ÖD YOLLARI XƏSTƏLİKLƏRİ
Hazırladı: prof. Bayramov N.
Rezident: Hacıbabayev S
Redaksiya heyəti: prof. Bayramov N., t.f.d. Mahmudov M.
1 Sarılıqla müşayət olunan kəskin daşlı xolesistitdə ilk növbədə nədən şübhələnmək olar?
- A. Hepatoselülyar karsinoma
- B. Xoledoxolitiaz
- C. Proksimal öd yollarının şişi
- D. Mədəaltı vəzi psevdokistası
- E. Qaraciyərdaxili xolestaz
B. Kəskin daşlı xolesistitin ən çox rast gələn ağırlaşmalarından biri (15-20%) xoledoxolitiazdır. Ona görə də ilk növbədə xoledox daşından şübhələnmək lazımdır. Sadalanan digər patologiyalar da sarılıq törədə bilərlər, lakin bunları xoledoxolitiaz inkar olunduqdan sonra araşdırmaq məsləhətdir
2 Öd yollarında instrumental müayinə zamanı havanın aşkar olunması hansı patoloji halın mövcudluğunu göstərir?
- A. Sklerozlaşan xolangit
- B. Xoledoxun obstruksiyası
- C. Biliodigestiv fistula
- D. Biliar hipertenziya
- E. Nekrozlaşan pankreatit
C. Öd yollarında havanın mövcudluğu boşluqlu orqanlarla əlaqənin və ya infeksiyanın olduğunu göstərir ki, bunun da üç növü var: biliodigestiv fistullar, bilioenterik anastomozlar və ya sfinkterotomiya, emfizematoz xolangit. Daşın öd kisəsi divarına və ya qaraciyərxarici öd yolunun divarına uzunmüddətli təzyiq etməsinin nəticəsi olaraq divar nekrozu və yaxınlıqdakı mədə-bağırsaq traktı seqmentinə (12 b.bağırsaq, nazik, yoğun bağırsaq, mədə) patoloji yol (fistula) açıla bilir. Buna bilio-enterik fistul deyilir
3 Sarılıqla əlaqədar hansı ifadə yanlışdır?
- A. Sarılıq toxumaların sarı rəngə boyanmasıdır
- B. Sarılıq sindromunda bilirubin mütləq artmalıdır
- C. Bilirubin arta bilər, lakin skleralar sarı olmaya bilər
- D. Skleralar normal rəngdə olarsa sarılıq inkar olunur
- E. Mexaniki sarılıqda axolik nəcis aşkar olunur
D. Dəri, skleraların və sеlikli qişaların sarı rəngdə olması və ya olmaması sarılığı təsdiq və ya inkar еtmir. Sarılığın təsdiqi üçün qanda hipеrbilirubinеmiya olmalıdır. Çünki örtük toxumaların saralması hipеrbilirubinеmiya olmadan da mümkündür və zəif hi-pеrbilirubinеmiyada (<40 mmol/l) sarılıq olmaya da bilər
4 Aşağıdakıların hansı sarılığı təsdiq və ya inkar edə bilər?
- A. Xolangitin olması
- B. Qanda bilirubinin miqdarı
- C. Skleraların rəngi
- D. Qələvi fosfatazanın səviyyəsi
- E. Sidikdə urobilinogenin miqdarı
B.Dəri, skleraların və sеlikli qişaların sarı rəngdə olması və ya olmaması sarılığı təsdiq və ya inkar еtmir. Sarılığın təsdiqi üçün qanda hipеrbilirubinеmiya olmalıdır. Çünki örtük toxumaların saralması hipеrbilirubinеmiya olmadan da mümkündür və zəif hipеrbilirubinеmiyada (<40 mmol/l) sarılıq olmaya da bilər. Qələvi fosfataza yalnız xolestatik sarılıqlarda artır. Sidikdə hiperbilirubinemiya mexaniki sarılığı digərləri ilə diferensa-siya üçün istifadə edilir, hazırda az hallarda lazım gəlir
5 Aşağıdakılardan hansında qanda əsasən birləşmiş (konyuqasiya olunmuş) bilirubin artır?
- A. Krigler-Najjar sindromu
- B. Jilber sindromu
- C. Hepatit
- D. Hemoliz
- E. Mexaniki sarılıq
E. Jilbert sindromu, Krigler-Najjar sindromlarında, hemolizdə əsasən birləşməmiş bilirubin fraksiyası artır. Hepatitlər üçün həm birləşmiş, həm də sərbəst bilirubinin artması xarakterikdir. Mexaniki sarılığın erkən dövrlərində birləşmiş bilirubin, sonra isə hər ikisi artır
6 Uzunmüddətli mexaniki sarılıqda hansına nadir rast gəlinir?
- A. Düz (konyuqə olunmuş) bilirubinin artması
- B. Öd yollarının normal ölçüdə olması
- C. Qələvi fosfatazanın artması
- D. Qaraciyər enzimlərinin artması
- E. Hepatomeqaliya ilə yanaşı olması
B. Birləşmiş bilirubinin təkbaşına və ya sərbəst bilirubinlə birlikdə artması, yanaşı xolestaz enzimlərinin (QF, QQT) artması, qaraciyər enzimlərinin normada olması və ya nisbətən artması xolestatik sarılıq kimi qəbul olunur. Xolestatik sarılığın isə iki növü var: tıxanma (obstruktiv, ekstrahepatik, mexaniki) və intrahepatik. Xolestatik sarılıq təyin olunan hallarda isə ilk növbədə tıxanmanın olub-olmadığı araşdırılmalıdır. Hеç bir laborator və ya klinik üsulla tıxanmanı intrahеpatik sarılıqdan ayırmaq mümkün dеyil. Bunların ayrımındakı ən önəmli əlamət öd yollarında manеə və gеnişlənmədir.
Çox az hallarda (müvəqqəti tıxanma, düşən daş, «qapaqşəkilli daş», aktiv azalan sarılıq, sarkoidoz, sirroz) böyük öd yollarında gеnişlənmə görünməyə bilər.
7 Xoledoxolitiazın sepsis törədə bilən ən təhlükəli fəsadı hansıdır?
- A. Birincili sklerozlayıcı xolangit
- B. İkincili sklerozlayıcı xolangit
- C. Sancışəkilli ağrı
- D. Kəskin xolangit
- E. Latent gedişat
D. Kəskin xolangit xoledoxolitiazın təhlükəli ağırlaşmasıdır və təcili müalicə olunmazsa sepsisə və poliorqan yetməzliklərinə səbəb ola bilir. Kəskin xolangit - "öd yollarındakı təzyiqli irindir" və ya "kəskin xolangit = tıxanma + infeksiya hipertenziya ± sepsis".
8 Şarko triadası hansı simptomlardan ibarətdir?
- A. Ağrı, ürəkbulanma, hərarət
- B. Sarılıq, ürəkbulanma, hərarət
- C. Sarılıq, ağrı, hərarət
- D. Ürəkbulanma, qusma, axolik nəcis
- E. Huşun pozulması, sarılıq,hərarət
C. Kəskin xolangit özünü əksər hallarda (70%) klassik Charcot triadası ilə biruzə vеrir: sağ qabırğaltı nahiyyədə ağrı, sarılıq (80%) və hərarət (üşütmə ilə və ya üşütməsiz, (95%).
9 Xoledoxdakı daşı aşkar etmək üçün ilkin müayinə üsulu hansıdır?
- A. Laborator müayinə
- B. Xolangioqrafiya
- C. Transabdominal USM
- D. KT
- E. ERXPQ
C. Xoledox daşlarının müəyyən etmək üçün ən dəqiq üsullar MRT, əməliyyatdaxili xolangioqrafiya, endoskopik retroqrad xolangioqrafiya, endoskopik və laparoskopik USM-dir. Transabdominal USM-in xoledoxolitiazda həssalığı aşağıdır (50%), USM-də xoledox daşını və dolayı əlamət olan genişlənməni görmək mümkündür, lakin inkar etmək çətindir. USM azinvaziv, ucuz və tez başa gələn müayinə kimi öd yolları patologiyalarını yoxlamaq üçün ilkin müayinə üsuludur. Xoledox patologiyasına böyük şübhə olarsa və ya xoledox patologiyasını inkar etmək lazım gələrsə dəqiq müayinə üsullarının biri seçilə bilər. KT-nin həsasslığı isə daha azdır (20%).
