Xəbərdarlıq

JUser: :_load: Не удалось загрузить пользователя с ID: 806

Rezidentlər üçün

21.02.2018 tarixində I Cərrahi xəstəliklər kafedrasının II kurs rezidenti Ağakişiyeva Həcərin “Elektrolit – Na , K mübadiləsi” mövzusunda seminar çıxışı oldu. Çıxışda Cərrahi xəstəliklər kafedrasının rezidentləri ilə yanaşı digər kafedraların rezidentləri , tələbə və müəllimlər də iştirak etdi. Seminarda hiper-, və hiponatremiya , hiper-, və hipokalemiyanın yaranma səbəbləri, diaqnostikası, elektrolit itkisinin hesablanması, klinik mənzərəsi və müalicə taktikası barəsində danışıldı. Həmçinin preoperativ və postoperativ dövdə elektrolit mübadiləsinin patalogiyaları və elektrolit itkisinin bərpası barəsində geniş müzakirə aparıldı. Mövzu ilə bağlı rezident və tələbələrin sualları cavablandırıldı.

Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının rezidentlərinin növbəti  seminarı  25.10.2017-ci il tarixdə keçirildi. Semiarda ümumi cərrahiyyə ixtisası üzrə V kurs rezidenti Elvin Mahir oğlu İsazadə "Bağırsaq keçməzliyi" mövzusunda çıxış etmişdir. Çıxış zamanı  bağırsaq keçməzliyinin növləri, diaqnostik yanaşma, differensial diaqnostikası, müalicəsi haqqında danışıldı. Mövzu ətrafında rezidentlər və həkimlər geniş müzakirələr apardı.

Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının ümumi cərrahiyyə ixtisasi üzrə V kurs rezidenti Mürvələdova Nərmin 18.10.2017-ci il tarixində "Əməliyyatönü müayinələr" seminar mövzusu ilə çıxış etmişdir. Çıxış zamanı əməliyyatönü müayinələrin aparılma qaydası, müxtəlif patologiyalarda spesifik müayinənin seçilməsi, sonuncunun differensial diaqnostikada rolu haqqında danışıldı. Mövzu ətrafında rezidentlər geniş müzakirələr apardı.

Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının II il rezidenti Tairova Həmidə 11.10.2017-ci il tarixində rezidentlərin seminar praktik məşğələsində “Cərrahi xəstələrin əməliyyatönü hazırlığı” mövzusu ilə çıxış etmişdir. Çıxış zamanı mövzunun aktuallığı, müasir müayinə metodları, xüsusi ilə də əməliyyatönü hazırlıqlardan biri olan bağırsaqların mexaniki təmizlənməsi qeyd edilmiş, ən son araştırmalara əsasən bu hazırlığın post-op dönəmdə ağırlaşmaların artırdığı vurğulanmışdır. Sonda mövzu ilə bağlı suallar müzakirə edildi. Təklif və iradlar irəli sürüldü.

Azərbaycan Tibb Universitetinin I Cərrahi Xəstəliklər Kafedrasının 2016-2017 tədris ili rezident məzunları 06.10.2017 tarixində kafedra əməkdaşları qarşısında hesabat verdilər. Bu hesabatda onların nəzəri və təcrübi nailiyyətləri, xarici ölkələrdə keçdikləri kurslar, iştirak etdikləri yerli və beynəlxalq konqreslər, konfranslar, simpoziumlar, yarışlar öz əksini tapmışdır. Daha sonra I Cərrahi Xəstəliklər Kafedrasının əməkdaşları və Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsinin tibb personalı “Rezident Vida Yeməyi” çərçivəsində masa ətrafına toplaşdılar. Sonda məzun rezidentlər Kafedranın Rəhbərliyinə, əməkdaşlarına və şöbənin tibb personalına minnətdarlıq bildirdilər.