Tiroid düyünlərinə müasir yanaşma mövzusunda seminar
21.11.2018 tarixində I Cərrahi xəstəliklər kafedrasının V kurs rezidenti Zeynallı Minayə “ Tiroid düyünlərinə müasir yanaşma” mövzusunda seminar çıxışı oldu. Çıxışda Cərrahi xəstəliklər kafedrasının rezidentləri ilə yanaşı digər kafedraların rezidentləri, tələbə və müəllimlər də iştirak etdi. Seminarda Tiroid düyünlərinin diaqnostikasında USM – in əhəmiyyəti, Ti RADS (2017) təsnifatı, İİAB – nin (İncə İynə Aspirasiyon Biopsiya)üstünlükləri, Bethesda təsnifatı haqda məlumat verildi. Həmçinin digər müasir müayinə üsulları və müalicəsi geniş müzakirə olundu. Mövzu ilə bağlı rezident və tələbələrin sualları cavablandırıldı.