MƏDƏ və ONİKİBARMAQ BAĞIRSAĞIN CƏRRAHİ XƏSTƏLİKLƏRİ
Hazırladı: Dos. Zeynalov N.A.,
I-cərrahi xəstəliklər kafedrası
Redaksiya heyəti: prof. Bayramov N., t.f.d. Hümmətov A.
Rezident: Mürvələdova N.
1 Hipotonik mədədə udulmuş tüklərdən əmələ gələn yad cisim:
- A) mikobezoar
- B) fitobezoar
- C) şellakobezoar
- D) piksobezoar
- E) trixobezoar
E. Hipotonik mədədə udulmuş tükərdən əmələ gələn yad cisim trixobezoar adlanır.
2 Mədənin və onikibarmaq bağırsağın selikli qişasına mənfi təsir göstərən Helicobacter pylori–nin ifraz etdiyi amil:
- A) ureaza
- B) katalaza
- C) hidrogenaza
- D) oksidoreduktaza
- E) karboksipeptidaza
A. Mədə və onikibarmaq bağırsağın selikli qişa-sına Helocobacter pylori –nin mənfi təsiri onun ifraz etdiyi ureaza fermenti ilə əlaqədardır. Ureaza selik-bikarbonat qatının fiziki rezistentliyini azaldır.
3. 32 yaşlı xəstə epiqastral nahiyədə acqarına ağrılar, ağrıların yaz və payız aylarında kəskinləşməsi, qıcqırma, ürəkbulanma və vaxtaşırı qusmadan şikayət edir. Qusmanın ona rahatlıq gətirməsini bildirir. Eh-timal olunan diaqnoz:
- A) xronik pankreatit
- B) xronik xolesistit
- C) duodenal xora
- D) kardiyanın axalazıyası
- E) paraezöfageal yırtıq
C. Bu şikayətlər xüsusilə, acqarına ağrılar, mövsümi xarakterli rahatsızlıq, qusmadan sonra rahatlıq onikibarmaq bağırsağın xora xəstəliyinin klinikasına müvafiqdir.
4 Vaqotomiya əməliyyatından sonra mədə xorasının residivi baş verərsə serumda qastrinin təyini nə üçün vacibdir?
- A) Zollinger-Ellison sindromuna şübhə olduğuna görə
- B) Helicobacter pylori–nin fəallığını təyin etmək üçün
- C) xoranın malignizasiyasına şübhə olduğu-na görə
- D) IItip şəkərlidiabetinbaşlanmasına şübhə olduğunagörə
- E) kəskin pankreatiti inkar etmək üçün
A. Xora xəstəliyinə görə cərrahi əməliyyatlardan sonra residiv təkrar xora(lar) əmələ gələrsə ilk növbədə Zollinger-Ellison sindromu (qastrino-ma), unudulmuş antrum və texniki ağırlaşmalara görə müayinələr aparmaq lazımdır. Zollinger-Ellison sindromu (qastrinoma) zamanı serumda qastrinin miqdarı bir neçə dəfə artaraq mədə şirəsinin ifrazını daim yüksək saxlayır. Nəticədə mədə və doudenumda çoxsaylı xoralar əmələ gə-lir, vaqotomiya və rezeksiya əməliyyatlarından sonra residiv xoralarına əmələ gəlməsinə səbəb olur.
5 Mədə xorası ilə xəstənin kontrast rentgenoloji müayi-nəsi zamanı aşkar olunur:
- A) Kloyber kasacıqları
- B) "daş döşəməli yol" simptomu
- C) "dolma defekti" əlaməti
- D) "mühafizəçi ilgək" simptomu
- E) "taxça" simptomu
E. Mədə xorası olan xəstənin kontrast rentgenoloji müayinəsi zamanı kontrast maddə xora de-fektini doldurur, xoranın rentgenoloji konturu hüdudlarından kənara çıxır. Bu "taxça" simptomu adlanır.