10 Xoledox genişlənməyibsə USM-dən sonra daşın yerini dəqiqləşdirmək üçün ilk növbədə hansını seçərsiniz?
- A. Rentgen
- B. ERXPQ
- C. KT
- D. Perkutan xolangioqrafiya
- E. MRXPQ
E.Xoledox daşlarının müəyyən etmək üçün ən dəqiq üsullar MRT, əməliyyatdaxili xolangioqrafiya, endoskopik retroqrad xolangioqrafiya, endoskopik və laparoskopik USM-dir. Bu üsullar arasında MRXPQ invaziv olmadığı üçün son illər daha çox tövsiyə olunur, həsasslığı və spesifikliyi yüksəkdir (96%-dən yuxarı).
11 Kəskin xolesistitin ən çox rast gələn səbəbi hansıdır?
- A. Xolesterin polipi
- B. Daşlar
- C. Bədəndə böyük yanıqlar
- D. Keçirilmiş böyük əməliyyatlar
- E. Sepsis
B. Kəskin xolesistit öd kisə¬sinin kəskin iltihabı olub əksər hallarda (90%) öd daşının kisə axacağında pərçimlən¬məsi nəticəsində, az hallarda isə ümumi ağır xəstəlik və əməliyyatlardan sonra meydana gəlir.
12 Kəskin daşlı xolesistitin patogenezini hansı daha düzgün ifadə edir?
- A. Daşla tıxanma infeksiya iltihab
- B. Daşla tıxanma iltihab infeksiya
- C. Daşla tıxanma işemiya iltihab
- D. Daşla tıxanma hipertenziya işemiya iltihab
- E. Daşla tıxanma işemiya iltihab hipertenziya
D. Öd kisəsinin kəskin iltihabında əsas başladıcı və aparıcı patomexanizm divar işemiyasıdır. Bunu iki mexanizm törədə bilir: kisədaxili hipertenziya və birincili qan dövranı pozulması. Hiper-tenziya adətən öd daşlarının kisə axacağında ilişməsinə bağlı meydana gəlir. Daşlar bir tərəfdən tıxanma, digər tərəfdən isə selikli qişada qıcıqlanma və sekresiya törədərək hipertenziyaya səbəb olurlar. Hipertenziya divar işemiyasına, bu isə aseptik iltihabın inkişafına səbəb olur. İnfeksiya adətən iltihabi prosesə ikincili olaraq qoşulur və prosesi ağırlaşdırır.
13 Kəskin xolesistitlərin spontan sönməsində ən önəmli rol oynayan hansıdır?
- A. İltihab bölgəsinin piyliklə hüdudlanması
- B. İnfeksiyanın aradan qalxması
- C. Tıxanmanın aradan qalxması
- D. Oddi sfinkterinin boşalması
- E. Öd ifrazının artması
C. Daşlı xolesistit xəstələrin təxminən yarısında spontan olaraq 7-10 gün ərzində sönür, digər yarısında isə infeksiyon və digər ağırlaşmalar baş verir. Tıxanmanın aradan qalxması spontan sönmədə əsas rol oynayır. Bu mexanizmdən praktikada da istifadə edilir. Belə ki, əməliyyat mümkün olmayan kəskin xolesistitli xəstələrdə prosesi söndürmək üçün dekompressiya tətbiq edilir.
14 Aşağıdakı əlamətlərdən hansı kəskin xolesistitə xas deyil?
- A. Sağ qabırğaaltında ağrılı kütlə
- B. Merfi simptomu
- C. Ortner simptomu
- D. Meyo-Robson simptomu
- E. Leykositoz
D. Meyo-Robson simptomu kəskin pankreatitdə rast gəlir, digər əlamətlər kəskin xolesistitdə rastlanır.
15 Aşağıdakı müalicə tədbirlərindən hansı yaşlı xəstələrdə tətbiq edilir və təkbaşına istifadə edilərsə kəskin xolesistiti söndürə bilər?
- A. Ac qalma rejimi
- B. Spazmolitiklər
- C. Antibiotikoterapiya
- D. İnfuzion terapiya
- E. Xolesistostomiya
E. Kəskin xolesistitdə iltihabı söndürə bilən yeganə vasitə mənfəzdaxili hipertenziyanın aradan qaldırılmasıdır. Antibiotik və digə müalicələr kəskin xolesistiti söndürmür, adətən infeksiyon ağırlaşmaları azalda bilir. Əməliyyata əks göstərişi olan yaşlı xəstələrdə iltihabı söndürmək üçün dəridən keçən üsulla xolesistomiya edilr, 1,5-2 ay sonra xəstənin ümumi vəziyyəti düzələrsə xolesitektomiya əməliyyatı edilir.
16 Kəskin xolesistitin radikal müalicəsi hansıdır?
- A. Antibiotikoterapiya
- B. İltihabəlehinə dərmanlar
- C. Dekompressiya
- D. Xolesistektomiya
- E. Xolesistoyeyunostomiya
D. Kəskin xolesistitin radikal müalicəsi xolesistektomiyadır və laparoskopik üsul ilk seçimdir. Xolesistoyeyuno-stomiya kəskin xolesistitdə istifadə olunmaz, digər müalicələr isə ağırlaşmaların müalicə və profilaktikası üçündür.
17 Dəridən və qaraciyərdən keçən xolangiyaqrafiyanın hansı fəsadlarının ehtimalı daha yüksəkdir?
- A. Qanaxma, öd peritoniti, xolangit, kəskin pankreat
- B. Daşın xoledoxa düşməsi, öd kisəsinin perforasiyası
- C. Nazik bağırsağın, böyrəyin zədələnməsi
- D. Perikardın , mədə¬nin zədələnməsi
- E. Mədəaltı vəzin zədələnməsi, pankreatik fistula
A. Dəridən və qaraciyərdən keçən xolangiyoqrafiyanın ixtisaslaşmış mütəxəssis tərə¬findən aparılmasına baxma¬yaraq iri çaplı qaraciyər damarlarının və öd yollarının zədələnməsi mümkün¬dür. Bu¬nun nəticəsində qanaxma, öd peritoniti, xolangit, kəskin pankreatit baş verə bilər
18 Öd daşlarında rast gəlməyən kristal hansıdır?
- A. Öd turşusu duzları
- B. Xolesterin
- C. Sistin
- D. Oksalatlar
- E. Fosfatlar
D. Oksalatlar sidik yollarında çox rast gəlir. Öd yollarında rast gəlmirlər
19 Təkrarlanan mexaniki sarılıq nə ilə izah edillir?
- A. Öd kisəsi boynunda ilişmiş daşlarla
- B. Öd kisəsi axacağının daşı ilə
- C. Mədəaltı vəzin cism hissəsinin xərçəngi ilə
- D. Xoledoxun ventil ("qapaq") tipli daşı ilə
- E. Böyük duodenal məməcikdə pərçimlənmiş daş ilə
D. Təkrarlayan mexaniki sarılığın ən çor rast gələn səbəbləri xoledoxda ventil daşlar və Vater məməciyinin törəməsidir. Xoledoxun ventil tipli daşı olanda fasiləli sarılıq baş verir, yəni xoledox bloku müvəqqəti aradan qalxdığı üçün sarılıq əlamətləri azalır.
20 Endoskopik retroqrad xolangiopankreatoqrafiyaya (ERXPQ) əks-göstəriş hansıdır?
- A. Xoledoxolitiaz
- B. Mexaniki sarılıq
- C. Duodenum divertikulu
- D. Pankreas daşları
- E. Kəskin pankreatit
C. ERXPQ həm diaqnostik, həm də müalicə məqsədli yerinə yetirilir. Son illər MRXQ və endoskopik USM-in geniş tətbiqi ilə əlaqədar diaqnostik istifadə ciddi şəkildə azalmışdır. Müalicə məqsədi ilə ERXPQ xoledox və pankreas daşlarında, axacaq daralma-larında, stend qoymaq üçün tətbiq edilr. O cümlədən biliar mənşəli kəskin pankreatitlərdə erkən 48 saatda ERXPQ ilə xoledox patologiyasına müdaxilə (sfinkterotomiya, daşçıxarma) kəskin pankreatitin gedişini yaxşılaşdıra bilir. Duodenumun divertikullarında ERXPQ təhlükəli olur (perforasiya) və ya texniki çəhətdən çox çətin olur.
21 Öd kisəsinin boşalmasını təmin edən ən güclü əsas stimul, aşağıdakılardan hansıdır?
- A. Sekretin
- B. Xolesistokinin
- C. Parasimpatik təsir
- D. Simpatik təsir
- E. Mədə turşusu
B. Parasimpatik stimulyasiya, xolesistokinin və motilinlə yanaşı xolinomimetiklər (prozerin, metklopramid) flavonoidlər (fumaria) və s. öd kisəsi yığılmasını artırırlar. Simpatik stimulyasiya, vazointestinal pepdid, somatostatin, xolinoblokatorlar (buskopan), spazmolitiklər kisənin yığılmasını azaldırlar. Xolesistokinin öd kisəsinin saya əzələlərinin yığılmasına və paralel olaraq Oddi sfinkterinin boşalmasına səbəb olan ən güclü amildir. Sekretin öd ifrazını artırır, mədə turşusu öd kisəsinə birbaşa təsir etmir
22 Sarılıqla gələn və laborator göstəricilərin nəticələrinə əsasən sarılığın xolestatik olduğu görünən xəstədə ilk aparılması gərəkən instrumental müayinə metodu aşağıdadakılardan hansıdır?
