Cümə axşamı, 23 Dekabr 2021 21:13

"7-ci Türkiyə-Azərbaycan ortaq hepatoloji kursu" elmi toplantısı keçirildi

22.12.2021-ci il tarixdə saat 20-00-da online rejimdə Türk Qaraciyər vəqfi və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı, Acibadəm Universiteti tibb fakültəsinin professoru Dr Nurdan Tözün, Hacitəpə Universiteti Tibb fakültəsinin professoru Dr Yusif Bayraktar və Azərbaycan Tibb Universitetinin l cərrahi xəstəliklər kafedrasının müdiri professor, Dr Nuru Bayramovun moderatorlugu altında "7-ci Türkiyə-Azərbaycan ortaq hepatoloji kursu" elmi toplantısı keçirildi. Konfransda Con Hopkins (ABŞ), Türkiyə universitetləri və Azərbaycan Tibb Universitetinin əməkdaşlarının, nüfuzlu professorlarınin qaraciyərin üzvi xəstəliklərinin müalicəsinə dair tədqiqatlarının nəticələrinə həsr olunmuş çıxışları maraqla qarşılandı. ATU-nin l cərrahi xəstəliklər kafedrasının doktorantı Mehriban Hüseynovanın "Hepatosellulyar karsinoma: diaqnostika və müalicə yanaşması" mövzusunda çıxışı iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. Növbəti elmi konfransların Türkiyənin, Avropa və ABŞ-in digər Universitetləri də dəvət edilməklə iştirak dairəsinin genişləndirilməsi qərara alındı. Gecə saatlarında konfrans işini müvəffəqiyyətlə tamamladı.