6. 45 yaşlı xəstə yeməkdən 2-2,5 saat sonra epiqastral nahiyədə ağrılar, acqarına ağrılar, ürəkbulanma və qıcqırmadan şikayət edir. Endoskopik müayinə zamanı onikibarmaq bağırsaqda 5X7 mm ölçülü kəskin xora aşkar olunur. Cərrahın taktikası:
- A) pəhriz və endoskopik nəzarət
- B) no-şpa, ofloksasin, laktuloza
- C) selektiv vaqotomiya, piloroantrumektomiya
- D) trunkal vaqotomiya, piloroplastika
- E) lansoprazol, amoksisillin, klaritromi-sin
E. Onikibarmaq bağırsağın ağırlaşmamış kəskin xorasının standart müalicəsi konservativ ikikomponentli terapiyadan ibarətdir: xlorid turşusunun ifrazını azaldan preparat (H2- reseptorlarının və ya proton pompası blokatoru) + Helicobacter pylori–ya qarşı antibiotik.
7 Mövcud olmayan piloroplastika üsulu:
- A) Jabule
- B) Finney
- C) Kader
- D) Heyneke-Mikuliç
- E) Cadd
C. Kader üsulu ilə piloroplastika mövcud deyil. Bu qastrostomiya üsuludur.
8 Onikibarmaq bağırsağın xronik və az miqdarda qanaxma verən xorası zamanı qanaxmanı təsdiq edən sı-naq:
- A) fuksin sınağı
- B) benzidin sınağı
- C) süleymani sınağı
- D) timol sınağı
- E) fenolrot sınağı
B. Az miqdarda qanaxma zamanı nəcisdə "gizli" qan benzidin (Hregersen) sınağı təyin olunur.
9 Mədənin kəskin qanaxma ilə ağırlaşmış xorasının klinik əlamətləri:
- A. qanlı ishal, qarının çox köpməsi, qarında yayılmış ağrı
- B. taxikardiya, AT enməsi, melena, qəhvə rəngli qusma
- C. ishal, epiqastral nahiyədə kəskin ağrı, AT yüksəlməsi, təngnəfəslik
- D. bradikardiya, sol qabırğaaltı nahiyədə ağrı, ödlü qusma
- E. təkrari ödlü qusma, epiqastral nahiyədə kəskin ağrı, huşun pozulması
B. Mədənin qanaxan xorası za-manı dövr edən qanın həcminin azalmasına görə taxikardiya və AT-in enməsi baş verir, qara duru nəcis (melena) ifraz olur, mədədə xlorid turşusu qan ilə neytrallaşdığına görə epiqastral nahiyədə ağrılar azalır.
10 Mədənin perforativ xorası zamanı ağciyər-qaraciyər perkutor kütlüyü itir, çünki
- A) paretik bağırsağa qaz yığılır
- B) diafraqmanın sağ kümbəzinin altında qaz toplanır
- C) qaraciyərin üzərində eksudat toplanır
- D) plevra boşluqlarında reaktiv iltihab başlayır
- E) qaraciyərin altına mədə möhtəviyyatı toplanır
B. Mədənin perforativ xorası zamanı mədədaxili qaz sərbəst qarın boşluğuna çıxır və diafraqmanın altında toplanır. Nəticədə ağciyər-qaraciyər perkutor kütlüyü itir.
11 Ağciyər-qaraciyər perkutor kütlüyü itməyə bilər:
- A) mədənin böyük əyriliyinin xorasının perforasiyası zamanı
- B) onikibarmaq bağırsağın arxa divarının xorasının perforasiyası zamanı
- C) mədənin ön divarının xorasının perforasiyası zamanı
- D) onikibarmaq bağırsağın ön divarının xorasının perforasiyası zamanı
- E) mədənin pilorik hissəsinin xorasının perforasiyası zamanı
B. Onikibarmaq bağırsağın arxa divarının perforativ xorası zamanı mədədaxili qaz sərbəst qarın boşluğuna deyil, peritonarxası sahəyə çıxır. Ona görə ağciyər-qaraciyər kütlüyü itmir.
