Xəbərdarlıq

JUser: :_load: Не удалось загрузить пользователя с ID: 806

Plevranın xəstəlikləri. Plevrit.

Hazırladı: I Cərrahi xəstəliklər kafedrası

Dos.Zeynalov B.

Dos.Zeynalov N

Redaksiya heyəti: prof. Bayramov N., t.f.d. Hümmətov A.

Rezident: Şirinova X.

 


 

 

1. Empiema nədir?

  • A. Parenximatoz orqan daxilində irinin toplanması
  • B. Epitellə örtülü təbii boşluqlarda irin toplanması
  • C. Toxumaarası sahələrə irinin toplanması
  • D. Boşluğu olmayan orqanlarda irinin yayılması
  • E. Orqanizmin hər hansı bir nahiyəsində irinin toplanması

B. Empiema anatomo-topoqrafik baxımdan irinin mövcud (hazır)epitellə örtülü boşluqlara toplanmasıdır.Digər cavablar irinin anatomik (təbii) boşluqlara toplanmasını xarakterizə etmir.

2. Abses nədir?

  • A. Toxuma daxilində məhdud irinli-nekrotik ocaq
  • B. Toxumaarası sahədə irinin toplanması
  • C. Toxuma daxilində nekrotik-irinli ocaq
  • D. Hüdudlanmış nekroz
  • E. Məhdudlaşmamış nekrotik-irinli ocaq

A. Abses zamanı toxuma daxilində irinli- nekrotik ocaq piogen kapsula ilə izolə olunaraq ətraf toxumalardan ayrılır. Digər variantlarda isə irinli- nekrotik ocaq piogen kapsula ilə əhatə olunmur və ona görə də məhdudlaşmır.

3. İrinli plevrit yaranmasında ən çox hansı mikroorqanizmlər iştirak edir?

  • A. Aerob və anaerob bakteriyalar
  • B. Aerob bakteriyalar və qram pozitiv koklar
  • C. Anaerob bakteriyalar
  • D. Qram pozitiv koklar
  • E. Qram neqativ koklar

A. İrinli plevritin nozoloji səbəbinin ən çox pnevmoniya olması və bronx- ağciyər sistemində digər mikroblara nisbətən aerob və anaerob bakteriyaların assoisasiyasının üstünlük təşkil etməsi nəzərə alınarsa, bu düzgün cavab hesab edilir.

4. İrinli plevritin səbəbləri arasında ən çox hansına rast gəlinir?

  • A. Pnevmoniya
  • B. Travma
  • C. Qabırğa osteomieliti
  • D. Ağciyər absesi
  • E. Ağciyər vərəmi

A. İrinli plevritin səbəblər arasında pnevmoniya 60%, əməliyyat 20%, travma 10%, digər səbəblər isə 10% təşkil edir.

5. Aşağıdakılardan hansı eksudativ plevritin səbəbi deyil?

  • A. Sirroz
  • B. Vərəm
  • C. Ağicyər şişləri
  • D. Pankreatit
  • E. Ağciyər absesi

A. Sirroz zamanı adətən transudativ xarakterli plevral maye rastlanır. Ağciyərin, diafraqmaaltı sahənin iltihabi, infeksiyon və onkoloji xəstəlikləri isə eksudativ xarakterli plevral mayenin yaranmaasına səbəb olurlar.

6. Eksudativ plevritlə transudativ plevritin differensial diaqnostikasında aşağıdakılardan hansının rolu yoxdur?

  • A. Mayenin miqdarı
  • B. Mayenin zülal miqdarı
  • C. Mayenin rəngi
  • D. Mayedə leykosit miqdarı
  • E. Mayenin özüllüyü

A. Eksudat və transudatı fərqləndirən önəmli göstərici tərkibindəki zülalın miqdarıdır (transudatda <3 q/dl, eksudatda isə >3 q/dl). Bununla yanaşı mayenin rəngi, özlülüyü, leykosit miqdarı da differensiasiyada rol oynayır. Həm eksudativ həm də transudativ plevritdə plevra boşluğuna yığılan mayenin miqdarı eyni və ya müxtəlif ola bilər.

