Diafraqmanın cərrahi xəstəlikləri
Hazırladı: dos. Rəfiyev S.
I cərrahi xəstəliklər kafedrası.
Redaksiya heyəti: prof. Bayramov N., dos. Rüstəm Ə., t.f.d. Hümmətov A.
Rezident: Mürvələdova N.
1. Diafraqmanın qarışıq yırtıqlarında bu əməliyyatlardan hansı daha effektlidir?
- A. Nissen fundoplikasiyası+ krurorafiya
- B. laparoskopik fundoplikasiya+ alloplastika
- C. Heller əməliyyatı
- D. Dor əməliyyatı
- E. Hill əməliyyatı
B. Qarışıq yırtıqlarda (sürüşkən və paraezöfageal) hər 2 defekt aradan qaldırılmalıdır. Hiatal defekt böyük ölçülü olduğundan alloplastik material istifadəsi vacibdir. Fundoplikasiya üsulu əməliyyatönü manometriyanın nəticəsindın asılı olaraq seçilir.
2. Hansı preparat hıçqırığı aradan qaldırmır?
- A. baklofen
- B. metoklopromid
- C. diklofenak
- D. xlorpromazin
- E. domperidon
C. Hıçqırıq üzvi və funksional, sinir və periferik mənşəli olur. Sinir mənşəli hıçqırıqlarda sakitləşdiricilər, periferik mənşəli funksional hıçqırıqlarda isə prokinetiklər effektlidir. Diklofenak geyri-steroid iltihab əleyhinə preparatlar qrupuna daxildir. Diklofenakın hansı qrupa aid olmasının bu suala nə aidiyyatı var. Gərək ki, bu testlər farmakologiyaya yox, cərrahlığa aiddir!
3. Hiatal yırtıqların diaqnostikasında ..... üsulu "qızıl standart" hesab olunur.
- A. Qida borusunun R-qrafiyası
- B. Fibroqastroskopiya
- C. Manometriya
- D. Ph-metriya
- E. Ultrasəs müayinəsi
B. FQDS üsulu "qızıl standart" olaraq ezöfagitin dərəcəsini, hiatal yırtığın növünü və ölçülərini təyin etmək üçün daha informativdir (98%).
4. .... QERX-in operativ müalicəsi üsulu deyil.
- A. Nissen əməliyyatı
- B. Dor əməliyyatı
- C. Hill əməliyyatı
- D. Heller əməliyyatı
- E. Toupet əməliyyatı
D.Heller miotomiyası qida borusunun axalaziyasının cərrahi müalicəsi üsuludur.
5. Barret qida borusunun metaplaziya mərhələsində seçim əməliyyatı hansıdır?
- A. Endoskopik fundoplikasiya
- B. Qida borusunun rezeksiyası
- C. Endoskopik mukozoektomiya
- D. Diafraqmal kururorafiya
- E. Nissen fundoplikasiyası
E. Qida borusu rezeksiyası ağır dərəcəli displaziyada və kanserdə göstərişdir. Endoskopik mukozektomiya və fundoplikasiya hələki geniş yayılmayıb və effektivlikləri dəqiqləşməyib. Kururorafiya Barret metaplaziyasının müalicəsi deyil. Aparılan tədqiqatlara əsasən Nissen fundoplikasiyası Barret metaplaziyasının inkişafının dayandırılmasına və bəzi hallarda geri dönməsinə səbəb olur.
6. Diafraqmanın relaksasiyasında .... əməliyyatı effektlidir?
- A. Diafraqmanın dupplikasiyası
- B. Hiatal dəliyinin tikilməsi
- C. Laparoskopik fundoplikasiya
- D. Hill əməliyyatı
- E. Heller miotomiyası
A.Diafraqmanın relaksasiyası zamanı dupplikasiya və alloplastika effektli əməliyyat üsulu qəbul edilmişdir.