12. 45 yaşlı xəstə onikibarmaq bağırsağın perforativ xorası səbəbindən təxirəsalınmaz surətdə cərrahi əməliyyat olunur. Əməliyyat zamanı onikibarmaq bağırsağın soğanağının ön divarında 2-3 mm diametrli perforativ dəlik, qarın boşluğunda yayılmış irinli pe-ritonit aşkar olunur. Cərrahın taktikası:
- A) perforativ dəliyin közənməsi
- B) mədənin Billroth-I üsulu ilə rezeksiyası
- C) mədənin Billroth-II üsulu ilə rezeksiyası
- D) yalnız selektiv proksimal vaqotomiya
- E) qastrostomiya
A. Xoranın perforasiyası zamanı cərrahi taktika: irinli peritonit olarsa perforativ dəlik tikilir (kö-zənir) və ya böyük piylik hissəsi ilə qapadılır. Qarın boşluğu irindən təmizlənir, sanasiya və drenaj edilir. İrinli peritonit olmadıqda (adətən perforasiyadan 6 saatdan az müddət keçərsə), xəstənin ümumi vəziyyəti imkan verərsə səriştəli cərrahi briqada mədə əməliyyatları (rezeksiya və ya vaqotomiya) icra edilə bilər. Yayılmış irinli peritonit fonunda tikiş tutarsızlığı təhlükəsinə görə mədə rezeksiyası tövsiyə edilmir. Xoranın perforasiyası ilə yanaşı qanaxma olarsa və ya bədxassəli xoranın perforasiyası zamanı hətta pe-ritonit fonunda məcburi rezeksiya icra edilmə-lidir.
13 Peptik xoranın üzvün hüdudlarından kənara çıxıb qonşu orqana sirayət etməsi ..... adlanır.
- A) prolonqasiya
- B) penetrasiya
- C) perforasiya
- D) proliferasiya
- E) malignizasiya
B. Peptik xoranın üzvün hüdudlarından kənara çıxaraq qonşu üzvə sirayət etməsi penetrasiya, sərbəst qarın boşluğuna açılması perforasiya, bədxassəli şişə transformasiyası isə malignizasi-ya adlanır.
14 Stres xoralarına aid olan Kuşinq xorası əmələ gəlir:
- A) baş beyinin üzvi patologiyası zamanı
- B) dərin yanıqlar və yanıq xəstəliyi zamanı
- C) miokardın infarktı zamanı
- D) ağır cərrahi əməliyyatlardan sonra
- E) sepsis fonunda
A. Stres xoraları mədə və bağırsaqda mikrosirkulyasiyanın pozulması nəticəsində inkişaf edir. Mirosirkulyasiyanın pozulması mukozanın işe-miyasına səbəb olur, regenerasiya zəifləyir, hətta mədə turşusunun azlığı fonunda belə xoralaşma baş verir. Kuşinq xorası stres xoraların bir növü-dür, baş beyinin zədələnməsi, insult və şişlər zamanı əmələ gəlir.
15 Dərman mənşəli mədə və onikibarmaq bağırsaq xoraları və eroziyalarının müalicəsində ilk addım nə olmalıdır:
- A) infuzion detoksikasiya
- B) dərman preparatının qəbulunun da-yandırılması
- C) proton körüyü inhibitonun təyini
- D) sakitləşdirici preparatların təyini
- E) endoskopik koaqulyasiya
B. Dərmanların törətdiyi istənilən patologiyalar zamanı ilk addım həmin dərmanın qəbulunun dayandırlmasından ibarətdir. Dərman mənşəli xora-lar və eroziyalar zamanı dərman preparatının dayandırılmasından sonra xora və eroziyalar əksər hallarda qısa müddətdə sağalır.
16 Billroth-II əməliyyatı zamanı qastroenteroanastomozun geniş qoyulması .... səbəb olur:
- A) xoranın residivinə
- B) dempinq sindromuna
- C) gətirici ilgək sindromuna
- D) anastomozun peptik xorasına
- E) aparıcı ilgək sindromuna
B. Billroth-II əməliyyatı zamanı qastroentero-anastomozun geniş qoyulması əməliyyatdan sonrakı dövrdə mədə möhtəviyyatının acı bağırsağa tez keçməsinə və dempinq sindromuna səbəb olur.Geniş anastomoz gətirici və ya aparıcı ilgək sindromlarına, xoranın residivinə səbəb olmur.
17 His bucağının açılması ..... səbəb olmur:
- A) qida borusunun aşağı sfinkterinin zəifləməsinə
- B) reflüks-ezöfagitə
- C) mədə-qida borusu reflüksünə
- D) kardıyanın axalaziyasına
- E) kardiyanın boşalmasına
D. İti His bucağı antireflüks mexanizmlərdən biridir. Bucağın açılması həm birbaşa, həm də do-layı yolla (sfinkterin zəifləməsi) reflüksə və reflüks-ezöfagitə səbəb olur. Kardiyanın axalaziyasının səbəbi isə əzələlərarası Auerbax sinir kələf-lərinin degenerasiyasıdır.
