“Öd yollarının cərrahi xəstəlikləri” mövzusunda seminar

26.12.2018 tarixində I Cərrahi xəstəliklər kafedrasının rezidenti Cavidan Fərəczadənin “Öd yollarının cərrahi xəstəlikləri” mövzusunda seminar çıxışı oldu. Çıxışda I Cərrahi Xəstəliklər kafedrasının rezidentləri ilə yanaşı digər kafedraların rezidentləri, tələbə və müəllimlər də iştirak etdi. Seminarda öd yollarınının anomaliyalarının əməliyyatönü qiymətləndirilməsi və əməliyyatdaxili  dövrdə diqqətə alınmasının faydaları, öd yollarının xəstəliklərinə müasir cərrahi yanaşma, hamiləlikdə öd yollarının xəstəliklərinin konservativ və cərrahi müalicəsində son təqiqatların nəticələri, konservativ müalicələrin  əməliyyat sonrası klinikada rolu haqqında  geniş məlumat verildi. Mövzu ilə bağlı rezident və tələbələrin sualları cavablandırıldı.

cavidan

cavidan 2