7. Aşağıdakı klinik əlamətlərdən hansı plevritə daha çox şübhə yaradır?

  • A. Tənəffüs küylərinin eşidilməməsi
  • B. Yüksək hərarət
  • C. Təngənəfəslik
  • D. Döş qəfəsində ağrı
  • E. Öskürək

A. Göstərilən əlamətlər arasında plevral mayeyə ən çox şübhə yaradan ağciyər küylərinin eşidilməməsidir. Plevra boşluğunda olan maye ağciyərlə döş qəfəsi divarı arasında sədd təşkil etdiyi üçün tənəffüs küyləri eşidilmir.

8. Aşağıdakılardan hansı irinli plevritin morfoloji gedişini düzgün göstərir?

  • A. seroz-fibrinoz-fibroz
  • B. fibrinoz-nekroz-demorkasiya
  • C. nekroz-demorkasiya-fibroz
  • D. kataral-fibrinoz-fibroz
  • E. seroz-nekroz-fibrinoz

A. İrinli plevritdə plevra boşluğuna ilk 24-48 saatda seroz maye toplanır, sonra (3-7 günlər) üzərinə fibrin tellərinin çökməsi nəticəsində fibrinoz mərhələ, daha sonra isə (7-28 günlər) birləşdirici toxumanın inkişafı nəticəsində fibrozlaşma gedir.

9. Plevrada mayenin olmasını göstərən ən dəqiq müayinə üsulu hansıdır?

  • A. USM
  • B. KT
  • C. Punksiya
  • D. R-qrafiya
  • E. Bronxoskopiya

A. Plevrada mayenin toplanmasını görüntüləmə üsulları göstərir. Həm USM, həm KT, həm də rentgenoloji müayinə plevrada mayenin toplanmasını göstərə bilər. Lakin, az miqdarda maye (300 ml-dən az) rentgenoloji müayinə ilə dəqiq görünmür (qabırğa-diafraqma cibinin üzərinə qarın boşluğu orqanlarının kölgəsi düşdüyünə görə). KT isə bəzi hallarda kölgənin maye və ya kütlə olduğunu fərqləndirə bilmir. Buna görə, plevrada toplanmış mayeni ən dəqiq göstərən üsul USM-dir. Punksiya dəqiq nəticə verməyə bilir. Bronxoskopiya plevrada mayeni göstərmir.

10. İrinli plevrit şübhəsi olan xəstələrdə hansı müayinə ardıcıllığını seçərsiniz?

  • A. R-qrafiya-USM-KT-Punksiya
  • B. R-qrafiya-USM-Punksiya
  • C. R-qrafiya-KT- USM
  • D. KT-USM –Punksiya
  • E. R-qrafiya-USM-torakoskopiya

A. Diaqnozun təsdiqi üçün müayinə üsulu sadədən və az invaziv üsuldan başlanılmalı və mürəkkəb daha informativ müayinə üsullarına qədər davam etdirilməlidir. Rentgenoqrafiya döş qəfəsi orqanlarının müayinəsində ilk müayinədir, USM plevrada mayenin olub-olmamasını göstərir, KT ağciyər və digər orqanlarda patologiyanı və plevral mayenin səbəbini yoxlamaq üçün vacibdir, punksiya isə mayenin təbiətini dəqiqləşdirmək üçün icra edilir.

11. İrinli plevritin diaqnozunu dəqiqləşdirmək üçün hansı müayinə mütləq aparılmalıdır?

  • A. Punksiya
  • B. USM
  • C. R-qrafiya
  • D. KT
  • E. Torakoskopiya

A. Yalnız punksiya edildikdən sonra plevra boşluğundakı mayenin irin olmasına əmin ola bilərik.

12. İrinli plevrit zamanı torakoskopiya hansı halda aparılmalıdır?

