1 oktyabr 2019-cu ildə ATU TCK-nın konfrans zalında Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının 100 illik yubileyinə həsr olunmuş elmi toplantı keçirilmişdir. Toplantını giriş sözü ilə Azərbaycan Tibb Universitetinin rektoru Professor Gəray Gəraybəyli açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Rektor kafedranın 100 illik fəaliyyəti barədə çıxış etmək üçün sözü kafedranın müdiri AMEA-nın müxbir üzvü, Professor Nuru Bayramova vermişdir. Natiq xronoloji qaydada kafedranın tarixi – dünəni və bu günü haqqında geniş çıxış etmişdir. Kafedranın tarixi haqqında Azərbaycanın tanınmış kinorejissoru Oqtay Mirqasımın “Halallıq” filminin ilk dəfə nümayişi keçirilmişdir. Daha sonra filmin yaradıcı kollektivi adından çıxış üşün söz Azərbaycan Respublikasının Kinematoqrafçıları İttifaqının sədri, filmin müəllifi Oqtay Mirqasıma verilmiş, sonuncu filmin çəkilişi zamanı qarşılaşdığı çətinliklərdən, yaradıcı heyətin məsuliyyətli fəaliyyəti və gərgin əməyi nəticəsində ərsəyə gəlmiş film haqqında təəssüratlarını bölüşmüşdür. Kafedranın təşəkkülündə müstəsna xidmətləri olan AMEA-nın müxbir üzvü, Professor Südeyif İmamverdiyevin və Professor Məmməd Nəsirovun çıxışları maraqla qarşılandı. Rektor toplantıda yekun nitq söyləyərək təşkilatçılara və kafedranın kollektivinə minnətdarlığını bildirdi, onlara elmi-pedaqoji və həkimlik fəaliyyətində uğurlar arzuladı. Bununla da elmi toplantı öz işini müvəffəqiyyətlə yekunlaşdırdı.
http://bck.az/konqres-v%C9%99-toplant%C4%B1lar/material/413-az%C9%99rbaycan-tibb-universitetinin-i-c%C9%99rrahi-x%C9%99st%C9%99likl%C9%99r-kafedras%C4%B1n%C4%B1n-100-illik-yubileyin%C9%99-h%C9%99sr-olunmu%C5%9F-elmi-toplant%C4%B1-ke%C3%A7irilmi%C5%9Fdir#sigProId8167ebd221