Çərşənbə, 04 Dekabr 2019 18:06

Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşları “2nd Kidney Transplantation Course”-da iştirak etmişdilər

21-23 Noyabr 2019-cu il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində  “2nd Kidney Transplantation Course” adlı konfrans keçirildi. Kafedramızın 2 əməkdaşı baş laborant Tibb ü.f.d., Namazov A.,  baş laborant İsazadə E. bu konqresdə iştirak etmişdilər. Konfransda Böyrək transplantasiyası sahəsində müasir cərrahi yanaşmalar, immunosupressiya protokolları və digər mövzularda çıxışlar olmuşdur. Konfransa dünyanın bir çox ölkələrindən: Sudan, Nigeriya, Qana, İngiltərə, Hollandiya, Gürcüstan, İsveç kimi ölkələrindən cərrahlar və nefroloqlar qatılmışdır.