Xəbərdarlıq

JUser: :_load: Не удалось загрузить пользователя с ID: 806

Peritonun cərrahi xəstəlikləri

Hazırladı: dos. Rüstəm Ə.M.,

I-cərrahi xəstəliklər kafedrası

Redaksiya heyəti: prof. Bayramov N., t.f.d. Hümmətov A.

Rezident: Mürvələdova N.


1 Peritonit zamanı ağrıların xarakteri

  • A. daimi ağrılar
  • B. sancışəkilli ağrılar
  • C. tutmaşəkilli ağrılar
  • D. lokal ağrılar
  • E. göynədici ağrılar

A. Ümumiyyətlə iltihabi ağrılar daimi xarakterli olur. Peritonitdə həm parietal, həm də visseral periton qişalarıaqressiv möhtəviyyatla (mədə şirəsi, öd, qan, sidik, nəcis və s.) və iltihabi eksudatla daimi qıcıqlanır. Parietal ağrılar lokal, visseral ağrılar isə yayğın xarakterli olur.

2 Qarın boşluğunda infeksiyanın disseminasiyasının səbəbi deyil?

  • A. diafraqmanınhərəkəti
  • B. ağırlıq qüvvəsi
  • C. fibrin toplanması
  • D. sərbəst boşluq olması
  • E. bağırsağın hərəkətləri

С. Fibrin toplanması bağırsaq ilgəklərinin, böyük piyliyin bir-birinə və qarın divarına yapışmasına, onların hərəkət məhdudluğuna səbəb olaraq iltihabın yayılmasının qarşısını alan qoruyucu mexanizmlərdəndir. Digərləri periton boşluğunda iltihabın sürətlə yayılmasında müsbət rol oynayır.

3 Yayılmış peritonit zamanı hansı laparotomik kəsik optimaldır?

  • A. sol transrektal
  • B. yuxarı-orta
  • C. aşağı orta
  • D. sağ pararektal
  • E. orta-orta

E.Orta-orta laparotom kəsik bir sıra mühüm üstünlüklərə malilkdir. Tez yerinə yetirilir, nisbətən az travmatikdir və peritonitlərdə əməliyyatın mərhələlərini həyata keçirmək üçün adekvat görüş sahəsi və texniki imkanlar yaradır: peritonitin mənbəsinin tapılması, aradan qaldırılması və qarın boşluğunun sanasiyası

4 Peritonit zamanı tənəffüs poz-ğunluqları nə ilə əlaqədar deyil?

  • A. ağciyər absesi
  • B. ağrı
  • C. qarındaxili hipertenziya
  • D. sepsis
  • E. plevral maye

A. Peritonitlərdə tənəffüs sistemində əksər hallrda pozulmalar baş verir ki, bunun da bir neçə mexanizmini qeyd etmək olar. Birincisi ventilyasiyanı azaldan mexanizmlər ki, bunlara qarında ağrını, qarındaxili təzyiqin artmasını (abdominal kompartman), reaktiv plevriti və atelektazı göstərmək olar. İkincisi isə, sepsis nəticəsində ağciyrəin parenximasında baş verən iltihabi prosesdir (kəskin ağciyər zədələnməsi, kəskin respirator distress sindrom, pnevmoniya). Ağciyər absesi peritonitlərdə rast gələ bilər, lakin adətən lokal proses olan bu xəstəlik tənəffüsü ciddi pozmur.

5 Peritonit üçün xarakterik olma-yan yerli simptom hansıdır?

  • A. bağırsaq küylərinin güclən-məsi
  • B. palpator və perkutor ağrılar
  • C. əzələ gərginliyi
  • D. qarında maye
  • E. rektal müayinədə ağrılar

A. Peritonitlərdə bağırsaqiltihablaşır və ödemləşir, ona görə də peristaltikası da zəifləyir. Sadalanan digər əlamətlər peritonit üçün xarakterik yerli əlamətlərdir.

6 Hansı əlamət gecikmiş peritonitin əsas siptomudur?

  • A. diffuz ağrılar
  • B. təngnəfəslik
  • C. taxikardiya
  • D. diffuz gərginlik
  • E. hipotoniya

E.Peritonit təbiətcə qarındaxili iltihabın törətdiyi abdominal kompartman (hipertenziya) və sepsisdir. Proses irəlilədikdcə sepsis də ağırlaşır, orqan və sistem yetməzliklərinə gətirib şıxarır. Gecikmiş peritonitlərdə sepsisin ağır forması olan septik şok baş verir ki, bunun da xarakterik əlaməti infuziyaya cavab verməyən hipotoniyadır. Digər əlamətlər peritonitin bütün mərhələlərində rast gəlir.

7 Peritonitin diaqnostikasında əsas rol ....... məxsusdur.

  • A. klinik şəkil
  • B. radioloji müayinələr
  • C. laborator sınaqlar
  • D. laparosentez (laparoskopiya)
  • E. peritoneal punksiya (lavaj)

A. Klinik şəkil mühümdür. Digər müayinələr köməkçi və ya dəqiqləşdirici (laparosentez, laparoskopiya, lavaj) əhəmiyyət kəsb edir.

8 Peritonitlərin ağırlıq dərəcəsini qiymətləndirərkən hansı göstəricinin əhəmiyyəti yoxdur?

  • A. tənəffüs sayı
  • B. mikrofloranın virulentliyi
  • C. arterial təzyiq
  • D. qanda kreatinin
  • E. bədən çəkisi

E. Peritonitin ağırlıaq dərəcəsininmüəyyənləşdirilməsində önəmli göstəricilər kimi sepsis, orqan yetməzlikləri və mənbənin xarakteri istifadə ounur. Arterial təzyiq, tənəffüs sayı, kreatinin orqanların göstəricisi, mikrobların virulentliyi isə lokal göstəricilərdəndir. Bədən çəkisi peritonitin ağırlıq dərəcəsinin təyinində tətbiq olunmur.

9 Peritonit ən çox hansı xəstəlyin ağırlaşmasıdır?

  • A. kəskin xolesistit
  • B. xorasının perforasiyası
  • C. kəskin pankreatit
  • D. kəskin appendisit
  • E. boğulmuş yırtıqları

D.Kəskiin appendisit rastgəlmə tezliyinə görə ilk yeri tutduğuna görə appendikulyar mənşəli peritonit daha geniş yayılmışdır.

10 Hansı əlamət peritoniti inkar edə bilər?

  • A. sepsis əlamətinin olmaması
  • B. USM-də mayenin olmaması
  • C. qarının yumşaq olması
  • D. mayedə mikrobun olmaması
  • E. normal bağırsaq küyləri

A. Peritonit yerli və umumi iltihab (sepsis) əlamətləir ilə biruzə verir. Orqanizmin reakativliyinə və ya qarındaxili patologiyanın xarakterinə bağlı yerli əlamətlər zəif və subklinik ola bilər. Lakin ümumi əlamətlərin bir neçəsi (sepsis əlamətləri: taxikardiya, taxipnoe, temperatur artması, leykositar dəyişiklik) həmişə rast gəlir.