Koronavirus pandemiyası dövründə əməliyyatdaxili profilaktika prisnipləri

N.Y.Bayramov, S.Ş.Salahova

Hazırda koronavirus qrupundan olan SARS-CoV-2 virusunun törətdiyi COVİD-19 adlanan infeksiyon xəstəliyinin pandemiyası dövründə yaşamaqda və mübarizə aparmaqdayıq. Bu xəstəliklə mübarizədə ən effektiv yol yayılmasının qarşısını almaqdır və bunun üçün özünü izolyasiya ən vacib tədbiridir. Bu məqsədlə ölkələr və təşkilatlar insanların birbaşa təmaslarını azaltmaq üçün total izolyasiya tədbirləri həyata keçirirlər – həyatı vacib sahələr istisna olmaqla əksər sferalarının fəaliyyəti dayandırılır və ya distant formaya keçirilir. Lakin, həyatın bəzi sahələri, xüsusən də tibbi fəaliyyət sahəsində birbaşa təması aradan qaldırmaq mümükün deyildir. Bunu nəzərə alaraq bir çox ölkələrdə tibbi fəaliyyət sahəsində iki mühüm dəyişiklik həyata keçirilir. Birincisi, COVİD-19 xəstəliyi və ya şübhəsi olan pasientlərə xidmətin izolyasiyası, ikincisi isə, planlı xidməti dayandımaq və yalnız təcili və təxirəsalınmaz tibbi xidmətləri göstərmək. Sonuncu tədbirin həyata keçirilməsində birinci məqsəd insani təmasları azaltmaqdırsa, ikinci məqsədi tibbi resursları qorumaqdır.

Hazırda həm xəstəliyi olan, həm də olmayan xəstələrdə təcili və onkoloji əməliyyatları həyata keçirliməsi məcburiyyətini nəzərə alaraq əməliyyatdan əvvəl, əməliyyat vaxtı və əməliyyatdan sonra koronovirus yayılmasının qarşını almaq üçün təbirlərin həyata keçirlilməsinə böyük ehtiyac var. İnfeksiyaya nəzarət komitələrinin tövsiyələrini, beynəlxalq protokolları, elmi tədqiqatları, Çin, İtaliya və digər ölkələrdə əldə edilən dünya təcrübəsini nəzərə alaraq COVİD-19 pandemiyası dövründə aparılan təcili və onkoloji əməliyyatlarda aşağıdakı profilaktik tədbirlər tövsiyə edilir:

