Azərbaycan Tibb Universitetinin müdiri, I Cərrahi xəstəliklər kafedrasının AMEA-nın müxbir üzvü, professor, N.Y. Bayramovun təşəbbüsü və sədrliyi ilə 09.05.2020 tarixində Zoom Programı üzərindən sayca 5-ci olan, növbəti teleiclas keçirildi. İclasın gündəliyində duran məsələlər:
- IV kurs üçün hazırlanmış test suallarının müzakirə olundu.
- Əməkdaşlar tərəfindən aparılmış online dərslər haqqında məlumat verildi (07.05.2020 tarixindən dərslər yekunlaşmışdır).
- "COVİD – 19 Pandemiyasına həsr olunmuş konfransa hazırlanmış materiallar müzakirə edildi.
- "COVİD – 19 Pandemiyasına qarşı mübarizəyə qoşulmuş kafedranın əməkdaşlarından Dos., Ədalət Rüstəm xəstələr və onların müalicəsi haqqında məlumat verdi.
Sonda kafedra müdiri AMEA-nın müxbir üzvü, professor, N.Y. Bayramov “9 may - faşizm üzərində Qələbə Günü” münasibəti ilə kafedranın əməkdaşlarını təbrik edib, xoş arzularını çatdırdı.