18 Ac ağrılar və gecə ağrıları ..... xarakterikdir:
- A) onikibarmaq bağırsağın xorasına
- B) mədə xorasına
- C) onikibarmaq bağırsağın xorasının perforasiyasına
- D) Mellori-Veys sindromuna
- E) xronik pankreatitə
A. Ac ağrılar və gecə ağrıları 12 b.b xorasının kəskinləməsi üçün xarakterikdir
19 Piloroplastika tələb etməyən vaqotomiya növü:
- A) ön vaqotomiya
- B) selektiv proksimal vaqotomiya
- C) proksimal vaqotomiya
- D) trunkal vaqotomiya
- E) arxa vaqotomiya
B. Selektiv proksimal vaqotomiya zamanı mədə-nin motorikasını və pilorik sfinkterin fəaliyyətini idarə edən Latarje siniri qorunduğuna görə mədə möhtəviyyatının evakuasiyası pozulmur və pilo-roplastika əməliyyatına zərurət olmur.
20 Onikibarmaq bağırsağının xora xəstəliyinə görə pəhriz saxlayan və H2-blokatorlarla müalicə olunan 65 yaşlı qadın qastroduodenal qanaxma ilə xəstəxanaya gətirilir. Hemostatik və infuzion müalicə başladıqdan sonra növbəti addım .... olmalıdır:
- A) təcili cərrahi əməlliyyat
- B) fibroqastroduodenoskopiya və qana-xan damarın koaqulyasiyası
- C) bismut, tetrasiklin və metronidazol preparatlarının təyini
- D) piloroduodenotomiya və qanaxan damarın tikilməsi
- E) Blekmor-Sengstaken zondunun qoyul-ması
B. Xora mənşəli mədə-bağırsaq qanaxmalarında müalicə ardıcıllığı: hemodinamikanın stabil-ləşdirilməsi; medikamentoz hemostaz; endo-skopik hemostaz; göstəriş əsasında cərrahi əməliyyat. Əsas diaqnostik və müalicə vasitəsi kimi endoskopiya qəbulun ilk saatlarında(6-12 saatlarda) aparılmalıdır.
21 Operativ müalicəyə göstəriş deyil:
- A) onikibarmaq bağırsağın kəskin xorası
- B) xora mənşəli təkrar qastroduodenal qanaxma
- C) piloroduodenal stenoz
- D) onikibarmaq bağırsağın sağalmayan kall-yoz xorası
- E) mədənin perforativ xorası
A. Onikibarmaq bağırsağın ağırlaşmamış kəskin xorası standart olaraq konservativ müalicə olunur və əksər hallarda da (80%-dən çox) xəstələr sa-ğalır. Xoranın perforasiyası və stenozu mütləq qaydada, qanaxma isə bəzi hallarda cərrahi əməliyyata göstərişdir. Sağalmayan və tez-tez resi-divləşən xoralar zamanı da cərrahi əməliyyat töv-siyə olunur.
22 Mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin patogenizində önəmli rolu olan bakteriya:
- A) Streptococcus viridians
- B) Helicobacter pylori
- C) Escherichia coli
- D) Pseudomonas aeginosa
- E) Klebsiella pneumoniae
B. Mədə və onikibarmaq bağırsağın xora xəstəli-yinin inkişafında önəmli rol Helicobacter pylo-ri-yə əxsusdur. Onun ifraz etdiyi ureaza fermenti selikli qişanın bufer (baryer) qatının zədələnmə-sinə səbəb olur
23 Sağlam mədə də.... sintez olunmur
- A) bikarbonatlar
- B) Kasl-ın daxili faktoru
- C) Pepsin
- D) lipaza
- E) xlorid turşusu
D. Lipaza mədəaltı vəzidə, digər maddələr isə mədənin selikli qişasında sintez olunur.
24 His bucağını təşkil edir:
- A) qida borusunun divarı və mədənin dibi
- B) qida borusunun divarı və diafraqmanın sol kümbəzi
- C) qida borusunun divarı və mədənin kiçik əyriliyi
- D) qida borusunun divarı və mədənin böyük əyriliyi
- E) qida borusunun divarı və diafraqmanın sağ kümbəzi
A. Qida borusu ilə mədənin dibi arasındakı bucaq His bucağı adlanır.
25 Qastroduodenal xoraların diaqnostikasında ən infor-mativ üsul:
- A) qastroskopiya
- B) kontrastlı rentgenoloji müayinələrr
- C) ultrasəs müayinəsi
- D) kompyuter tomoqrafiyası
- E) günlük pH-metriya
A. Qastroduodenal xoraların diaqnostikasında bu üsulların hamısı istifadə olunur. İnformativliyi ən yüksək olan diaqnostika üsulu qastroskopiyadır.
