“Cərrahiyyədə Antibiotik Profilaktikası” mövzusunda seminar

12.12.2018 tarixində I Cərrahi xəstəliklər kafedrasının I kurs rezidenti Gilas Məmmədovanın “Cərrahiyyədə Antibiotik Profilaktikası” mövzusunda seminar çıxışı oldu. Çıxışda I Cərrahi xəstəliklər kafedrasının rezidentləri ilə yanaşı digər kafedraların rezidentləri, tələbə və müəllimlər də iştirak etdi. Seminarda Cərrahiyyənin müxtəlif profilli sahələrində əməliyyatdan öncə antibiotik profilaktika və üstünlükləri, cərrahi müdaxilə sahəsindən aslı olaraq antibiotik seçimi haqqında ətraflı məlumat verildi. Mövzu ilə bağlı rezident və tələbələrin sualları cavablandırıldı.

gilas 01

gilas 02

gilas 04