- A. KT
- B. USM
- C. ERCP
- D. Perkutan xolangioqrafiya
- E. MRXQ
B.Xolestatik sarılığı olan xəstələrdə növbəti məsələ sarılığın intrahepatik, yoxsa tıxanma mənçəli olduğunu araşdıraqdır. Bunun üçün ilk müayinə USM-dir. USM-də qaraciyərdaxili öd yollarının geniş görünməsi tıxanma sarılığını göstərir. Normal görünməsi isə mexaniki sarılığa şübhəni azaldır, lakin inkar etmir. Çünki bəzi mexaniki sarılıqlarda öd yolları genişlənməyə bilir (sirroz, düşən daş, sarkoidoz, sklerozlaşdırıcı xolangit və s). Belə halda isə dəqiq xolangiyoqrafiyalar aparılır (MRXQ ilk seçimdir).
23 Perkutan transhepatik xolangiostomiyaya aid hansı doğrudur?
- A. Distal xoledox blokuna şübhə yaranan zaman edilir.
- B. Qaraciyərdaxili absesi aşkarlamaq üçün seçilən müayinədir.
- C. Endoskopik yolla drenaj olunmayan bilar tıxanmalarda aparılır.
- D. Öd kisəsinin patologiyasına şübhə olduqda əlverişlidir.
- E. E) Bilirubinin 4 mg/dl-dən çox yüksəlməsində bu metod faydalı olmaz.
C. Perkutan transhepatik xolangiostoma (PTX) öd yollarının dekompresisiyası üçün aparılır. Bu üsul öd yollarının cərrahi və ya endoskopik yolla drenaj etmək və stend qoymaq mümükün olmayan tıxanmalarında (törəmələr, strikturlar və s) aparılır.
24 Perkutan transhepatik xolangioqrafiya aşağıdakılardardan hansının diaqnostikasında istifadə olunmur?
- A. Xoledox daşı
- B. Xoledox şişi
- C. Pankreas başının şişi
- D. Öd yollarının strikturası
- E. Xronik hepatit
E PTXQ seqmentar və daha iri ödçıxarıcı yolların patologiyalarının diaqnostikasında nadir də olsa tətbiq edilir (adətən digər üsullar yetərsiz qalarsa). Parenximatoz qaraciyər xəstəliklərində, o cümlədən xronik hepatitin müayinəsində isə istifadə olunmur.
25 On beş gün öncə qarnın küt travmasını alan 45 yaşındakı xəstədə, qarın ağrısı, sarılıq və aşağı həzm traktı qanaxması varsa nəyi düşünərsiniz?
- A. Hemobiliya
- B. Xolangit
- C. Mədənin stres xorası
- D. Dalağın partlaması
- E. 12 b.bağırsaq xorasının perforasiyası
A. Mədə-bağırsaq qanaxmaları qarının travmalarından sonra baş verə bilər. Xəstədə travmadan sonra qanaxma ilə bərabər sarılığın olması Hemobiliya ehtimalını artırır. Hemobiliya öd yollarının və damarların zədələnməsi nəticəsində meydana gəlir ki, bu da ən çox travmalarda, öd yolları müdaxilələrində, portal hipertenziv bilopatiyalarda (öd yolları venalarının varikozu) rast gəlir. Öd yollarına axan qan mexaniki sarılıq törədir, bağırsağa tökülərək mədə bağırsaq qanaxması kimi özünü biruzə verir. Xolangit sarılıq verir lakin qanaxma nadirdir, stress xoraları qanaxma verər, lakin sarılıq verməz, 12bb xorasının perforasiyası qanaxma verməz (əgər yanaşı qanaxma yoxdursa), dalaq partlaması mədə-bağırsaq yox qarındaxili qanaxma verər.
26 Aşağıdakı müayinə növlərindən hansı hemobiliyaya səbəb ola bilər?
- A. Maqnit rezonans tomoqrafiya (MRT)
- B. Perkutan transhepatik xolangioqrafiya (PTXQ)
- C. Qastroskopiya
- D. Kompyuter tomoqrafiya (KT)
- E. Oral xolesistoqrafiya
B. PTXQ invaziv müayinə metodu olduğu üçün həm damarların həm də öd yollarının zədələnməsi nəticəsində hemobiliyaya səbəb ola bilər. Hemobiliya və öd sızıntıları PTXQ-nin ən çox rast gələn ağırlaşmalarıdır.
27 Qırx beş yaşında qadın xəstə yüksək kalorili yemək qəbulundan sonra sağ qabırğaltı nahiyyədə qəfləti başlayan ağrı səbəbi ilə həkimə müraciət edir . Muayinədə sağ qabırğaltı nahiyyədə ağrılı kütlə əllənir. USM-də xoledoxda daş aşkar edilir, diaqnozu dəqiqləşdirmək üçün növbəti müayinə kimi hansını seçərsiniz?
- A. Qarın boşluğunun icmal rentgenoqrafiyası
- B. KT
- C. Venadaxili xolangioqrafiya
- D. MRXPQ
- E. ERXPQ
D. Ultrasəs müayinəsi xoledoxda daş göstərirsə daş var deməkdir. Lakin daşların sayını, ölçüsünü və yanaşı patologiyaları dəqiqləşdirmək üçün daha dəqiq müayinə kimi MRXQ seçilir. ERXPQ daha çox müalicə məqsədi ilə yerinə yetirilir. KT-nin xoledox daşlarında həssaslığı aşağıdır, venadaxili xolangioqrafiya hazırda çox nadir istifadə edilir.
28 Sağ qabırğaltı nahiyyədə ağrı, ürəkbulanma, qusma şikayyətləri ilə gələn 60 yaşındakı qadın xəstəyə ilk olarak aşağıdakılardan hansı edilməlidir?
- A. İcmal rentgenoqrafiya
- B. USM
- C. KT
- D. ERXPQ
- E. Qastroskopiya
B. Qarın patologiyalarında ilkin müayinələrə klinik, laborator və USM aiddir.
29 USM-də xoledox genişlənməsi olan sarılıqlı bir xəstədə sonrakı tətbiq olunan müayinə metodu aşağıdakılardan hansıdır?
- A. KT
- B. MRXPQ
- C. ERXPQ
- D. Venadaxili xolangioqrafiya
- E. PTXQ
B. USM-də xoledox patologiyası görünərsə səbəbini və xarakterini dəqiqləşdirmək üçün ikinci pillə müayinə kimi MRXQ lazımdır. ERXPQ və PTXQ daha çox müalicə məqsədi ilə yerinə yetirilir. KT-nin xoledox daşlarında həssaslığı aşağıdır, venadaxili xolangioqrafiya hazırda çox nadir istifadə edilir.
30 Koaqulopatiyası və sarılığı olan xəstənin USM-ində intrahepatik və ekstrahepatik öd yolları genişləniblər. Diaqnozu dəqiqləşdirmək üçün nə edilməlidr?
- A. İcmal rentgenoqrafiya
- B. Xolesistoqrafiya
- C. KT
- D. ERXPQ
- E. MRXPQ
E. USM-də xoledox patologiyası görünərsə səbəbini və xarakterini dəqiqləşdirmək üçün ikinci pillə müayinə kimi MRXQ lazımdır. ERXPQ və PTXQ daha çox müalicə məqsədi ilə yerinə yetirilir. KT-nin xoledox daşlarında həssaslığı aşağıdır, venadaxili xolangioqrafiya hazırda çox nadir istifadə edilir.
31 Sarılıqlı xəstədə, qanda ümumi bilirubin səviyyəsi 4.4 mg/dL (mkmol/ml), düz (birləşmiş) bilirubin fraksiyası 3.0 mg/dL-dir. Bu xəstədə, diaqnoz qoymağa ən az yararlı olan müayinə aşağıdakılardan hansıdır?
- A. Angioqrafiya
- B. USM
- C. Perkutan transhepatik xolangiografiya
- D. MRXPQ
- E. ERXPQ
A. Angioqrafiyanın öd yolları patolofiyalarında yeri çox azdır, qaraciyər patologiyalarında isə az istifadə edilir, xüsusən xəstəliyin damar patologiyası ilə əlaqəsini təsdiq və ya inkar etmək üçün aparılır (Baddi - Kiari, portal vena trombozu, arterial tromboz, arterio-venzo fistula, anevrizma). Sadalanan digər üsulların xoledox patologiyalarında diaqnostik və müalicəvi yeri var.