26. 66 yaşlı xəstə mədənin xronik xorası səbəbindən Billroth-II əməliyyatı keçirmişdir. Əməliyyatdan 1 ay sonra ümumi vəziyyəti kafidir. Lakin xəstə qida qəbulundan sonra ümumi zəiflik, başhərlənmə, tərləmə və taxikardiyadan şikayət edir. Ehtimal olunan diaqnoz:
- A) dəmir defisitli anemiya
- B) aparıcı ilgək sindromu
- C) dempinq sindrom
- D) qastroduodenal qanaxma
- E) "kiçik mədə" sindromu
C. Bu əlamətlər dempinq sindroma xasdır. Ümumiyyətlə, pilorik sfinkterin funksional rolunun itirilməsi (mədə rezeksiyası, piloroantrumekto-miya, piloroplastika) bu və ya digər dərəcədə dempinq sindromun meydana çıxmasına səbəb olur.
27 Gətirici ilgək sindromunun inkişaf etməsi:
- A) Billroth II əməliyyatından sonra olur
- B) Billroth I əməliyyatından sonra olur
- C) Roux əməliyyatından sonra olur
- D) Finney əməliyyatından sonra olur
- E) Toupet əməliyyatından sonra olur
A. Gətirici və aparıcı ilgək sindromları mədənin Billroth II üsulu ilə rezeksiyasından sonra inkişaf edir\
28 Billroth-II əməliyyatından sonra duodenal möhtəviyyatın mədəyə atılması nəticəsində inkişaf edən və konservativ müalicəyə tabe olmayan eroziv qastritin müalcəsi:
- A) trunkal vaqotomiya
- B) anastomozun Roux usulu ilə rekonstruksiyası
- C) anastomozun Billroth-I üsulu ilə rekonst-ruksiyası
- D) qastroyeyunoduodenoplastika
- E) qastroektomiya
B. Roux usulu ilə anatomoz qoyulmasının ən önəmli müsbət cəhəti reflüksün qarşısının alın-masıdır. Ona görə də bu tip anastomoz bi-lioenterik yan yol, kiçik həcmli mədə ilə anas-tomoz qoyulmasından sonra, rezeksiyadan və ya vaqotomiyadan sonrakı reflüks-qastritlərdə ilk seçim üsuludur.
29 Vaqotomiya əməliyyatından sonra disfagiya baş verərsə:
- A) lansoprazol təyin olunmalıdır
- B) klaritromisin təyin olunmalıdır
- C) no-şpa təyin olunmalıdır
- D) domperidon təyin olunmalıdır
- E) ibuprofen təyin olunmalıdır
D. Postvaqotomiik disfagiyanın səbəbləri arasın-da qida borusunun aşağı sfinkterinin diskoordinasiyası və mədənin peristaltizminin pozulması əsas rol oynayır. Postvaqotomik disfagiyanın azaldılması üçün normokinetik domperidon pre-paratı istifadə olunur. Domperidon qida borusu–mədə əzələlərinin düzgün və ardıcıl yığılmasını təmin edir.
30 Trunkal vaqotomiya və piloroplastikadan sonra bəzi xəstələrdə nə üçün qastrostaz inkişaf edir:
- A) reseptiv relaksasiyanın pozulmasına görə
- B) qastroduodenal keçidinin dar qoyulmasına görə
- C) natamam vaqotomiyaya görə
- D) mədənin həcminin azalmamasına görə
- E) pilorik sfinkterin tonusun artmasına görə
B. Vaqotomiya və piloroplastikadan sonra qas-trostaz 2 mənşəli olur: mexanik və funklsional. Pilorik sfinkterin natamam kəsilməsi, qastro-duodenal anastomozun darlığı və deformasiyası mexanik obstruksiya törədərək qastrostaza səbəb olur. Funksional qastrostazın səbəbi isə vaqoto-miyadır. Vaqotomiya reseptiv peristaltikanı azaltdığına görə qastrostaza səbəb olur.
