Xəbərdarlıq

JUser: :_load: Не удалось загрузить пользователя с ID: 806

Divararalığının cərrahi xəstəlikləri

Hazırladı: asis. Xıdırova N.

I-cərrahi xəstəliklər kafedrası

Redaksiya heyəti: prof.Bayramov N., t.f.d.Hümmətov A.

Rezidentlər: Mürvələdova N., Xanəliyeva Z.


 

 

1 Kəskin mediastinit hansı toxumanın iltihabıdır ?

  • A. piyliyin
  • B. baş beynin
  • C. əzələlərin
  • D. divararalığının
  • E. qarnın ön divarının

D. Divararalığının latinca adı mediastinumdur və iltihabı il mediastinit adlanır.

2 Hazırkı təsnifata görə divararalığı hansı hissələrə ayrılır?

  • A. Ön yuxarı və aşağı, arxa yuxarı və aşağı
  • B. Sağ ön və arxa, sol ön və arxa
  • C. Ön, arxa, yuxarı, aşağı
  • D. Ön yuxarı və aşağı, orta yuxarı və aşağı
  • E. Ön, orta, arxa

E. Divararalığı döş qəfasi daxilində iki plevra boşluqları arasında yerləşən sahəyə deyilir. Bu sahənin divarlarını sağ və sol tərəfdən plevralar, aşağıdan diafraqma, yuxarıdan boyun fassiyaları, öndən döş sümüyü, arxadan isə fəqərələr 1-11-ci döş fəqərələri təşkil edir. Klassik anatomiyda divararalığını ön, arxa, yuxarı və aşağı hissələrə ayrılır. Hazırda klinik anatomiya baxımından divararalığının 3 hissəsi qeyd edilir (Burkell təsnifatı): ön, orta və arxa. Ön mediastinumda timus, limfa düyünləri, qalxan aorta v aorta qövsu, böyük venalar yerləşir. Orta medastinumda ürək, perikard, traxeya, diafraqmal sinir və limfa düyünləri yerləşir. Arxa divararalığında simpatik kələf, azan sinir, qida borusu, enən aorta, döş limfatik axarı və limfa düyünləri yerləşir.

3 Kəskin mediastinitin ən çox rast gələn səbəbi hansıdır?

  • A. Bronx zədələnməsi
  • B. Qida borusu zədələnməsi
  • C. Boyun fleqmonası
  • D. Plevrit
  • E. Ağciyər absesi.

B. Kəskin mediastinit adətən birincili xəstəlik deyil və digər xəstəliklərin ağırlaşmasıdır. Mediastinuma infeksiya 4 mənbədən gələ bilər: birbaşa kontaminasiya (qida borusu və bronx zədələnməsi, əməliyyat), boyun infeksiyasının yayılması, plevra və ağciyər infeksiyalarının yayılması və hemato-limfogen yayılma. Qida borusunun perforasiyası (Boerhaave sindromu, yatrogen, travma və s) mediastinitin ən çox rast gələn səbəbidir (90%).Ona görə də medaistinitli xəstələrdə ilk növbədə qida borusu yoxlanılmalı (oral kontrastlı rentgen və ya KT), qida borusu perforasiyalarında isə ilk növbədə medastinitin profilaktikası aparılmalıdır.

4 Ön mediastinit üçün ən xarakterik əlamət hansıdır?

  • A. quru öskürək
  • B. Udqunmanın pozulması
  • C. Başı arxaya əyəndə ağrının artması
  • D. Boğulma
  • E. Hərarətin yüksəlməsi

C. Göstərilən əlamətlər mediastinitdə görünə bilir. Bunlar arasında başı arxaya əyəndə ağrının artması ön mediastinitə daha xarakterikdir, çünki bu zaman ön divararalığı orqanları öz vəziyyətini dəyişir.

5 Mediastinit üçün hansı məcburi vəziyyət daha xarakterikdir?

  • A. Sol yanı üstə uzanmaq
  • B. Uzanıqlı vəziyyət
  • C. Ayaqüstü narahat vəziyyət
  • D. Başı önə əyməklə yarımoturaq vəziyyət
  • E. Sağ yanı üstə uzanmaq

D. Mediastinit zamanı başı önə əyib yarımoturaq vəziyyət aldıqda xəstənin ağrıları azalır və vəziyyəti bir qədər yüngülləşir

6 Kəskin irinli mediastinitdə asas müalicə hansıdır?

  • A. Hemotransfuziya
  • B. İmmunoterapiya
  • C. Şüa müalicəsi
  • D. Dezintoksikasion müalicə
  • E. Cərrahi müalicə

E. Kəskin irinli mediastinitdə antibiotikoterapiya, infuziyon müalicə, səbəbin aradan qaldırılması və cərrah drenaj kimi tədbirlər həyata keçirilir. Bu tədbirlər arasında təcili cərrahi müdaxilə həlledici vasitə sayılır.

