Türkiyə Qaraciyər Vəqfi və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə 16.12.2020 tarixdə “Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinə həsr olunmuş 6-cı Azərbaycan – Türkiyə Hepatoloji Kursu – Vebinarı” keçirildi. Moderatorluğunu Prof. Dr. Yılmaz Çakaloğlu və AMEA-nın müxbir üzvü, ATU-nin I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramovun etdiyi vebinarın mövzusu “COVID-19 və QARACİYƏR XƏSTƏLİKLƏRİ"nə həsr olunmuşdur. Çıxışlara başlamamazdan əvvəl İkinci Qarabağ müharibəsi haqqında danışıldı, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləndi. Daha sonra Vebinarda aşagıdakı mövzularda dinlənilmişdir.