Çərşənbə axşamı, 05 Dekabr 2023 22:38

Professor N.Bayramov İnönü Universitetinin Fəxri doktoru seçilib

Azərbaycan Tibb Universitetinin (ATU) I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov İnönü Universitetinin Fəxri doktoru seçilib.

Fəxri doktor diplomunu universitetin rektoru, Prof. Ahmet Kızılay azərbaycanlı alimə təqdim edib.

Rektor qeyd edib ki, ATU ilə İnönü Universiteti və Qaraciyər Nəqli İnstitiutu arasında əlaqələr iki qardaş ölkə arasındakı əməkdaşlığın ən yaxşı örnəklərdən biri sayıla bilər.

professor nuru bayramov ilğnü universitetində

Bildirilib ki, hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələri 2010-cu ildən başlayıb. Əvvəlcə Qaraciyər Nəqli İnstitutunun direktoru Prof. Sezayi Yılmazın briqadası Prof. Dr. Nuru Bayramovla birlikdə Azərbaycanda qaraciyər transplantasiyası həyata keçirib. 2012-ci ildə İnönü Universitetinin əvvəlki rektoru Prof. Cəmil Çiçək ilə akdemik Əhliman Əmiraslanov arasında müqavilə bağlanıb və əməkdaşlıq rəsmiləşib. 2018-ci ildə İnüönü Universitetinin rektoru Prof. Dr. Ahmet Kızılay Bakıya gəlib, ATU rektoru Prof. Gəray Gəraybəyli ilə görüşüb, əməkdaşlıq haqqında müqavilə yenilənib və əlaqələrin inkişafı üçün imkanlar daha da genişlənib.

4 4 scaled

Qeyd olunub ki, hazırda İnönü Universiteti və Qaraciyər Nəqli İnstitutu ilə əlaqələr yükəsk səviyyədədir. Elmi və praktik əməkdaşlıqlar təqdirəlayiq formada davam etdirilir. Prof. Dr. Sezayi Yılmazın və Prof. Nuru Bayramovun həmsədirliyi ilə 2015-ci ildən başlayaraq hər il fevral-mart aylarında Bakı-Malatya Transplantasiya Günləri adlı beynəlxalq konfranslar keçirilir.

5 1 scaled

Qaraciyər Nəqli İnstitutunda və ATU-da qaraciyər transplantasiyası üzrə dörd doktorluq dissertasiyası tamamlanıb və tamamlanmaq üzrədir (mikroelementlər, mikro-RNA-lar, histonlar və transplantasiyadan sonra reproduktiv funksiya mövzuları). Hər il İnönü Universiteti Qaraciyər Nəqli İnstitutunda qaraciyər transplantasiyası üzrə beynəlxalq tərdis kursları keçirirlir. Kurslarda gənc transplantaoloqlara, o cümlədən tibb bacılarına transplantasiya üzrə nəzəri və praktik bilgilər verilir. Bu kursun birində eyni gündə beş canlı qaraciyər transplantasiyası yerinə yetirilib və Ginnesin Rekordlar Kitabına düşüb. Bu kurslarda ATU-nun bir neçə əməkdəşı da iştirak edib. İndiyənədək Azərbaycandan olan 15 nəfərdən çox həkim və tibb bacısı Qaraciyər Nəqli İnstitutunda 1-12 ay müddətində ixtsasartırma keçib.

6 2 scaled

Məlumat verilib ki, hər həftənin 1-ci günü saat 5-də Malatya (Prof. Dr. Sezayi Yılmaz və b.), Kaliforniya (Prof. Dr. Brian Carr və b.) və Bakıdan (Prof. Nuru Bayramov və b.) olan cərrahlar, transplantoloqlar, radioloqlar, invaziv radioloqlar, radioterapevtlər, onkoterapevtlər, patoloqlar və rezidentlərin iştirakı ilə “Qaraciyər Törəmələri” Konseyi keçirilir.

3 7 scaled

ATU-nun 90 illik konfransında, Əziz Əliyevin yubileyində, Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransda İnönü Universitetinin əməkdaşları aktiv iştirak edib, maraqlı çıxışlar ediblər. 2022-ci ildə Qaraciyər Nəqli İnstitutunun Direktoru Prof. Dr. Sezayi Yılmaz ATU-nun Elmi Şurası tərəfindən “Qonaq Professor” fəxri adına layiq görülüb.