Digər
Azərbaycan Tibb Universitetinin I Cərrahi Xəstəliklər Kafedrasının 2016-2017 tədris ili rezident məzunları 06.10.2017 tarixində kafedra əməkdaşları qarşısında hesabat verdilər. Bu hesabatda onların nəzəri və təcrübi nailiyyətləri, xarici ölkələrdə keçdikləri kurslar, iştirak etdikləri yerli və beynəlxalq konqreslər, konfranslar, simpoziumlar, yarışlar öz əksini tapmışdır. Daha sonra I Cərrahi Xəstəliklər Kafedrasının əməkdaşları və Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsinin tibb personalı “Rezident Vida Yeməyi” çərçivəsində masa ətrafına toplaşdılar. Sonda məzun rezidentlər Kafedranın Rəhbərliyinə, əməkdaşlarına və şöbənin tibb personalına minnətdarlıq bildirdilər.