  • A. Drenaj effektsiz olarsa, ağciyərin vəziyyətini görmək üçün
  • B. Empiema divarından biopsiya üçün
  • C. Heç bir xəstədə aparılmır, çünki infeksiyanı yaya bilər
  • D. Kisələşmiş irinli plevritler zamanı
  • E. Bütün xəstələrdə

A. Torakoskopiya endoskopik müayinə kimi plevra boşluğunun, ağciyər - bronx kompleksinin vəziyyətini vizual qiymətləndirməyə imkan verir.

13. İrinli plevriti digər eksudativ plevritlərdən fərqləndirən ən vacib göstərici hansıdır?

  • A. Eksudatın pH-nın 7.2-dən kiçik olması
  • B. Eksudatda zülalın miqdarı
  • C. Eksudatda bakteriyaların tapılması
  • D. Eksudatda neytrofillərin tapılması
  • E. Eksudatın rənginin bulanıq olması

A. İrinli plevrit zamanı irintörədici bakterial floranın iştirakı ilə əlaqədar turş mühit yaranır. Digər göstəricilər bütün eksudativ plevritlərdə rastlana bilən əlamətlərdir.

14. İrinli plevritin fibrinoz dövründə (3-7 günlər ) hansı müalicə üsulunu seçərsiniz?

  • A. Qapalı sorucu və ya irriqasion drenaj
  • B. Təkrari punksiyalar
  • C. Açıq borulu drenaj
  • D. Torakotomik drenaj
  • E. Passiv qapalı drenaj

A. İrinli plevritin fibrinoz dövründə drenaj borusu fibrinlə tutula bilir. Ona görə də aktiv sorucu drenaj və fibrinolitiklə irriqasiya da tövsiyə edilir.

15. İrinli plevritin xronik dövründə (7-28 gün) ilk növbədə hansı müalicə üsulunu seçərsiniz?

  • A. Torakoplastika, dekortikasiya
  • B. Açıq borulu drenaj
  • C. Qabırğa rezeksiyası və açıq drenaj
  • D. Torakotomiya
  • E. Qapalı sorucu drenaj

A. Səbəbi aradan qaldırmaqla yanaşı fibroz toxuma ilə əhatə olunmuş boşluğu ləğv etmək xroniki plevritin ən effektiv müalicəsidir. Torakoplastika döş qəfəsi divarını mobilləşdirərək, dekortikasiya isə ağciyərin genişlənməsinə şərait yaradaraq empiema boşluğunu aradan qaldrmağa imkan verir. Bu mümkün olmadıqda digər üsullar seçilir.

16. Dekortikasiya əməliyyatının məqsədi nədir?

  • A. Ağciyəri genişləndirmək və boşluğu təbii yolla ləğv etmək
  • B. Fibrotik toxumaları çıxarmaq
  • C. Ağciyərin divara yapışmasını təmin etmək
  • D. Eksudatın sorulmasını sürətləndirmək
  • E. Plevra boşluğundan irinin evakuasiyasını təmin etmək

A. Dekortikasiya ağciyər üzərində əmələ gəlmiş fibrotik toxumanın soyulması əməliyyatıdır və ağciyərin elastikliyini bərpa edərək ağciyəri genişləndirmək və boşluğu ləğv etmək məqsədi ilə xroniki empiemalar zamanı tətbiq edilir.

17. Hansı hal torakotomiya + lobektomiya + dekortikasiya əməliyyatına göstəriş deyil?

  • A. Ümumi vəziyyəti ağır olan xronik empiemalı xəstə
  • B. Abses nəticəsində əmələ gələn empiema
  • C. Bronxoplevral fistulla müşayiət olunan xronik empiema
  • D. Pay hüdudlu xərçəng ilə müşayət olunan xronik empiema
  • E. Konservativ müalicəsi effektsiz olan xronik empiema