Yoğun bağırsağın xəstəlikləri
Hazırladı: dosent Əliyev E.
Redaksiya heyəti: t.f.d. Hümmətov A.
1. Qeyri-spesifik xoralı kolit daha çox zədələyir:
- A. düz bağırsağı
- B. S-vari bağırsağı
- C. ileosekal nahiyəni
- D. nazik bağırsağı
- E. köndələn çənbər bağırsağı
A. Qeyri-spesifik xoralı kolit həmişə düz bağırsaqdan başlayır. İstənilən lokalizasiyalı – xoralı kolit zamanı düz bağırsaq prosesdə olduğundan bu bölgənin zədələnməsi daha çox rast gəlinir.
2. Qeyri-spesifik xoralı kolit zamanı biopsiyanın optimal götürülmə yeri haradır?
- A. rektosiqmoidal hissə
- B. anal kanaldan 7 sm məsafədə düz bağırsağın arxa divarı
- C. anal kanaldan 5 sm məsafədə düz bağırsağın ön divarı
- D. anal kanal
- E. düz bağırsağın yuxarı 1/3-i
B. Qeyri-spesifik xoralı kolitin diaqnozu histoloji müayinənin nəticələri ilə təsdiqlənir. Biopsiyanın optimal götürülmə yeri anal həlqədən 7 sm dərinlikdə arxa divar hesab edilir. Bu hissədə iltihabi proses daha çox qeyd edilir.
3. Qeyri-spesifik xoralı kolitin xarakterik əlamətləri hansıdır?
- A. selikli qişa və selikaltı qatın zədələnməsi, strikturaların olması, anal zonanın patologiyası
- B. düz bağırsağın zədələnməsi, selikli qişa və selikaltı qatın iltihabı, kript abseslərin olması
- C. düz bağırsağın zədələnməsi, anal zonanın patologiyası, bağırsaq fistulları
- D. çənbər və düz bağırsağıqn zədələnməsi, qranulomaların aşkarlanması, kript abseslərin olması
- E. ileosekal nahiyənin zədələnməsi, kript abseslərin olması, bağırsaq fistulları
B. Qeyri-spesifik xoralı kolitə xas olan əsas əlamətlər aşağıdakılardır: düz bağırsağın həmişə zədələnməsi, selikli qişa və selikaltı qatın iltihabı, kript abseslərin olması.
4. Kəskin xoralı kolit zamanı seçim əməliyyatı hansıdır?
- A. subtotal kolektomiya
- B. kolektomiya, ileorekto anastomoz
- C. proktokolektomiya, daimi ileostoma
- D. düz bağırsağın saxlanılması və ileostoma qoyulması ilə aparılan kolektomiya
- E. plastik proktokolektomiya, qalça bağırsaqdan rezervuarın hazırlanması
D. Kəskin xoralı kolit zamanı seçim əməliyyatı düz bağırsağın saxlanılması və ileostoma qoyulması ilə aparılan kolektomiya hesab edilir. Digər əməliyyat növlərinin kəskin dövrdə aparılması məqsədəuyğun sayılmır.
5. Qeyri-spesifik xoralı kolit zamanı yoğun bağırsağın toksiki dilatasiyası diaqnozu nə vaxt qoyulur?
- a) bağırsağın diametri > 10 sm
- b) bağırsağın diametri > 4 sm
- c) bağırsağın diametri > 2 sm
- d) bağırsağın diametri > 8 sm
- e) bağırsağın diametri > 6 sm
E. Kəskin xoralı kolit yoğun bağırsağın toksik dilatasiyası və perforasiyası ilə ağırlaşa bilər. Rentgenoqrafiyada çənbər bağırsağın diametrinin 6 sm-dən böyük olması toksiki dilatasiyanı göstərir.
6. Qeyri-spesifik xoralı kolitin cərrahi müalicəsində aparılmır:
- A. kolektomiya, rezervuarın yaradılması
- B. subtotal kolektomiya
- C. total kolektomiya
- D. yoğun bağırsağın hissəvi rezeksiyası
- E. kolproktektomiya
D. Qeyri-spesifik xoralı kolitin cərrahi müalicəsində yoğun bağırsağın hissəvi rezeksiyası aparılmır. Bu onunla bağlıdır ki, çənbər bağırsağın qalmış hissəsində çox böyük tezliklə residiv baş verir.
7. Qeyri-spesifik xoralı kolit zamanı ilk 10 ilin ərzində maliqnizasiya riski nə qədərdir?
- A. 15-20%
- B. 5-10%
- C. 10-15%
- D. 0%-ə yaxın
- E. 20-30%
D. Xoralı kolitdə bədxassəli şişin əmələ gəlməsi xəstəliyin müddəti ilə düz mütənasibdir. 1-ci 10- il ərzində 0%, 2-ci 10 ildə 10-15%, 3-cü 10 ildə 20% təşkil edir.
8. Kron xəstəliyi həzm traktının daha çox hansı hissəsini zədələyir?
- A. nazik və yoğun bağırsaq
- B. ancaq yoğun bağırsaq
- C. ancaq nazik bağırsaq
- D. mədə və 12-barmaq bağırsaq
- E. düz bağırsaq
A.Kron xəstəliyi zamanı bağırsaqların zədələnməsi tezliyi aşağıdakı kimidir:
- ancaq nazik bağırsaq - 30-35%
- ancaq yoğun bağırsaq – 25-35%
- nazik və yoğun bağırsaq – 30-50%
- mədə və onikibarmaq bağırsaq - 5%
9. Kron xəstəliyinin xarakterik əlamətləri hansıdır?
- A. strikturaların əmələ gəlməsi, düz bağırsağın zədələnməsi, qranulomaların olması
- B. çənbər və düz bağırsağın zədələnməsi, kriptlərin absesi, qranulomaların olması
- C. bağırsaq fistulları, düz bağırsağın zədələnməsi, bağırsağın bütün qatlarının zədələnməsi
- D. anal zonanın patologiyası, düz bağırsağın zədələnməsi, strikturaların olması
- E. anal zonanın patologiyası, bağırsaq fistulları, strikturaların əmələ gəlməsi
E. Kron xəstəliyinin xarakterik əlamətləri:
- anal bölgədə fistul, çat, infiltratların əmələ gəlməsi,
- qarın boşluğunda bağırsaqlar arasında fistulların əmələ gəlməsi,
- bağırsaq divarında strikturaların əmələ gəlməsi
10. Kron xəstəliyinin histoloji diaqnostikasını təşkil edir:
- A. limfadaxili qranuloma, neytrofil infiltrasiyası, lokalşəkilli hüceyrələrin azalması
- B. dərin qranulyasiya, neytrofil infiltrasiyası, kript abseslər
- C. qədəhşəkilli hüceyrələrin azalması, limfadaxili qranuloma, kript abseslər
- D. dərin qranulyasiya, limfadaxili qranuloma, qranulomatoz vaskulit
- E. dərin qranulyasiya, kript abseslər, neytrofil infiltrasiyası
D. Kron xəstəliyi zamanı histoloji diaqnostikanın əsas kriteriyaları aşağıdakılardır: dərin qranulyasiya, limfadaxili qranuloma, qranulomatoz vaskulit