32 Öd daşı xəstəliyinin yaranması ilə hansının əlaqəsi ən azdır?
- A. Nazik bağırsağın rezeksiyası
- B. Hemolitik xəstəlik
- C. Kontraseptiv dərmanların qəbulu
- D. Xoralı kolit
- E. Aortal qapaq dəyişdirilməsi
D. Nazik bağırsaq rezeksiyasından sonra öd turşularının dövranı pozulur, kontraseptivlərin qəbulu qanda və öddə xolesterini artırır, aortal qapaq əməliyyatı sonrası və oraq hüceyrəli anemiyada eritrositlərin parçalanması artır və öd daşı yaranma ehtimalı yüksəlir. Xoralı kolitin öd daşı ilə əlaqəsi çox azdır bununla əlaqəsi yoxdur.
33 Öd kisəsində daş yaranması ilə əlaqəsi olmayan aşağıdakılardan hansıdır?
- A. Hemolitik anemiya
- B. Nazik bağırsağın rezeksiyası
- C. Qaraciyər transplantasiyası
- D. Oraq hüceyrəli anemiya
- E. Kontraseptiv dərmanların qəbulu
C. Qaraciyər transplantasiyası zamanı öd kisəsi çıxarıldığı üçün sonrakı xolesistolitiazın yaranması mümkün olmur.
34 Xolesterinin öddə həll olmasında aşağıdakılardan hansının rolu ən azdır?
- A. Xolesterinin konsentrasiyası
- B. Lesitin konsentrasiyası
- C. Öd turşusu konsentrasiyası
- D. Bilirubinin miqdarı
- E. Öddə suyun miqdarı
D. Xolesterinin öddə həllində lesitinin, xolesterinin və öd turşularının konsentrasiyasının miqdarı önəmlidir. Bilirubinin miqdarının isə rolu yoxdur.
35 Qırx beş yaşında kök bir qadın, axşamtərəfi qarında sağ qabırğaltı nahiyyədə, sağ kürəyə yayılan şiddətli, daimi xarakterli ağrı ilə xəstəxanaya müraciət etmişdir. Ağrı eyni gün sabah yeməyindən 15 dəq. sonra başlamışdır. Ürəkbulanma, qusma, sağ qabırğaltı nahiyyədə gərginlik vardır. Leykositozu müəyən olunan bu xəstədə, sadalanan əlamətlərə yol açan mexanizm sizcə hansı ola bilər?
- A. Hemangioma
- B. Mədəaltı vəzin başında şiş
- C. Öd kisəsəsi axarında ilişmiş daş
- D. Biliar diskineziya
- E. Xoledoxun şişi
C. İfadə edilən klinik mənzərə öd sancısına oxşayır və 6 saatdan çox davam edən öd sancısı adətən kəskin xolesistiti göstərir. Leykositoz və gərginlik kəskin iltihabın əlamətləridir. Kəskin xolesistitin ən çox rast gələn səbəbi isə öd daşlarının kisə axacağında tıxanma törətməsidir. Öd yollarının şişləri və qaraciyər törəmələri adətən biliar sancı şəkilində biruzə verməz. Biliar diskineziya öd sancısı ilə biruzə verir, lakin kəskin iltihab əlamətləri törətmir.
36 Kəskin xolesistitin ən çox rast gələn səbəbi aşağıdakılardan hansıdır?
- A. Alkoqol
- B. Pankreatit
- C. Diafraqmal yırtıq
- D. Duodenal xora xəstəliyi
- E. Öd daşı xəstəliyi
E. Kəskin xolesistitin iki səbəbi var: daş və daşsız. Öd daşları kəskin xolesstitin ən çox rast gələn səbəbidir (90%-dən çox). Daşlar öd kisəsi axacağnda tıxanma törədərək hipertenziya, işemiya və iltihaba səbəb olurlar. Daşsız səbəblər isə birincili olaraq kisə divarının mikrosirkul-yasiyasını pozaraq işemiya və nekroz törədirlər. Daşsız səbəblərə sepsis, ağır əməliyyatlar, yayğın damardaxili laxtalanma ilk sıralarda durur.
37 Əlli yaşında qadın xəstə ağır yemək qəbulundan sonra qarında sağ qabırğaltı nahiyyədə kəskin başlayan ağrı səbəbi ilə təcili xəstəxanaya daxil olur. Hərarəti: 37.5°C, leykosit- 12.000/mm3-dir. Fizikal müayinədə sağ qabırğaaltı nahiyyədə gərginlik təyin olunursa aşağıdakılardan hansını edərsiniz?
- A. KT
- B. USM
- C. ERXPQ
- D. Xolesitoqrafiya
- E. İcmal rentgenoqrafiya
B. Qarında ağrısı olan bütün xəstələrdə ilk olaraq klinik, laborator (qanın ümumi analizi) və USM edilir. USM tez, ucuz, qeyri-invaziv və informativ olduğuna görə ilkin müayinə sayılır. Tomoqrafik və invaziv müayinələr ikinci pillə müayinələrdir. İcmal rentgenoqrafiya, USM və tomoqrafiyaya nisbətən az informativdir və az istifadə olunur. Xolesistoqrafiya adlanan üsul hazırda istifadə olunmur, sadəcə tarixdə qalır.
38. Kəskin xolesistitdə ən çox rast gələn bakteriyalar aşağıdakı-lardan hansıdır?
- A. E. coli
- B. Salmonellyoz
- C. Klebsiyella
- D. S.aureus
- E. Parazitlər
A. E.coli kəskin xolesistitlərdə bakterial səbəblər arasında birinci yerdədir.
39 Şəkərli diabeti olan xəstələrdə kəskin xolesistitin hansı ağırlaşması daha tez baş verir?
- A. Fistula yaranması
- B. Sepsis
- C. Perforasiya
- D. Öd kisəsinin xolesterozu
- E. Qaraciyəraltı abses
C. Şəkərli diabeti olan xəstələrdə angiopatiyalar və tromboza meyillik olduğuna görə kəskin xolesistitin gedişi ağr və sürətli olur. Belə xəstələrdə destruktiv və emfizematoz xolesistit tez baş verir və daha çox rast gəlir. Bunu nəzərə alaraq bəzi klinisistlər asimptomatik öd daşı olan diabetli xəstələrdə profilaktik xolesistektomiya tövsiyə edirlər.
40. Gənc xəstədə kəskin xolesistitin ən düzgün müalicəsi aşağıdakılardan hansıdır?
- A. Infuzion terapiya
- B. Xolesistostomiya
- C. Venadaxili antibiotik
- D. Təxirə salınmış xolesistektomiya
- E. Təcili xolesistektomiya
C. Yaşından asılı olmayaraq kəskin xolesitit diaqnozu qoyulmuş xəstələrdə ilk seçim 12-24 saat ərzində laparsopik xolesistektomiyadır. Əməliyyata əks göstəriş olarsa alternativ yollar seçilə bilər (konservativ, xolesistostoma). Anti-biotikoterapiya kəskin xolesistiti müalicə etmir, ağırlaşmasını azalda bilir, xolesitostomiya isə iltihabı söndürə bilir, lakin rezidivi aradan qaldıra bilmir.
41. Kəskin daşlı xolesistitin ən doğru müalicəsi nədir?
- A. Konservativ müalicə
- B. 12-24 saat ərzində xolesistektomiya
- C. 2 ay sonra xolesistektomiya
- D. Endoskopik sfinkterotomiya
- E. T – boru ilə dekompressiya
B. Kəskin xolesitit diaqnozu qoyulmuş xəstələrdə ilk seçim 12-24 saat ərzində icra olunan laparsopik xolesist-ektomiyasır. Əməliyyata əks göstəriş olarsa alternativ yollar seçilə bilər (konservativ, xolesistostoma).
42. Kəskin xolesistitdə hansı halda xolesistektomiya gecikdirilmədən aparılmalıdır?
- A. Şəkərli diabet
- B. Xronik böyrək yetməzliyi
- C. Xronik ağciyər yetməzliyi
- D. Hemofiliya
- E. Yaşlı xəstələrdə
A. Şəkərli diabet zamanı kəskin xolesistit baş verərsə kisə divarında mikrosirkulyasiya daha tez pozulduğu üçün divar destruksiyası erkən baş verir və perforasiya riski artır. Digər tərəfdən anaerob infeksiya ehtimalı da bu xəstələrdə daha yüksəkdir. Ona görə də şəkərli diabetli xəstədə kəskin xolesistit aşkarlanarsa erkən müdaxilə vazkeçilməzdir.