31 Trunkal vaqotomiya və piloroplastikadan sonra ən çox rast gələn ağırlaşma:
- A) qastroduodenal qanaxma
- B) diareya
- C) qastrostaz
- D) residiv xora
- E) metabolik pozğunluqlar
B. Trunkal vaqotomiya və piloroplastikadan son-ra əksər xəstələrdə diareya müşahidə olunur. Qi-danın xlorid turşusu ilə kifayət qədər işlənilmə-məsi həzm poz-ğunluğu ilə nəticələnir.
32. 53 yaşlı xəstə mədənin pilorik hissəsinin xronik xorası və pilorostenoz səbəbindən Billroth-II üsulu ilə rezeksiya əməliyyatı keçirmişdir. 3 aydan sonra müayinə zamanı xəstə arıqlama (çəki itkisi 12%), ümumi zəiflik, əmək qabiliyyətinin aşağı düşməsin-dən şikayət edir. Mədə-bağırsaq traktının kontrast rentgenoloji müayinəsi zamanı əməliyyata müvafiq dəyişikliklər, qanın ümumi analizində isə dəmir defisitli anemiya qeyd olunur. Müalicə taktikası:
- A) dietoterapiya,B12 vitamini və dəmir pre-paratlarının təyini
- B) anastomozun Billroth-I üsulu ilə rekonstruksiyası
- C) 7-10 günlük parenteral qidalanma
- D) anastomozun Roux üsulu ilə rekonst-ruksiyası
- E) hər 2 aydan bir eritrositar kütlə və plaz-ma köçürülməsi
A. Billroth-II əməliyyatından sonra müayinədə hər hansı rent-genoloji qüsur tapılmamışdır. Bu səbəbdən anastomozun rekonst-ruksiyası tələb olunmur. Billroth –II rezeksiyası 2 səbəbdən ane-miya törədir. Birincisi, OBB həzmdən kənarlaşdırıldığı üçün dəmirin, ikincisi mədənin Kasl faktoru ifraz edən hissəsi rezeksiya olunduğundan B12 vitami-ninin sorulması azalır. Ona görə də mədə rezeksiyası keçirmiş xəstələr vaxtaşırı anemiyaya, qanda dəmir və B12 səviyyəsinə görə müayinə olunmalıdırlar. Bəzi həkimlər bu xəstələrə profilaktik olaraq 1-2 aydan bir B12 vitami-ninin kurs müalicəsini təyin edirlər.
33 Mədə xorasının cərrahi müalicəsindən sonra .... sindromu xoranın residivinə səbəb olur.
- A) Stivens-Conson
- B) Mellori-Veys
- C) İsenko-Kuşinq
- D) Zollinger-Elisson
- E) Şevaler-Cekson
D. Zollinger-Elisson sindromu zamanı çoxlu miqarda qastrin sintez edən pankreatik şiş (ulse-rogen qastrinoma) olur. Mədə xorasının cərrahi müalicəsindən sonra xoranın residivi məhz qan-da qastrinin miqdarının daimi yüksəkliyi ilə əla-qədardir.
34 Xəstə qarında kəskin ağrılar, aramsız öyümə, lakin qusa bilməmə şikayətləri ilə xəstəxanaya müraciət etmişdir. Müayinə zamanı epiqastral nahiyə şişkindir, ağrılıdır, nazoqastral zond mədəyə keçmir. İlk növbədə hansı xəstəlikdən şüb-hələnərsiniz?
- A. Mədənin burulması
- B. Kəskin pankreatit
- C. Mezenterial venanın trombozu
- D. Kəskin xolesistit
- E. Xoranın perforasiyası
A. Sadalanan xəstəliklərin hamısı qarında kəskin ağrılarla başlayır. Pankreatit, mezenterial tromboz və kəskin xolesistit zamanı qusma olur. Xoranın perforasiyası zamanı qusma nadir hallarda müşahidə edilir. Qusa bilməmə və nazoqastral zondun keçmə-məsi mədədən əvvəldə obstruk-siya olmasına şübhə yaradır. Qusa bilməmə, ağrı, epiqastral şişkinlik və nazoqastral zondun keçəməsi mədənin burulması üçün xarakterikdir.