
- B. Qadınlarda
- C. Kişilərdə
- D. Qeyri-ənənəvi həyat tərzi keçirən şəxslərdə
- E. Yaşlılarda
A. Sağlam şəxslərdə splenektomiya olunduqdan sonra Postsplenektomik sindrom riski 1,5%-2,1%, hematoloji patologiyalar zamanı isə 2-7,5% arasındadır. Həmçinin yaşı 4-dən az olan uşaqlarda risk daha böyükdür və 2,5 % təşkil edir. Uşaqların daha böyük risk altında olması təsdiq edilmişdir.
13 Postsplenektomik sepsis nədən sonra inkişaf edir?
- A. Qaraciyərin rezeksiyasından sonra
- B. Mədə-bağırsaq qanaxmasından sonra
- C. Ürək-damar çatmazlığından sonra
- D. Paralitik bağırsaq keçməzliyindən sonra
- E. Yuxarı tənəffüs yollarının infeksiyasından sonra
E. Splenektomiyadan sonra kapsullu bakteriyalara qarşı immunitet ciddi zəifləyir. Ona görə də splenektomiydan əvvəl və ya sonrakı 1-2 həftə ərzində pnevmokokklara və meningokokklara qarşı peyvən olunma məsləhətdir. Splenektomiyadan sonra 1 il ərzində 1,5% hallarda postsplenektomik sepsis baş verir. Splenektomiya olunmuş xəstələrdə yuxarı tənəffüs yollarının infeksiyasından sonra qəfil qızdırmanın meydana çıxması, üşütmə, ürək bulanma və qusma ilə müşaiət olunan haldır. Bu vəziyyət 12-24 saat ərzində şok, damardaxili yayılmış laxtalanma və adrenal çatışmazlıqla müşaiyət olunan ildırımsürətli sepsisə keçir. Ölüm halları 40-70% arasındadır.
14 Dalaq saxlayıcı əməliyyat daha çox hansı travmalar zamanı mümkündür?
- A. Dalaq qapısının qopmalarında
- B. Qapalı travmalarda
- C. İti alətlə zədələnmələrində
- D. Dalağın subkapsulyar partlamasında
- E. Dalağın əzilməsində
C. Mövcud təlimatlara əməl olunaraq dalağın xilası iti alətlə zədələnmələrin təxminən yarısında mümkündür.
15 Dalağın autotransplantasiyasının ən çox tətbiq ounan üsulu hansıdır?
- A. Dalaq toxumasının piylik kisəsinə köçürülməsi
- B. Dalağın çanaq boşluğuna köçürülməsi
- C. Donor dalağının tam və ya hissəvi köçürülməsı
- D. Meyid dalağının tam və ya hissəvi köçürülməsı
- E. Dalağın sərbəst qarın boşluğuna köçürülməsi
A. Dalağın autotransplantasiyası toxumasının (pulpanın) zəngin qan təchizi olan piylik kisəsinə köçürülməsidir. Zaman keçdikcə transplantın ölçülərinin böyüməsi müəyyən olunur.Sadalanan digər köçürmələr praktikada tətbiq edilmir.
17 Splenektomiya olunmuş xəstələrə aşağıdakılardan hansı məsləhət görülmür?
- A. İnfeksiyalardan qorunma
- B. Radio- və kimya terapiya
- C. Infeksiyaya qarşı aktiv mübarizə
- D. Pnevmokokk vaksinasiyası
- E. Antibiotik profilaktikası
B. Splenektomiya olunmuş xəstələrdə Postsplenektomik sepsisin qarşısını almaq məqsədi ilə immuniteti zəiflədən radio- və kimyəvi terapiyanın aparılmasına ehtiyatla yanaşmaq lazımdır.
18 Hipersplenizm nədir?
- A. Splenomeqaliyalı xəstədə eritrositlər, leykositlər və trombositlərin sayının azalması
- B. Dalağı normal olan xəstədə eritrositlər, leykositlər və trombositlərin sayının azalması
- C. Splenektomiya olunmuş xəstədə eritrositlər, leykositlər və trombositlərin sayının artması
- D. Splenomeqaliyalı xəstədə eritrositlər, leykositlər və trombositlərin sayının artması
- E. Splenektomiya olunmuş xəstədə eritrositlər, leykositlər və trombositlərin sayının azalması
A. Splenomeqaliyalı xəstədə eritrositlər, leykositlər (neytrofil qranulositlərin) və trombositlərin sayının azalması.
19 Hipersplenizmin səbəbləri aşağıdakılardan hansı deyil?
- A. Malyariya
- B. Qaraciyərin sirrozu
- C. Vərəm
- D. Mədə xorasi
- E. Limfoma
D. Mədə xorası olan xəstələrdə hipersplenizmə rast gəlinməz. Hipersplenizmin səbəbləri spesfik infeksiyalar (Vərəm), parazitar xəstəliklər, limfoma və qaraciyərin sirrozu zamanı rast gəlinir.