43. Yanaşı ürək-damar yetməzliyi olan yaşlı xəstələrdə kəskin xolesistit zamanı hansı əməliyyat icra edilir?
- A. Perkutan xolesistostomiya
- B. Xoledoxotomiya
- C. T-boru ilə drenaj
- D. Sfinkterotomiya
- E. Laparoskopik xolesistektomiya
A. Ürək yetməzliyi olan xəstələrdə kəskin xolesistit ürəyin fəaliyyətini daha da pozur. Lakin bu xəstələrdə əməliyyat risqi yüksəkdir və xolesistektomiya əks göstəriş hesab edilir. Bunu nəzrə alaraq kəskin xolesisti və ürək yetməzliyi olan xəstələrdə aztravmatik üsul kimi perkutan xolesistostomiya tövsiyə edilir. İltihab söndükdən və ürək fəaliyyəti yaxşılaşdıqdan sonra xolesistektomiya edilir.
44. Kəskin xolesistitlə əlaqədar hansı ifadə doğru deyildir?
- A. Adətən ilk 12-24 saat ərzində cərrahi əməliyyat edilir.
- B. Qanda bilirubin 2 mg/dL-dən yüksəkdirsə xoledoxolitiaz da düşünülməlidir.
- C. USM-də daş və/və ya kisə divarında qalınlaşma görünür.
- D. Daşlı xolesistit daha çox kişilərdə rast gəlir.
- E. Emfizematoz xolesistitdə təcili xolesistektomiya edilməlidir.
D. Daşlı xolesisit daha çox 40 yaşdan yuxarı qadınlarda rast gəlir. Digər ifadələr kəskin xolesistit üçün xarakterikdir.
45 Aşağıdakılardan hansı kəskin xolesistitin ağırlaşması deyildir?
- A. Pankreatit
- B. Miqrasiyaedici tromboflebit
- C. Peritonit
- D. Öd fistulu
- E. Perforasiya
B. Kəskin xolesitit perforasiya, peritonit, abses, öd fistulu, xoledoxolitiaz, sepsislə ağırlşa bilər, lakin miqrasiyaedən tromboflebit Burger xəstəliyində və pankreatitdə rastlanır.
46. Altmış yaşında xəstə bir gündür ki, davam edən sağ qabırğaaltı nahiyyədə ağrı, ürəkbulanma, qusma şikayətləri ilə xəstəxanaya müraciət edir. Hərarəti 38 dər.C, leykosit: 17.000/mm3. Fizikal müayinədə sağ qabırğaltı nahiyyədə gərginlik təyin olunur. Çəkilən qarın R-qrafiyasında öd kisəsi yatağı proyeksiyasında hava görünür. Qarın boşluğu USM-ində isə öd kisəsi divarı qalınlaşıb, lakin içində daş aşkar olunmur.
Bu xəstədə diaqnoz sizcə nədir?
- A. Kiçik çanaq absesi
- B. Xronik xolesistit
- C. Emfizematoz xolesistit
- D. Qaraciyərin sisti
- E. Kəskin pankreatit
C. Öd yollarında hava üç səbəbdən ola bilir: bilio-enterik fistula, bilio-enterik anastomoz və infeksiya. Bu xəstədə kəskin xolesistit klinikası və öd kisəsi səviyyəsində havanın olması ilk nəvbədə emfizematoz xolesititi düşündürür. Emfizematoz xolesistit şəkərli xəstələrdə daha çox rast gəlir, bu zaman anaerob flora səbəbindən öd kisəsində qaz görünə bilər. Belə xəstəlrdə təcili xoesistektomiya lazım gəlir.
47 Öd kisəsində daş aşkar edilmiş xəstədə aşağıdakı halların hansında xolesistektomiyadan çəkinmək lazımdır?
- A. Ağrılar olan hal
- B. Kalsifikasiya olunmuş öd kisəsi
- C. Pankreatitlə birgə öd kisəsi daşı
- D. Pankreas başı xərçəngi ilə birlikdə öd kisəsi daşı
- E. Təcrid olunmuş öd kisəsi
D. Pankreas başının inoperabel xərçəngi olan xəstələrdə mexaniki sarılığı aradan qaldırmaq məqsədi ilə öd kisəsi biliodigestiv yanyolların yaradılması üçün istifadə oluna bilər, ona görə saxlanmalıdır.
48 Aşağıdakılardan hansı xolesistektomiya göstərişi deyildir?
- A. Kəskin daşlı xolesistit
- B. Xronik daşlı xolesistit
- C. Oraq hüceyrəli anemiyalı xəstədə öd kisəsi daşı
- D. 2 cm'dən böyük "lal"daş
- E. Qaraciyərin sirrozunun dekompensasiya mərhələsi
E. Qaraciyər sirrozu olan xəstədə öd daşı varsa aşağıdakı qayda tətbiq edilr. Daş asimptomatikdirsə todxunulmur. Daş simptomatikdirsə qaraciyərin vəziyyətinə görə taktika seçilir. Kompensator sirrozda standart laparoskopik xolesistektomiya ilk seçimdir. Əməliyyat qanaxmalı olarsa hissəvı xolsesistektomiya edilir (kisənin qaraciyər divarı saxlanılır, selikli qişası koaqulyasiya edilir). Kəskin xolesistiti və dekompensator qaraciyər sirrozu olanlarda isə ən doğru seçim qaraciyər transplantasiyasıdır. Transplantasiya mümkün deyilsə konservativ müalicə və ya xolesistostomiya edilr.
49 Təcili xolesistektomiya (ilk 6 saatda) hansı halda mütləq aparılmalıdır?
- A. Kəskin xolesistit
- B. Xronik xolesistit
- C. Öd yollarının diskineziyası
- D. Emfizematoz xolesistit
- E. Xolangit
D. Emfizematoz xolesititdə öd kisəsi divarında destruktiv proses sürətlə inkişaf etdiyi üçün təcili xolesistektomiya mümkün qədər tez aparılmalıdır.
50 Kəskin qarın əlamətləri olan diabetli, 70 yaşlı xəstədə icmal rentgenoqrafiyada maye və hava səviyyəsi, xoledoxda hava təyin olunursa diaqnoz sizcə nədir?
- A. Öd daşı ilə nazik bağırsaq tıxanması
- B. Emfizematoz xolesistit
- C. Paralitik keçməzlik
- D. Xolangiokarsinoma
- E. Öd yollarında anaerob infeksiya
A. Bu diabetli xəstədə əvvəllər çox güman ki, öd yolları ilə nazik bağırsaq arasında daş hesabına fistula yaranmışdır. Hal-hazırda isə bağırsağa miqrasiya etmiş öd daşı nazik bağırsaq tıxanmasına səbəb olmuşdur.
51 Öd daşlarının səbəb olduğu bilio-enterik fistulalar qastrointestinal sistemin hansı hissəsində daha çox görülür?
- A. 12 b.bağırsaq
- B. Yoğun bağırsaq
- C. Mədə
- D. Qalça bağırsaq
- E. Acı bağırsaq
A. Bilio-enterik fistulalar qastrointestinal sistemdə daha çox 12 b.bağırsaqda görülür.
52 Mirizzi sindromu hansı patologiyada yaranır?
- A. Öd yolları şişi
- B. Xoledox daşı
- C. Mədəaltı vəzi şişi
- D. Öd kisəsi daşı
- E. Öd yollarının kənardan sıxılması
D. Mirizzi sindromu dedikdə kisə axarındakı daşın xoledoxu tıxaması və sarılıq törətməsi nəzərdə tutulur. Klassik olaraq Mirrizzi sindromunun iki tipi ayrıd edilir. Birinci tip Mirrizi sindromunda kisə axacağı xoledoxa paralel yerləşir və kisə axarında olan daş xoledoxu sıxaraq mexaniki sarılıq törədir. İkinci tip Mirrizzi sindromunda isə kisə boyninda yerləşən böyük daş kisə boynunu və xoledox divarını nekroza uğradır və hər ikisinin mənfəzini tıxayır. Bu hala xolesisto-xoledoxeal fistul da deyilir.
53. 2 il əvvəl xolesistektomiya keçirmiş altmış yaşında xəstə, 39 dər.C hərarət, sarılıq, titrətmə və qarında ağrı ilə xəstəxanaya müraciət edir. Leykosit 15.000, amilaza-95 V, qələvi fosfataza 350 V-dir.
Aşağıdakılardan hansına şübhə daha çoxdur?
- A. Xronik pankreatit
- B. Pankreas başı xərçəngi
- C. Kəskin xolangit
- D. Pankreatit
- E. Bağırsaq keçməzliyi
C. Sarılıq, qələvi fosfatazanın yüksək olması, anamnezdə xolesistektomiya öd yolları patologiyasına, üşütmə, hərarət və leykositoz isə xolangitə şübhəni artırır.
