05.12.2018 tarixində I Cərrahi xəstəliklər kafedrasının II kurs rezidenti Fərəh Qəhrəmanovanın “Koaqulyatorlar və digər enerji mənbələri” mövzusunda seminar çıxışı oldu. Çıxışda I Cərrahi xəstəliklər kafedrasının rezidentləri ilə yanaşı digər kafedraların rezidentləri, tələbə və müəllimlər də iştirak etdi. Seminarda elektrocərrahi avadanlıqlar, işləmə prinsipləri, müxtəlif növləri (monopolyar, bipolyar və s.), istifadələrinə göstəriş və əks-göstərişlər, üstünlükləri haqqında ətraflı məlumat verildi. Mövzu ilə bağlı rezident və tələbələrin sualları cavablandırıldı.