20 Aşağıdakılardan hansı hipersplenizmin əlamətləri deyil?
- A. Selikli qişalarda qansizmanın olması
- B. Dalaq ölçüsünun böyüməsi
- C. Qan hüceyrələrinin sayının azalması
- D. Qarının sol yarısında ağrıların olması
- E. Albuminin miqdarının azalması
E. Albumin qaraciyərdə sintez olunduğu üçün hipersplenizim zamanı qanda albuminin miqdarı azalmaz.
21 Hipersplenizm zamanı hansı əlamət rast gəlmir?
- A. İmmun çatışmazlıq
- B. Qaraciyərdənkənar sarılıq
- C. Trombositopeniya
- D. Diareya
- E. Anemiya
D. Anemiya, trombositopeniya, immun çatmazlıq və perihepatik sarılıq kimi əlamətlər hipersplenizimüçün xarakterikdir, diarreya isə xarakterik deyil.
22 Aşağıdakılardan hansı splenomeqaliyanın səbəbi deyil?
- A. Talassemiya
- B. Revmatoid artrit
- C. İdiopatik trombositopenik purpura
- D. Xronik leykemiya
- E. Dalaq venasının trombozu
C.İdiopatik trombositopenik purpura autoimmun mənşəli trombositopeniyadır. Bu xəstəlikdə dalaq böyümür və məhz dalağın böyüməməsinə görə hpersplenzim törədən digər xəstəliklərdən diferensasiya edilir. Digər səbəblər splenomeqaliya törədirlər.
23 Hipersplenizmin müalicəsində ilk seçim nədən ibarətdir?
- A. Splenoektomiya
- B. Dalaq arteriyası embolizasiyası
- C. Splenorenal yanyolun qoyulması
- D. Səbəbin aradan qaldırılması
- E. Dalağın piylik kisəsinə köçürülməsi
D. Hipersplenizm əksər hallrda (95%) dalağın birincili xəstəliyi deyil və ikincili xəstəlikdir. Ona görə də səbəbin aradan qaldırılması ilk seçimdir. Səbəb aradan qaldırılmazsa ikinci seçim kimi splenektomiya, arteriya liqasiyası, splenorenal yanyol edilə bilər. Splenektomiya seçilərsə autotransplantasiya unudulmamalıdır.
24 Splenomeqaliya nədir?
- A. Dalağın həcminin böyüməsi
- B. Dalağın tam xaric edilməsi
- C. Dalağın hissəvi xaric edilməsi
- D. Dalaqda olan yaranın tikilməsi
- E. Dalağın həcminin kiçilməsi
A. Splenomeqaliya dalağın həcminin böyüməsinə deyilir.
25 Splenektomiya hansı məqsədlə aparılmaz?
- A. Diaqnostik məqsədlə
- B. Travmalarda qanaxmanı dayandırmaq üçün
- C. Xəstə qan hüceyrələrinin ömrünü uzatmaq üçün
- D. Dalaqda yerləşən xəstəlik mənbəyi və kütlələri çıxarmaq üçün
- E. Splenomeqaliyanı aradan qaldırmaq üçün
E. Splenektomiya splenomeqaliyanı aradan qaldırmaq üçün aparılmaz, hipersplenizmi aradan qaldırmaq üçün aparılar. Splenektomiyanın digər 4 məqsdləri yuxarıdakı cavablardakılardır.
26 Aşağıdakılardan hansı splenektomiyaya göstəriş deyil?
- A. Böyük exinokokk
- B. İnvaziv şişlərdə en-blok splenektomiya
- C. Kəskin leykemiya
- D. Dalağın birincili törəmələri
- E. Xəstə dalağın zədələnməsi
C. Kəskin leykemiya splenektomiyaya əks göstərişdir. Digərləri splenektomiyaya mütləq göstərişlərdir.
27 Splenektomiyaya göstərişlərdən biri xəstə qan hüceyrələrinin ömrünü uzatmaqdır. Aşağıdakılardan hansı bu göstərişə ail deyil ?
- A. Oraq hüceyrəli anemiya
- B. Autoimmun hemolitik anemiya
- C. İdiopatik trombositopenik purpura
- D. Talassemiya
- E. Aqranulositoz
E. Göstərilən xəstəliklərin hamısı qan hüceyrələrinin xəstəlikləridir. Aqranulositoz splenektomiyaya əks göstərişdir. Digərlərində isə eritrosit və trombositlərin destruksiyasını azaltmaq üçün splenektomiya aparılır.