Çərşənbə, 24 Aprel 2019 22:47
Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedranın müdiri, AMEA-nın müxbir üzvü, professor, N.Y. Bayramov 14.Ulusal Endoskopik Laparoskopik Kongresində iştirak etmişdir
19 – 22 aprel tarixlərində Şimali Kipr Respublikasında Türkiyə Endoskopik Laporoskopik Cərrahlar Dərnəyi və Middle Easters Endoskopik Cərrahiyyə Assosiasiyasının birgə təşkilatçılığı ilə təşkil olunmuş 14.Ulusal Endoskopik Laparoskopik Kongresində Azərbaycan Tibb Universitetinin əməkdaşları ilə yanaşı I Cərrahi xəstəliklər kafedranın müdiri, AMEA-nın müxbir üzvü, professor, N.Y. Bayramovda iştirak etmişdir. Konfransda Avropanın, həmçinin dünyanın müxtəlif ölkələrindən gəlmiş həkimlər minimal invaziv cərrahi praktikada sürətlə inkişaf edən dəyişikliklər haqqında geniş və ətraflı müzakirələr aparmışdılar. Professor bir neçə sesiyalarda moderator kimi də iştirak etmişdir.