Təməl Həyat Dəstəyi və Təkmilləşdirilmiş Həyat Dəstəyi mövzusunda seminar
14.11.2018 tarixində I Cərrahi xəstəliklər kafedrasının V kurs rezidenti Hüseynova Mehribanın “BLS, ACLS” mövzusunda seminar çıxışı oldu. Çıxışda I Cərrahi xəstəliklər kafedrasının rezidentləri ilə yanaşı digər kafedraların rezidentləri, tələbə və müəllimlər də iştirak etdi. Seminarda Təməl Həyat Dəstəyi və Təkmilləşdirilmiş Həyat Dəstəyi haqda məlumat verildi. Həmçinin kardiopulmonar reanimasiya geniş müzakirə olundu. Mövzu ilə bağlı rezident və tələbələrin sualları cavablandırıldı.