7 Mediastinit zamanı antibakterial müalicəyə nə vaxt başlamaq lazımdır ?

  • A. Cərrahi müdaxilədən sonra
  • B. Mediastinit diaqnozu qoyulan kimi
  • C. Divararalığının drenajından sonra
  • D. Bakterioloji nəticədən sonra
  • E. Antibakterial müalicə məsləhət deyil

B. Kəskin irinli mediastinitdə antibiotikoterapiya, infuzion müalicə, səbəbin aradan qaldırılması və cərrah drenaj kimi tədbirlər həyata keçirilir. Antibiotikoterapiya və infuzion terapiya diaqnoz qoyulan kimi başladılmalıdır.

8 Mediastinit zamanı əsas diaqnostika üsulu hansıdır ?

  • A. KT
  • B. Rentgenoqrafiya
  • C. USM
  • D. Morfoloji müayinə
  • E. Bronxoskopiya

A. Anamnez və klinik müayinə medastinitə şübhə yaradır, diaqnozu dəqiqləşdirmədə isə ən vacib müayinə komputer tomoqrafiyadır. Tomoqrafiya mediastinitin olub-olmaması ilə yanaşı səbəbini də (qida borusu perforasiyası, bronx zədələnməsi , ətraf orqanlarda patologiya və s.) aşkarlamada faydalıdır.

9 Xroniki mediastinitdə hansı müalicə üsuluna üstünlük verilir ?

  • A. Divararalığının drenajı
  • B. Şüa müalicəsi
  • C. Cərrahi müalicə
  • D. Medikamentoz
  • E. Fizioterapevtik müalicə

D. Xroniki mediastinit divararalığındakı gövşək toxumada qranulamatoz və fibrozun inkişafı ilə xarakterizə olunan xroniki iltihabdır. Histoplazma və tuberkuloz ən çox rast gələn səbəbidir. Əksər hallarda asimptomatik (75%) olsa da xəstələrin ¼-ündə fibroza bağlı sıxılma əlamətləri görünür (bronx sıxılması, yuxarı boş vena sindromu). Müalicəsində ilk növbədə spesifik antibiotikoterapiya aparılır. Sıxılma sindromu və kütlə tapılan hallarda isə cərrahi müalicə lazım gəlir.

10 Xroniki mediastinitdə cərrahi müalicəyə ... göstərişdir .

  • A. döş qəfəsində ağrının olması
  • B. divararalığı orqanların sıxılması
  • C. hərarətin yüksəlməsi
  • D. xəstənin ümumi vəziyyətinin ağırlaşması
  • E. Asimptomatik xroniki mediastinit

B. Xronik mediatinitin müalicəsində ilk növbədə spesifik antibiotikoterapiya aparılır. Sıxılma sindromu və kütlə tapılan hallarda isə cərrahi müalicə lazım gəlir.

11 Hansı divararalığına infeksiyanın yayılma yollarına aıd deyil?

  • A. Aerogen
  • B. Hematogen
  • C. Limfogen
  • D. Təmas (kontakt)
  • E. İntraoperasion

A. Kəskin mediastinit adətən birincili xəstəlik deyil və digər xəstəliklərin ağırlaşmasıdır. Mediastinuma infeksiya 4 mənbədən gələ bilər: birbaşa kontaminasiya (qida borusu və bronx zədələnməsi, əməliyyat), boyun infeksiyasının yayılması, plevra və ağciyər infeksiyalarının yayılması və hemato-limfogen yayılma.

12 Kəskin mediastinitdə ən çox rast gələn ... mikroflora.

  • A. Aerob
  • B. göbələk
  • C. qarışıq (aerob və anaerob)
  • D. anaerob
  • E. qeyri-klostridial anaerob

C. Kəskin mediastinitlərdə ən çox qarışıq (aerob və anaerob) mikrofloraya rast gəlinir.

13 Hansı əlamət kəskin mediastinitə xarakterik deyil?

  • A. retrosternal ağrılar
  • B. yüksək hərarət
  • C. üşütmə
  • D. sarılıq
  • E. təngnəfəslik

D. Kəskin medastinit üşütmə, yüksək hərarət, döş qəfəsində ağrı, təngənəfəslik, ağır ümümi vəziyət ələmətləri ilə biruzə verir. Sarılıq kəskin mediastinitə xarakterik əlamət deyil.

