Xəbərdarlıq

JUser: :_load: Не удалось загрузить пользователя с ID: 806

Döş qəfəsi divarının cərrahi xəstəlikləri

Hazırladı: t.f.d. Mahmudov M.

ATU-nun I cərrahi xəstəliklər kafedrası

Redaksiya heyəti: prof.Bayramov N., dos. Rüstəm Ə., t.f.d. Hümmətov A.

Rezident: Mürvələdova N.


1 Qabırğaların və döş sümüyünün osteomieliti zamanı ən çox aşkarlanan mikroflora hansıdır?

  • a) p.aerogenoza
  • b) e. Coli
  • c) staphylacoccus aureus
  • d) c. Perfringens
  • e) mikobacterium tuberculosis

C. Piogen bakteriyalar,vərəm çöpləri köbələklər osteomielitin yaranmasına səbəb olurlar. Ancaq ən çox (90%) staphylacoccus aureus aşkarlanır.

2 Döş qəfəsində icra olunan əməliyyatlardan sonra qabırğaların osteomielitinin rastgəlmə tezliyi?

  • a) 1%
  • b) 10%
  • c) 20%
  • d) 30%
  • e) 40%

A. Hematogen mənşəli osteomielit 16% rast gəlir. Döşqəfəsi daxili əməliyyatlardan sonra qabırğaların ostemieliti 1% rast gəlir. Orta sternotomiyadan sonra ağırlaşma kimi osteomielit 0,5-3% rast gəlir.

3 Hansı nozoloji vahid (xəstəlik) qabırğaların osteomieliti ilə ağırlaşa bilər?

  • a) xroniki bronxit
  • b) xroniki pnevmoniya
  • c) ağciyərlərin emfizeması
  • d) xroniki irinli plevrit
  • e) ağciyər infarktı

D. Xroniki bronxit və xroniki pnevmoniya zamanı qabırğaların osteomielitinin yaranma ehtimalı nəzri olaraq olsa da, praktikada ən çox xroniki irinli plevrit qabırğa osteomieliti ilə ağırlaşması müşahidə edilir.

4 Qabırğaların osteomieliti ilə yanaşı ətraf yumşaq toxumalarda prosesin yayılma sahəsini aşkarlamağa imkan verən müayinə üsulu:

  • a) USM
  • b) Döş qəfəsinin KT müayinəsi
  • c) qanın ümumi analizi
  • d) Döş qəfəsinin rentgenoqrafiyası
  • e) Fistuloqrafiya

B. Prosesi tam xarakterizə etmək, yəni ətraf yumşaq toxumalarda prosesin yayılma sahəsini, destruksiyanı və sekvestrlərin varlığını aşkarlamaq üçün döş qəfəsinin tomoqrafiyası vacibdir. Fistula formalaşdıqda isə fistuloqrafiya dolğun informasiya verir. Bu müayinələrlə yanaşı qan analizi, ifrazatın bakterioloji analizi və sümüyün biopsiyası diaqnostikada vacib üsullardandır

5 Xroniki osteomielit və xondritin gec ağırlaşmasına hansı aiddir?

  • a) böyrəklərin amiloidozu
  • b) xroniki qastrit
  • c) xroniki bursit
  • d) qaraciyər yetməzliyi
  • e) aortanın anevrizması

A. Orqanizmdə istənilən xroniki irinli proses böyrəklərin amiloidozu ilə ağırlaşa bilir

6 Sternotomiyadan sonra döş sümüyü osteomielitinin inkişafına səbəb olan əsas amillər hansılardır?

  • a) əməliyyatın travmatikliyi və aseptikanın pozulması
  • b) başqa orqanlarda gizli infeksiya
  • c) cərrahi əməliyyatın müddətinin uzun olması
  • d) hipoprotenemiya
  • e) anemiya

A. Göstərilən amillərin hamısı osteomielitin baş verməsində rol oynayırlar, lakin, cərrahi əməliyyatın travmatikliyi və aseptikanın pozulması osteomielitin inkişafına səbəb olan əsas amillərdir

7 Qabırğaların xronoki xondriti zamanı icra olunan əməliyyat növü hansıdır?

  • a) qığırdağın rezeksiyası
  • b) qabırğanın ekstripasiyası
  • c) sternumun boylama rezeksiyası
  • d) qığırdağın ekstripasiyası
  • e) sternumun köndələn rezeksiyası

D. Qabırğa qığırdağının rezeksiyası residivin yaranması ilə müşahidə olunduğu üçün qığırdağın ekstripasiyası xroniki xondrit zamanı icra olunan əsas əməliyyat növüdür

8 Döş divarı defektlərin bərpasında hansı orqandan istifadə olunmur?

  • a) kiçik piylik
  • b) qarnın düz əzələsi
  • c) böyük piylik
  • d) böyük döş əzələsi
  • e) belin enli əzələsi