  1. Təlim. Tibbi personala sterilliyi qorumaq, davranmaq, geyinmək və xüsusi cəhətlərə diqqət etmək üçün təlimlər keçmək.
  2. Total skrininq. Xəstəxanaya müraciət edən bütün xəstələri COVİD-19 görə klinik və laborator olaraq yoxlamaq.
  3. İzolyasiya. COVİD-19 olan xəstələrlə olmayan xəstələrin bütün cərrahi xidmətlərini bir-birindən təcrid etmək - yatış şöbələri, əmliyyatxanalrı və tibbi personalı ayrı olmalıdır. Bunun üçün xəstəxanaları ayırmaq və ya xəstəxana daxilində izolyasiya etmək  lazım gəlir.
  4. Total qoruma. Hazırki yoxlama üsullarının nə dərəcədə həssas və spesifik olduğunu dəqiq bilmədiyimizi, yoluxmanın hər mərhələdə baş verə biləcəyini nəzərə alaraq həm virus pozitiv, həm də neqativ olanların müəlicə mərhələlərində yüksək dərəcəli qoruma tədbirləri həyata keçirmək lazımdır.
  5. Xəstələrlə əməliyyatdəan əvvəl və sonra təmas qaydaları İnfeksiyon komitənin verdiyi tövsiyələr çərçivəsində olmalıdır.
  6. Tibbi personalı qorumaq (ikiqat geyim və deşilməni önləmək).
    1. Əməliyyat vaxtı cərrah, tibb bacıları və anestezioloqların geyimləri steril və iki və ya üçqat olmaldır: ikiqat papaq, əlcək, masqa və xalat, qoruyucu üzlük.
    2. Əməliyyat vaxtı əlcəklərin deşilməməsi və yırtılmamasına səy göstərmək, baş verərsə anıdna dəyişdirmək.
  7. Ağciyəri qorumaq. Ağciyərləri qorumaq üçün laparoskopik əməliyyatlarda qarındaxili təzyiqi aşağı səviyyədə tutmaq və Tredlenburq vəziyyətindən qısamüddətli istifadə etmək.
  8. Tüstünün yayılmasının qarşısını almaq. Elektrokoterlərin və ultrasəs bıçaqlarının törətdiyi tüstü virus və mikrobların yayılmasında rol oynayır, ona görə də həm açıq həm də laparoskopik əməliyyatlarda tüstünün əmələ gəlməsini və yayılmasını azaltmaq lazımdır. Bu məqsədlə koterlərin məhdud şəkildə, aşağı rejimdə və qısamüddətli istifədəsi, tüstünü sormaq üçün aspiratorlardan istifadə etmək tövsiyə olunur.
  9. Əməliyyat vaxtı “mayelərin” kənara çıxmaması. Əməliyyat vaxtı qan və digər mayelərin ətrafa çıxmasının qarşısı maksimal dərəcədə alınmalıdır və bu məqsədlə sorucuların istifadəsi şərtdir.
  10. Pnevmoperitoneum qazının kənara çıxmaması. Pnevmoperitoneum qazında virusların olma ehtimalı vardır, ona görə də bu havanın kənara çıxmaması üçün diqqət etmək lazımdır: resirkulyator sistemlər istifədə edilməməlidir, portlardan buraxmalara, xüsusən qəfləti qaz çıxışlarına yol verilməməlidir, mümükünsə karbon qaz filtirləri istifadə edilməlidir.
  11. Əməliyyatdan sonra əməliyyat otağı və və cihazlar, tullantılar yüksək dezinfeksiya tələblərinə uyğun olaraq işlənməlidir. 

Ədəbiyyat:

  1. Capizzi P J, Clay R P, Battey M J. Microbiologic activity in laser resurfacing plume and debris. Lasers in Surgery & Medicine, 1998,23: 172-174
  2. General Office of National Health and Family Planning Commission of the People's Republic of China, Office of National Administration of Traditional Chinese Medicine. Diagnosis and treatment of novel coronavirus pneumonia (version 6th). [EB/OL].2020-02-19.
  3. General Office of National Health and Family Planning Commission of the People's Republic of China. Novel coronavirus pneumonia prevention and control program (Fifth Edition). [EB/OL].2020-02-21
  4. Hensman C. Chemical composition of smoke produced by high-frequency electrosurgery in a closed gaseous environment. Surgical Endoscopy, 1998, 12(8): 1017-1019
  5. Interim Guidance for Healthcare Facilities: Preparing for Community Transmission of COVID-19 in the United States https://www.cdc.gov/coronavirus/2019-ncov/healthcare-facilities/guidance-hcf.html March 15 2020
  6. Li C I, Pai J Y, Chen C H. Characterization of smoke generated during the use of surgical knife in laparotomy surgeries. J Air Waste Manag Assoc, 2020, Feb 12 [online ahead of print]. DOI: 10.1080/10962247.2020.1717675.
  7. Zheng MH, Boni L, Fingerhut A. Minimally invasive surgery and the novel coronavirus outbreak: lessons learned in China and Italy. Annales of Surgery, 2020 (in press)
  8. Zheng MH, Ma JJ, Wu C. Twenty year progression and future directions of minimally invasive surgery. Chin J Pract Surg. 2020, 40: 23-26 2020 Wolters Kluwer Health, Inc. All rights reserved.