54. Aşağıdakılardan hansında xolangit ehtimalı azdır?
- A. Biliar striktura
- B. Exinokokkun öd yollarına açılması
- C. Xoledox sisti
- D. Öd yolları xərçəngi
- E. Sistik kanalda daş
E. Kəskin xolangitin baş verməsi üçün əsas şərt magistral öd yollarında durğunluqdur. Sistik kanaldakı daş kisədə durğunluq və kəskin xolesistit törədər, xolangit törətməz. Digər səbəblər isə xoledoxda staz törətdiyi üçün xolangitə səbəb ola bilər
55. Xolangitin müalicəsində aşağıdakılardan hansı tətbiq edilmir?
- A. Xoledoxun dekompressiyası
- B. Xolesistostomiya
- C. Endoskopik sfinkterotomiya
- D. Venadaxili antibiotiklər
- E. Xoledoxun T-drenajı
B. Xolangitin müalicəsində əsas prinsiplər dekompressiya, antibiotikoterapiya və infuziyon terapiyadır. Dekompressiya üçün sfinkterotomiya, stend, nazobiliar drenaj, transhepatik drenaj, T-drenaj istifadə edilə bilər. Xolesistostomiya isə yanaşı, ağır xəstəlikləri olan xəstələrdə kəskin xolesistitin müalicəsində aparılır
56. Xolesistektomiya zamanı ən çox yaralana bilən damar hansıdır?
- A. Qapı venası
- B. Sağ qaraciyər arteriyası
- C. V. cava inferior
- D. Sağ qastroepiploik arteriya
- E. Qastroduodenal arteriya
B. Xolesistektomiya əməliyyatında önəmli mərhələlərdən bir kisə arteriyasının bağlanmasıdır. Arteriya cystica sağ qaraciyər arteriyasından ayrıldığı üçün, diseksiya vaxtı bu damar zədələnə və ya səhvən bağlana (kliplənə) bilər. Belə hal normal anatomiya dəyşmiş hallarda (kəskin xolesistitli, anomaliyalar), disekiya çətinliyində (fibrotik kisə, fibrotik boyun) daha çox baş verir
57. Bir il əvvəl xolesistektomiya keçirmiş xəstədə xoledoxolitiazın ən münasib müalicəsi hansıdır?
- A. Xoledoxoyeyunostomiya
- B. Açıq xoledoxotomiya
- C. Xoledoxoduodenostomiya
- D. Endoskopik sfinkterotomiya və daşın çıxarılması
- E. Heparinlə əritmə
D. Xoledoxda daş xolesistektomiya əməliyyatından əvvəl və ya əməliyyat vaxtı tapılarsa biretaplı laparoskopik (lapaoskopik xolesistektomiya və xoledoxolitotomiya) və ya iki etaplı laparo-endoskopik (laparokopik xolesistektomiya və endoskopik sfinkterotomiya və daşçıxarma) yollardan biri seçilir. Xoledox daşı əməliyyatdan sonra tapılarsa ən doğru yol endoskopik sfinkterotomiya və daşın çıxarılmasıdır. Digər üsullar endoskopik üsulun başarısız olduğu halda tətbiq edilir.
58. Hemolitik sarılığı digər sarılıqlardan fərqləndirən ən dəqiq müayinə hansıdır?
- A. Sərbəst bilirubinin təyini
- B. QF miqdarı
- C. Haptoqlobin miqdarı
- D. Öd yolları genişliyi
- E. ALT, AST
C. Haptoqlobin əsasən hemolitik sarılıqlarda yüksəlir və hemolizin xarakterik göstəricisi sayılır. Digərləri isə hər növ sarılıqlarda yüksələ bilir
59. Aşağıdakılardan hansı sarılığa səbəb olmaz?
- A. Massiv əzələ nekrozu
- B. Hipoalbuminemiya
- C. Hepatosellular disfunksiya
- D. Xroniki daşlı xolesistit
- E. Portal hipertenziya
E. Portal hipertenziya birbaşa olaraq sarılıq törətməz
60. Xoledox daşları haqqında hansı ifadə doğru deyil?
- A. Öd daşı xəstəliyində xoledox daşı təxminən 15% halda rast gəlir.
- B. Xoledoxdakı daşların əksəriyyəti birincilidir.
- C. Xoledoxdakı birincili daşların əksəriyyəti bilrubin daşlarıdır.
- D. İkincili daşlar öd kisəsində əmələ gələn və xoledoxa düşən daşlardır.
- E. Birincili daşlar daralma və infeksiya fonunda əmələ gəlir
B. Xoledoxdakı daşların əksəriyyəti öd kisəsindən miqrasiya edən ikincili daşlardır.
61. Aşağıdakı amillərdən hansı təkbaşına (birbaşa olaraq) kəskin xolesistitə səbəb ola bilməz?
- A. Daşlar
- B. Xolesterin polipləri
- C. Bağırsaq infeksiyası
- D. İntraarterial kimyaterapiya
- E. Arterial trombozlar
C. Kəskin xolesistitdə aparıcı mexanizm divar işemiyasıdır ki, bu da daşlı xolesisttilərdə tıxanma və hipertenziya nəticəsində, daşsız xolesis-titlərdə isə mikrosirkulyasiyanın birincili pozulması nətiəsində əmələ gəlir. İltihab başlangıcda aseptik olur, infeksiya ikincili qoşularaq prosesi ağırlaşdırır. Öd kisəsində tıxanma və divar işemiyası yoxdursa infeksiyanın birincili olaraq kəskin xolesistit törətməsi nadirdir
62. Kəskin xolesistitdə infeksiyanın rolu ilə əlaqədar hansı ifadə doğrudur?
- A. İnfeksiya əksər hallarda birbaşa kəskin xolesistit törədə bilir
- B. Kəskin xolesistitli xəstələrin hamısında ödün tərkibində infeksiya tapılır
- C. Kəskin xolesistitdə infeksiya prosesə adətən ikincili qoşulur və gedişi ağırlaşdıran amil hesab olunur
- D. İnfeksiya kəskin xolesistit gedişinə ciddi təsir etmir
- E. İnfeksiya əksər hallarda qaraciyərdən gəlir
C. Kəskin xolesistitdə infeksiya prosesə adətən ikincili qoşulur və gedişi ağırlaşdıran amil hesab olunur. İnfeksiya təkbaşına kəskin xolesistit törətmir. İnfeksiyanın növündən ağırlaşmanın gedişatı və ağırlığı asılıdır. Normal halda və kəskin xolesistitin erkən mərhələlərində öd adətən steril olur.
63. Aşağıdakılardan hansı olarsa kəskin xolesistit mütləq baş verər?
- A. Kisədə infeksiya
- B. Kisə boynunda tıxanma
- C. Kisədə hipertenziya
- D. Kisə divarında kəskin işemiya
- E. Xolangit
D. Kəskin xolesistitdə aparıcı mexanizm divar işemiyasıdır ki, bu da daşlı xolesisttilərdə tıxanama və hipertenziya nəticəsində, daşsız xolesistitlərdə isə mikrosirkulyasiyanın birincili pozulması nətiəsində əmələ gəlir. İltihab başlangıcda aseptik olur, infeksiya ikincili qoşularaq iltihabı prosesi ağırlaşdırır
64. Kəskin xolesistitin gedişi ilə əlaqədar hansı yanlışdır?
- A. Kəskin xolesistit əksər hallarda agırlaşmalarla nəticələnir.
- B. Kəskin xolesistit xəstələrin yarısında spontan sönür, yarısında destruktiv formaya keçir.
- C. Spontan sönən kəskin xolesistit təxminən 30% hallarda bir ay ərzində təkrarlaya bilər.
- D. Ağırlaşmalar təxminən 10% hallarda rast gəlir və daşın xoledoxa keçməsinə, perforasiyaya və iltihabın artmasına bağlıdır.
E. Kəskin xolesitit daha çox qadınlarda rast gəlir A. Kəskin xolesistit xəstələrin yarısında spontan sönür, yarısında destruktiv formaya keçir, 10% hallarda ağırlaşmalara səbəb olur (perforasiya, abses, peritonit, xoledoxolitiaz və s, spontan sonən hallarda isə 30% təkrar tutmalar olur
65. Aşağıdakı əlamətlərdən hansısı kəskin xolesistitə şübhəni azaldır?
- A. Üç saatdan az davam edən öd sancısı
- B. Merfi simptomu
- C. Sağ qabırğaaltında ağrılı kütlə
- D. Leykositoz
- E. Ortner əlaməti
A. Öd sancısı 6 saatdan çox davam edərsə kəskin iltihab şübhəsi çox artar.
66. Hansı kəskin daşsız xolesistit üçün xarakterik deyil?
- A. Kritik vəziyyətdəki xəstələrdə və böyük əməliyyatlardan sonrakı 5-7-ci gündə ortaya çıxır.