14 Kəskin mediastinitin differensial diaqnostikasında bu xəstəliyin əhəmiyyəti (mənası) yoxdur:

  • A. diafraqmanın relaksasiyasının
  • B. pnevmoniyanın
  • C. ekssudativ plevritin
  • D. perikarditin
  • E. divararalığı şişlərinin

A. Pnevmoniya, irinli plevrit, perikardit və divararalığı törəmələri mediastenitə bənzər əlamətlər verə bilirlər və differensasiya etmək lazım gəlir. Oxşar əlamətləri olmadığı üçün kəskin mediasteniti diafraqmanın relaksasiyası ilə müqayisə etməyin əhəmiyyəti yoxdur.

15 Divararalığının travmaları zamanı emfizema hansı hallarda müşahidə olunmur?

  • A. bronx şaxələrinin zədələnməsi
  • B. traxeyanın zədələnməsi
  • C. qida borusunun zədələnməsi
  • D. iri bronxun zədələnməsi
  • E. perikardın zədələnməsi

E. Divararalığının travmalarında havalı orqan olmadığı üçün perikardın zədələnməsi zamanı emfizema müşahidə edilmir.

16 Divararalığının hansı sistləri embrional mənşəli deyil?

  • A. birincili seminomalar
  • B. dermoid sistlər və teratomalar
  • C. xoş və bədxassəli mezenximal sistlər
  • D. xorionepiteliomalar
  • E. xordomalar

C. Divararalığının xoş və bədxassəli mezenximal sistləri embrional mənşəli deyil. Sadalanan digər törəmələr embrional mənşəlidir.

17 Germ hüceyrəli törəmələr (dermoid sistlər və teratomalar) divararalığının hansı hissəsində daha çox rast gəlir:

  • A. ön və arxa divararalığında
  • B. arxa divararalığında
  • C. ön divararalığında
  • D. orta divararalığında
  • E. orta və arxa divararalığında

C. Divararalığının törəmələrinin əksəriyyəti (75%) xoşxassəlidir. Ön mediastinumda timoma, limfoma, germ-hüceyrə törəmələri (teratoma, seminoma və s), tiroid, paratiroid, lipoma, orta mediastinumda anevrizmalar, lipoma, miksoma, bronxogen kistlər, perikardial kistlər, ezofagial törəmələr, feoxromasitoma, arxa mediastinumda isə neyrogen törəmələr və feoxromasitoma çox rast gəlir. Limfoma bütün hissələrdə rastlana bilir.

18 Sadalanan metodlardan hansı divararalığı şişlərinin təbiətini daha dəqiq göstərə bilir?

  • A. mediastinoskopiya
  • B. nüvə-maqnit rezonans
  • C. KT
  • D. morfoloji müayinə
  • E. angioqrafiya

D. Morfoloji müayinə divararalığı şişlərinin təbiətini ən dəqiq göstərən müayinədir.

19 Arxa divararalığında ən çox hansı şişlərə rast gəlinir?

  • A. limfomalar
  • B. dermoid şişlər və teratomalar
  • C. qanqlionar şişlər
  • D. çəngələbənzər vəzin şişləri
  • E. neyrogen şişlər

E. Arxa divararalığında neyrogen şişlərə daha çox rast gəlinir

20 Divararalığının şişləri zamanı morfoloji müayinə üçün biopsion material hansı metodla götürülə bilməz?

  • A. laparoskopiya
  • B. bronxoskopiya
  • C. mediastinoskopiya
  • D. mediastinotomiya
  • E. punksion biopsiya

A. Laparoskopiya qarın boşluğu patologiyaları zamanı tətbiq olunur və bu zaman divararalığı şişlərindən biopsiya götürülə bilməz.

21 Divararalığının xoşxassəli şişləri və sistləri üçün hansı müalicə taktikası düzgündür?

  • A. şüa müalicə
  • B. dinamik müşahidə
  • C. cərrahi müalicəsi
  • D. kimyəvi müalicə
  • E. kombinəolunmuş müalicə

C. Divararalığının xoşxassəli şişləri və sistləri zamanı cərrahi müalicə göstərişdir. Dinamik müşahidə və digər müalicə metodları məqsədəuyğun deyil.

22 Divararalığının bədxassəli şişlərinin cərrahi müalicəsinə əks göstəriş deyil:

  • A. səs tellərinin davamlı parezi
  • B. uzaq metastazların olması
  • C. yuxarı boş vena sindromu
  • D. disfagiya və ağrı sindromu
  • E. ağır ürək-qan damar pozğunluğu

D. Digər hallardan fərqli olaraq disfagiya və ağrının olması cərrahi əməliyyata əks göstəriş deyil.