Xəbərdarlıq

JUser: :_load: Не удалось загрузить пользователя с ID: 806

Mədə bağırsaq qanaxmaları

Hazırladı: t.e.n. Xıdırova N.

Redaksiya heyəti: prof. Bayramov N., t.f.d.Hümmətov A.


 

1. Yuxarı və aşağı mədə-bağırsaq qanaxmları arasında şərti sərhəd nə hesab edilir?

  • A. Pilorik sfinkter.
  • B. Baugin arakəsməsi.
  • C. Treys bağı .
  • D. Kardioezofageal nahiyə.
  • E. Yoğun bağırsağın qaraciyər əyriliyi.

C. Treyts bağı mədə-bağırsaq traktının yuxarı və aşağı hissələrə ayırdığı üçün müvafiq olaraq aşağı və yuxarı mədə-bağırsaq qanaxmalarının da şərti sərhəddi hesab olunur.

2. Yuxarı mədə-bağırsaq qanaxmalarının ən çox rast gələn səbəbi nədir?

  • A. Qida borusunun varikoz venaları.
  • B. Mədə şişi.
  • C. Mellori - Veys sindromu.
  • D. Peptik ezofagit.
  • E. Mədə və 12 barmaq bağırsaq xorası.

E. Mədə-bağırsaq qanaxmalarının ən çox rast gələn səbəbi mədə və 12barmaq bağırsaq xorasıdır (~50%). Qida borusunun varikoz venalarından qanaxma - ~10%, ezofagitlərdə - ~5%, Mallori-Veys sindromu -~3%, mədə şişi -~1% təşkil edir.

3. Mallori-Veys sindromu nədir?

  • A.Təkrar qusma nəticəsində Treyts bağının cırılmasıdır.
  • B. Təkrar qusma nəticəsində kardioezofageal selikli qişanın cırılmasıdır.
  • C. Təkrar qusma nəticəsində pilorusun selikli qişasının cırılmasıdır.
  • D. İshal nəticəsində düz bağırsağın selikli qişasının cırılmasıdır.
  • E. İshal nəticəsində düz bağırsağın sallanmasıdır.

B. Mallori-Veys sindromu kardioezofageal nahiyədə selikli qişanın cırılmasıdır. Bu zədələnmə təkrar qusmalar zamanı möhtəviyyatın təzyiqlə kardial məngənəyə çırpılması nəticəsində əmələ gəlir.

4. Hematemezis nədir?

  • A. Qara rəngli nəcisin olması.
  • B. Gəhvə rəngli qusmanın olması.
  • C. Ödlü qusmanın olması.
  • D.Qanla qusmanın olması.
  • E. Nəcislə qusmanın olması.

D. Qanlı qusma həzm traktının yuxarı hissəsindən olan qanaxmalar üçün xarakterikdir. Qusuntu kütlələrinin xarakteri (al qan, tünd qirmizi laxtalar, "qəhvə xıltı") hemoqlobinin duz turşusunun təsirindən hematinə çevrilməsindən asılıdır.

5. Hematemezis daha çox hansı patologiya üçün xarakterikdir?

  • A. Qida borusunun varikoz venaları üçün.
  • B.Mekkel divertikulundan olan qanaxma üçün.
  • C. S-vari bağırsağın divertikulu üçün.
  • D. Mezenterial tromboz üçün.
  • E. Hemobiliya üçün.

A. Qida borusunun varikoz genəlmiş venalarına hematemezis daha xarakterikdir. Bu zaman adətən birdən-birə heç bir ağrı olmadan dəyişilməmiş qanla qusma müşahidə olunur.

6. Hansı ifadə yuxarı mədə-bağırsaq qanaxmalarına aid deyil?

  • A.Treys bağından proksimal qanaxmalar bu qrupa daxildir.
  • B. Kəskin qanaxmalar 75% hallarda spontan dayanır.
  • C. Ən çox rast gələn səbəbi Mallori-Veys sindromudur.
  • D. Əsas kliniki əlamətləri melena və hematemezisdir.
  • E. Qanaxmaların diaqnostikasında endoskopiya vacibdir.

C. Mədə-bağırsaq qanaxmalarının ən çox rast gələn səbəbi mədə və 12barmaq bağırsaq xorasıdır (~50%). Qida borusunun varikoz venalarından qanaxma - ~10%, ezofagitlərdə - ~5%, Mallori-Veys sindromu -~3%, mədə şişi -~1% təşkil edir.

7. Sadalananlardan hansı yuxarı mədə-bağırsaq qanaxmalarının səbəbi deyil?

  • A.Qeyri-steroid iltihab əleyhinə dərmanlar.
  • B.Qaraciyər xəstəlikləri
  • C.Peptik xora.
  • D.Enən çənbər bağırsağın şişi.
  • E.Qan xəstəlikləri və angiodisplaziya.