- B. Yerli əlamətlərin az hallarda rastlanması və səbəbsiz qızdırma, leykositoz və amilazemiya olduqda şübhə yaranması.
- C. Sürətli gedişə, destruktiv formalara, ağırlaşmalara və ölümə yüksək tezlikdə səbəb olma.
- D. İnfeksiyon amilin əsas rol oynaması.
- E. Kisə divarında mikrosirkulyator pozğunluqların daha şiddətli olması.
D. Kəskin daşsız xolesistit kisə qan təhcizatının birincili pozulnması nəticəsində əmələ gəlir. İnfeksiyon amil adətən ikincili olaraq qoşulur.
67. Kəskin daşlı və daşsız xolesistitlərin fərqi haqqında hansı düzgün deyil?
- A. Tıxanma və hipertenziya daşlı xolesistitdə, işemiya və nekroz isə daşsız xolesistitdə başladıcı patogenetik amildir.
- B. Yerli əlamətlər daşlı xolesistitdə həmişə, daşsız xolesistitdə isə az hallarda rast gəlir.
- C. Daşlı xolesistit qadınlarda, daşsız xolesistit isə kişilərdə daha çox rast gəlir.
- D. Daşlı xolesistitdə mütləq əməliyyat lazımdır, daşsız xolesistitdə isə konservativ müalicə olunurlar.
- E. Daşlı xoleistit adətən normal adamlarda, daşsız xolesistit isə ağır reanimasiyon xəstələrdə rast gəlir.
D. Həm daşlı, hm də daşsız xolesistitlərdə əsas müalicə xolesistektomiyadır. Digər fərqlər doğrudur
68 Aşağıdakı amillərdən hansı təkbaşına öd daşı əmələ gətirə bilər?
- A. Ödün xolesterinlə doyması
- B. Topalaşdırıcı amillər
- C. Durğunluq
- D. Yağlı qidalanma
- E. Az fiziki aktivlik
B. Öd kisəsində xolesterin tərkibli daşların əmələ gəlməsinin iki mexanizmi var - polip və litogenez. Polip yaranmasının mexanizmində əvvəlcə öd kisəsinin divarında xolesteroz və xolesterin polipləri əmələ gəlir, sonra bu poliplər divardan qoparaq sərbəst daş olurlar. Litogenez isə ödün tərkibində baş verən mərhələli prosesdir - ödün xolesterinlə doyması, topalaşma və daşlaşma. Doyma mərhələsində həll olmayan xolesterin yığılaraq çoxqatlı yağ dənəcikləri əmələ gətirir. Topalaşma mərhələsində yağ dənəcikləri nüvələşdirici amil ətrafında yığlır və daha möhkəm çöküntülər əmələ gəlir. Kisədə durğunluq olarsa çöküntülər daşlaşır. Güclü nüvələşdirici amillər (seftriakson, pensilamin, bakteriyalar, iltihabi proteinlər) doyma və durğunluq mərhələləri olmadan da daş əmələ gətirə bilirlər
69 Hansı halda bilirubin daşlarının əmələ gəlmə ehtimalı ən azdır?
- A. Hemolitik anemiya
- B. Sirroz
- C. Xoledox darlıqları
- D. Xronik xolesistit
- E. Urəyin süni qapaqları
D.Hemolitik anemiya, sirroz, xoledox darlıqları, ürəyin süni qapaqlarında bilirubin metabolizmi pozulur və bilirubin daşları əmələ gəlir. Xroniki xolesistit həm öd daşı nəticəsində əmələ gələ bilir, həm də özü öd daşı törədir (iltihab, durğunluq) və adətən xolesterin daşları yaranır
70 Normal halda öd yollarında təzyiq nə qədərdir?
- A. 5-10 mm Hg st
- B. 10-15 mm Hg st
- C. 20-25 mm Hg st.
- D. 30-35 mm Hg st.
- E. 40-45 mm Hg st.
B. Normal halda öd yollarında təzyiq10-15 mm Hg st-dır
71 Daşları əritmək üçün istifadə olunan ursodezoksixol turşusu hansı halda istifadə edilməz?
- A. Daşlar 1,5 sm-dən kiçikdirsə
- B. Daşlar xolesterin tərkiblidirsə
- C. Kisədə blok varsa
- D. Daşlar çoxsaylıdırsa
- E. Öd kisəsinin xolesterozu varsa
C. Ursodezoksixol turşusu xolesistektomiyaya əks-göstəriş olan xəstələrdə xolestrin tərkibli kiçik və yumşaq daşları əritmək üçün tətbiq olunur. Öd kisəsində blok olan hallarda dərman kisəyə keçmir, ona görə də istifadəsi məsləhət deyil
72 Xroniki daşlı xolesistitin kəskinləşməsi ilə kəskin xolesistiti necə fərqləndirmək olar?
- A. Klinik əlamətlərinə görə
- B. Laborator göstəricilərə görə
- C. USM əlamətlərinə görə
- D. Patohistoloji müayinə ilə
- E. Daşın xarakterinə görə
D. Kəskin daşlı xolesistit ilə xroniki daşlı xolesistit klinik, laborator, görüntüləmə əlamətlərinə görə bir-birindən fərqlənmir. Diferensasiyada yeganə dəqiq vasitə patohistoloji müayinədir. Histoloji müayinədə kəskin iltihab əlamətləri ilə yanaşı fibrozun olması xroniki daşlı xolesistitin kəskinləşməsini göstərir. Klinik praktikada bunları fərqlənirməyə ehtiyac da yoxdur, çünki müalicələri və proqnozları eynidir
73 Xroniki daşlı xolesistitdə hansı dəyişiklik daha az rast gəlir?
- A. Fibroz, kirəcləşmə
- B. Polip
- C. Xolesteroz
- D. Büzüşmə
- E. Malignizasiya
E. Malignizasiya xroniki daşlı xolesistitdə nadir rast gələn ağırlşamadır, böyük (>2sm) və uzunmüddətli daşlar, və kirəçləşmiş kisələr risk amilləridir
74 Aşağıdakı əməliyyatdaxili əlamətlərin hansı xroniki daşlı xolesistit üçün daha xarakterikdir?
- A. Böyümüş kisə
- B. Kisə divarının qalınlaşması
- C. Kisə ətrafında fibrotik bitişmələr
- D. Kisə ətrafında maye
- E. Hepatoduodenal bağda infiltrasiya
C. Fibrotik bitişmələr əvvəllər iltihabın olduğunu göstərir, digər əlamətlər kəskin xolesistit üçün xarakterikdir
75 Xroniki daşlı xolesistit aşağıdakıların hansına səbəb olmaz?
- A. Kisə xərçəngi
- B. Xoledox sisti
- C. Kəskin pankreatit
- D. Xoledoxolitiaz
- E. Təcrid olunmuş kisə
B. Xoledox sistləri öd yollarınlın inkişaf qusurudur. Digərlərini xroniki daşlı xolesistit törədə bilər
76 Əvvəllər bir neçə dəfə sağ qabırğaaltı nahiyyədə ağrısı olan xəstə bir gün əvvəl sancışəkilli başlayan və hazırda davam edən ağrı şikayətləri ilə daxil olur. Müayinələrdə sağ qabırğaaltı ağrılıdır, USM-də kisə böyüməsi və divar qalınlaşması var, leykositlər 14x109/l, xolestatik enzimlər və amilaza normaldır. Xəstəni hansı diaqnozla müalicə etmək düzgün olardı?
- A. Xroniki Daşlı xolesistit
- B. Öd kisəsi diskineziyası
- C. Xolangit
- D. Kəskin xolesistit
- E. Kəskin pankreatit
D. Xəstədə kəskin xolesistit əlamətləri qeyd olunur.
77 Hansı ifadə xolestazı daha düzgün izah edir?
- A. Xolestaz ödün qana keçməsidir
- B. Xolestaz qanda bilirubinin yüksəlməsidir
- C. Xolestaz bağırsaqda öd azlığı və xolemiyadır
- D. Xolestaz tıxanma sarılığıdır
- E. Xolestaz hemolizin nəticəsidir
C. Ödün qana keçməsinə xolemiya, bağırsaqda ödün olmamasına axoliya deyilir. Xolestaz öd ifrazının və axının pozulması, durğunluğudur, ödün qana keçməsinə və başırsaqda öd azlığına səbəb olur
78 Aşağıdakıların hansının pozulmasında xolestaz yaranmaz?
- A. Bilirubin konyuqasiyası
- B. Ödün hepatositlərdən ifrazı
- C. Ödün kanalcıqlarda axını
- D. Ödün axacaqlarda axını
- E. Ödün xoledoxdan axını
A. Xolestaz öd ifrazının və axının pozulması, durğunluğudur, ödün qana keçməsinə və bağırsaqda öd azlığına səbəb olur. Bilirubin konyuqasiyasının pozulması xolestaz yaratmaz, hiperbilirubinemiya baş verər
79 İntrahepatik və ekstrahepatik xolestazları fərqləndirən əsas cəhət hansıdır?