A. Qarnın düz əzələsi, böyük döş əzələsi,belin enli əzələsi torakomioplastikada, böyük piylik isə torakoomentoplastikada geniş istifadə olunur və effektliyi yüksəkdir

9 Tietze sindromu nədir?

  • a) kostoxondrit
  • b) mediastinit
  • c) pnevmoniya
  • d) plevrit
  • e) qabırğa osteomieliti

A. Tietze sindromu, digər adıyla kostoxondrit, etiologiyası məlum olmayan, qabırga qığırdağı və qabırğa-döş sümüyü oynağını əhatə edən xroniki bir xəstəlikdir

10 Tietze sindromunu provakasiya edən amillər?

  • a) transfuziya
  • b) döş qəfəsinin mikrotravmaları və kompressiyası
  • c) döş qəfəsinin Rentgen şüalanması
  • d) antibiotikoterapiya
  • e) hemodializ

B. Döş qəfəsinin mikrotravmaları və kompressiyası, emosional stres Tietze sindromunu provakasiya edən amillərdir

11 Kostoxondrit ən çox kimlərdə rast gəlir?

  • a) ağır coğrafi zonada olan əsgərlərdə
  • b) ağır kəllə-beyin travması alan xəstələrdə
  • c) ağır cərrahiyyə əməliyyatları keçirən xəstələrdə
  • d) bədən tərbiyəsi müəllimlərində
  • e) fizioterapiya ilə məşğul olan həkimlərdə

A. Ağır corafi şəraitdə vəzifə borcunu yerinə yetirən, stres altında olan əsgərlərdə daha çox rastlanması ilə əlaqədar döş qəfəsinin ön divarının davamlı mikrotravmaları, döş qəfəsinin kompresiyası, emosional stresi mühüm etioloji faktor kimi düşündürür

12 Tietze sindromunu müalicə prinsiplərinə nə daxil deyil?

  • a) QSİƏD
  • b) şüa müalicəsi
  • c) istirahət-hərəkət məhdudluğu
  • d) steroidlər
  • e) cərrahi müalicə

B. Tietze sindromunun müalicə prinsipi: 1. istirahət 2. hərəkət məhdudluğu 3.simptomatik 4.QSİƏD. Bunlar effekt vermədikdə isə lokal steroid dərmanlar (kortizol) 1 həftə fasilə ilə 3 ay müddətində istifadə edilir. Bu terapiyaya cavab verməyən xəstələrdə isə ümumi anesteziya altında cərrahi müalicə - hipertrofiyaya uğramış qığırdağın qığıqdaqüstlüyü qorunmaq şərtilə çıxarılması tətbiq edilir. Şüa müalicəsinin heç bir effekti yoxdur

13 Tietze sindromunun cərrahi müalicədən sonra residivinin rast gəlmə tezliyi?

  • a) 10%
  • b) 20%
  • c) 20-30%
  • d) 0%
  • e) 40%

D. Tietze sindromunun cərrahi müalicədən sonra residivi baş vermir

14 Mondor xəstəliyi nədir ?

  • a) döş qəfəsinin ön-yan divarının səthi tromboflebiti
  • b) döş qəfəsinin yayılmış fleqmonası
  • c) pnevmoskleroz
  • d) döş qəfəsinin deformasiyası
  • e) bronxial fistula

A. Bu xəstəlik süd vəzisinin bayır kənarı da daxil olmaqla döş qəfəsinin ön-yan divarında torakoepiqastrik venanın tromboflebitidir. İlk dəfə Parisli cərrah Henri Mondor tərəfindən 1939 cu ildə təsvir edildiyi üçün onun şərəfinə adlandırılıb. Daha çox qadınlarda, nadir hallarda radikal mastektomiyadan sonra görülür. Xəstəlik yerli həssaslıq, zəif ağrı və hiperemiya ilə müşahidə olunur. Xəstəlik öz-özünə düzəlir və tromboembolizim kimi ağırlaşmalar vermir

15 Mondor xəstəliyinin ağırlaşmalarına hansı aid deyil?

  • a) tromboemboliya
  • b) yumşaq toxumaların fleqmonası
  • c) sepsis
  • d) mastit
  • e) limfadenit

A. Mondor xəstəliyinin ağırlaşmalarına yumşaq toxumanın fleqmonası, mastit, limfadenit, sepsis aiddir. Bu xəstəliyin trombo-embo¬liya ilə ağırlaşması rast gəlməyib (səbəb məlum deyil)

16 Döş qəfəsi divarının xoşxassəli törəməsinə hansı daxil deyil?

  • a) lipoma
  • b) xondroma
  • c) mezotelioma
  • d) osteoma
  • e) eozinofil qranuloma

C. Mezetelioma plevradan, perikarddan və peritondan inkişaf edən bədxassəli törəmədir. Digərləri isə döş qəfəsi divarından inkişaf edən xoşxassəli törəmələrdir.