D. Enən çənbər bağırsaq həzm traktının aşağı hissəsinə aid olduğu üçün onun şişi yuxarı mədə-bağırsaq qanaxmalarının səbəbi ola bilməz.

8. Alqover indeksi nə üçün istifadə edilir?

  • A. Qanitirmənin həcmini təyin etmək üçün.
  • B. Qanaxmanın mənbəyini təyin etmək üçün.
  • C. Qanaxmanın residivinin proqnozu üçün.
  • D. Qanın xüsusi çəkisinin təyini üçün.
  • E. Dövr edən qanın həcmini təyin etmək üçün.

E. Alqover indeksi və ya şok indeksi nəbz sayının sistolik arterial təzyiqə olan nisbətidir və normada 0.5-ə bərəabərdir. Bu indeks adətən dövr edən qanın həcmini təyin etmək üçün istifadə edilir. İndeksin 1-dən böyük olması adədən ciddi hipovolemiyadan xəsbər verir.

9. Alqover indeksi necə təyin edilir?

  • A. Hemoqlobinin hematokritə nisbəti ilə.
  • B. Sistolik arterial təzyiqin nəbzə nisbəti ilə.
  • C. Sistolik arterial təzyiqin hemoglobinə nisbəti ilə.
  • D. Nəbzin sistolik arterial təzyiqə nisbəti ilə .
  • E. Hematokritin hemoglobinə nisbəti ilə.

D. Alqover indeksi nəbzin sistolik arterial təzyiqə nisbətidir, 1-dən böyük olması dövr edən qanın həcminin azalmasını göstərir.

10. Mədə-bağırsaq traktının hansı şöbəsindən olan qanaxmalara hematoxeziya daha çox xarakterdir?

  • A. Qida borusu, mədənin kardial hissəsi.
  • B. Qida borusu, mədə, 12 barmaq bağırsaq.
  • C. Nazik bağrsaq və yoğun bağırsağın sağ yarısı.
  • D. Mədə və nazik bağırsaq.
  • E. Yoğun bağırsağın sol yarısı və rektum.

E. Hematoxeziya qanlı nəcis deməkdir və adətən yoğun bağırsağın sol yarısı və rektum patologiyaları (divrtikukulyoz və babasil) üçün daha xarakterikdir. Yuxarı MBQ-da hematoxeziyanın olması təhlükəli əlamət olub profuz qanaxmanı göstərir.

11. Mədə-bağırsaq qanaxmalarında oktreotidin istifadəsi preparatın hansı effektinə əsaslanır?

  • A. Mədə şirəsinin ifrazını artırır.
  • B. Vazodilatasiya hesabına digər daxili orqanlara qan axımını artırır.
  • C. Vazokonstriksiyanın hesabına daxili orqanlarda qan dövranı azalır .
  • D. Mədə şirəsində prostoqlandinlərinin miqdarınnı artırır.
  • E. Mədə möhtəviyyatının evakuasiyasınnı tezləşdirir.

C. Oktreotid somatostatinin sintetik anoloqudur. Mədə-bağırsaq damarlarında vazokonstruksiya törədir, hormonların və enzimlərin sekresiyanı və peristaltikanı azaldır. Bu cəhətinə görə də mədə-bağırsaq qanaxmalarında portal təzyiqi azaltmaq üçün, neyroendokrin törəmələrdə karsinoid sindromunun profilaktikası üçün və diareyalarda istifadə edilir.

12. Hansı ifadə aşağı mədə-bağırsaq qanaxmalarına aid deyil?

  • A. Qanaxmanın mənbəyi Treyts bağından distal yerləşir.
  • B. 95% hallarda qanaxmanın səbəbi yoğun bağırsaqdır.
  • C. Kişilərdə qadınlara nisbətən daha çox rast gəlir.
  • D. 60% hallarda qanaxmanın səbəbi nazik bağırsaqdır.
  • E. Bütün mədə-bağırsaq qanaxmalarının 24%-ni təşkil edir.

D. Aşağı mədə-bağırsaq qanaxmalarının səbəbləri arasında yoğun bağırsaq patologiyaları ilk sırada durur.

13. Hansı mədə-bağırsaq qanaxmaların müalicəsində Blekmor zondundan istifadə edilir?

  • A. Mədənin qanaxan pilorik xorasında.
  • B. Qida borusunun varikoz genişlənmiş venalarından.
  • C. 12 barmaq bağırsağın qanayan xorasında.
  • D. S-vari bağırsağın divertikulunda.
  • E. Mekkel divertikulunda.

B. Qida borusu venalarının varikoz genəlmələrində Blekmor zondu istifadə olunur. Bu zondda olan balon şişirdildikdə qida borusunun və mədənin kardial hissəsindəki qanayan venaları mexaniki sıxaraq qanaxmanı dayandırır