- A. Qələvi fosfatazanın artma miqdarı
- B. Ekstrahepatik öd yollarında genişlənmə
- C. Hepatositlərdə zədələnmə
- D. Öd kanalcıqlarında tıxanma
- E. Öd kisəsində mütləq genişlənmə
B. İntrahepatik xolestaz hepatositlərdə və öd kanalçıqlarında baş verən, ekstrahepatik isə böyük öd yollarında baş verən durğunluqdur. Bunları bir birindən ayırmada ən önəmli göstərici öd yollarında genişlənmədir
80 İntrahepatik və ekstrahepatik xolestazların fərqləri haqqında hansı ifadə yanlışdır?
- A. İntrahepatik xolestaz daha çox konservativ, ekstrahepatik xolestaz isə cərrahi yolla müalicə olunur.
- B. İntrahepatik xolestazlar adətən diffuz parenxima xəstəlikləri nəticəsində, ekstrahepatik xolestaz isə xarici öd yollarının tutulmaları nəticəsində meydana gəlir.
- C. İntrahepatik xolestazlarda hepatositar zədələnmə olur, ekstrahepatik xolestazlarda isə olmur
- D. Axacaqlarda genişlənmə ekstrahepatik xolestazlarda olur, intrahepatik xolestazlarda isə olmur.
- E. Öd yolu dekompressiyası ekstrahepatik xolestazda mütləqdir, intrahepatik xolestazda isə mütləq deyil.
C. Həm intrahepatik, həm də ekstrahepatik xolestazlar hepatositlərdə zədələnmə və disfunksiya törədirlər. Bu özunu enzimlrdə artma və sintetik funksiyalarda pozulma ilə göstərir
81 Aşağıdakı laborator göstəricilərdən hansı xolestazı inkar edə bilər?
- A. Normal QQT
- B. Normal QF
- C. Normal 5-NZ
- D. Normal bilirubin
- E. Normal ALT,AST
C. Xolestaz üçün xarakterik əlamətlər QF ilə QQT-nin birlikdə yüksək olmasıdır. Lakin bəzi hallarda xolestaz olmasına baxmayaraq QF və ya QQT qalxmaya bilər (miksedemalı, yaşlı xəstələr, xoşxassəli ailəvi xolestaz və s) Xolestazın ən spesifik göstəricisi 5-NZ-dir. Bu göstərici xolestazı inkar etmək üçün nadir hallarda istifadə edilir.
82 Hansı müayinə ilə xolestaz təsdiq olunur?
- A. Bilirubin
- B. Qələvi fosfotaza
- C. QF+QQT+5-NZ
- D. ALT
- E. AST
C. Xolestaz üçün xarakterik əlamətlər QF ilə QQT-nin birlikdə yüksək olmasıdır və ya 5-NZ artmasıdır.
83 Xəstədə ALT, AST və QF artması varsa, xolestazı necə müəyyən edərsiniz?
- A. QF 3 dəfədən çox olarsa
- B. QF artması- ALT və AST artmasından çox olarsa
- C. QF ilə yanaşı QQT də artarsa
- D. Birləşmiş bilirubin 2 dəfədən çox artması ilə
- E. Qanda bilirubinin artması ilə
B. Hepatitlər xolestaza, xolestaz isə hepatitə səbə ola bilir. Ona görə də hə iki halda da ALT, AST ilə yanaşı QF və QQT-də artır. Hepatitin xolestatik və ya qeyri-xolestatik olduğunu müəyyənləşdirmək üçün ALT və AST artması ilə QF artması müqayisə olunur. Xolestatik göstəricilər daha çox artarsa xolestatik hepatit, daha az artarsa qeyri-xolestatik hepatit kimi qəbul olunur.
84 QF xolestazın ən həssas göstəricisidir. Lakin bəzi hallarda xolestaz olmasına baxmayaraq QF artmır. Hansı buna aid deyil?
- A. Birincili sklerozlaşan xolangit
- B. Hipotireoz
- C. Hipomaqnezemiya
- D. Hipofosfatemiya
- E. Osteoporozlu yaşlı xəstələr
A. Birincili sklerozlaşan xolangitdə QF hər zaman artır, digər hallarda isə xolestaza baxmayaraq QF artmaya bilər
85 Aşaşıdakı öd turşularından hansı insanda rast gəlmir?
- A. Xol turşusu
- B. Xenodezoksixol turşusu
- C. Dezoksixol turşusu
- D. Litoxol turşusu
- E. Ursodezoksixol turşusu
E. Ursodezoksixol turşuşu sintetik yolla alınır. Xolelitiazın profilaktikasında istifadə olunur. Ursodezoksixol turşusuna ayı ödündə rast gəlinir.
86 Aşağıdakı əlamətlərdən hansı yoxdursa postxolesistektomik sindrom inkar edilir?
- A. Ağrı
- B. Qıcqırma
- C. Köp
- D. Diarreya
- E. Dispepsiya
A. Ədəbiyyatlarda "Postxolesisektomik sindrom" adı ilə geniş yayılan vəzyyət mahiyyətcə xolesistektomiyadan sonra müşahidə edilən biliar tipli ağrıdır. Ağrı postxolesisektomik sindrom üçün əsas kriteriyadır. Ona görə də bəzi müəlliflər bunu postxolesistektomik ağrı sindromu (PXEA) da adlandırırlar. PXEA diaqnozu iki halda istifadə edilə bilər: ilkin (işçi) diaqnoz və əsas xəstəlik kimi. Xolesistektomiyadan sonra biliar tipli ağrısı olan və klinik müayinələrdə obyektiv səbəbi tapılmayan hallarda ilkin (işçi) diaqnoz kimi PXEA istifadə edilə bilər. Əgər sonrakı laborator, görüntüləmə, funksional müayinələrlə öd yollarında, mədəaltı vəzidə, mədə-bağırsaq sistemində və digər orqanlarda ağrıya səbəb olan xəstəlik tapılmırsa və əməliyyatın törədə biləcəyi patalogiyalar da (uzun güdül, darlıq, bitişmə və yara nevroması) inkar edilərsə, belə halda PXEA əsas diaqnoz kimi istifadə edilə bilər.
87 Aşağıdakı asimptomatik halların hansı əməliyyata göstərış deyil?
- A. Öd daşı və fibrotik kisə
- B. Kirəcləşmiş kisə
- C. Öd kisəsində 1 sm daş
- D. Öd daşı və hemolitik anemiya
- E. Kisədə 3 sm daş
C. Fibrotik, krəcləşmiş kisələrdə və 2 sm-dən böyük daşlarda malginizasiya risqi olduğuna görə, hemolitik anemiyada isə krizlərdə çətinlik yarana biləcəyini nəzərə alaraq asimptomatik daşlarda əməliyyat tövsiyə edilir. Asimptomatik öd daşı xəstəliyində isə izləmə məsləhətdir
88 Hansı əlamət öd kisəsi diskineziyasını dəqiqləşdirir?
- A. Öd sancısı
- B. Yağlı qidalara dözümsüzlük
- C. USM-də daş tapılmaması
- D. Kisənin 35%-dən az yığılması
- E. Kisə divarının incə olması
D. Öd sancısı olan və USM-də daş tapılmayan xəstələrdə öd kisəsi diskineziyasından şübhələnmək olar. Öd kisəsi diskineziyası diaqnozunu dəqiqləşdirmək üçün iki kriteriyadan biri olmalıdır: ödün müayinəsində öd kristallarının tapılması, və ya öd kisəsinin boşalamasının kəskin azalması (35%-dən az). Sadalanan digər əlamətlər spesifik deyil.
89 Aşağıdakılardan hansı kəskin xolesistiti inkar edə bilər?
- A. Yerli ağrı və ağrılığın olmaması
- B. USM-də divarın 3 mm olması
- C. Sintoqrafiyada öd kisəsinin görünməsi
- D. Leykosit sayının və hərarətin normal olması
- E. USM-də öd kisəsinin böyüməməsi
C. Kəskin xolesistitin patoqnomonik əlamti kisənin blokudur. Sintoqrafiyada blokun olmaması öd kisəsinin fəaliyyətini göstərir və kəskin xolesistit inkar olunur.