“Mədə botoksu“ mövzusunda seminar
1-ci cərrahi xəstəliklər kafedrasının 4-cü kurs rezidenti, Tairova Həmidə 27.11.2019 tarixinde “Mədə botoksu “ seminar mövzusu ilə çıxış etmişdi. İlk önce Botulium toksini və tarixi haqda qıza məlumat verdi. Daha sonra mədə botoksunun hansı xəstə qruplarına tətbiq edildiyi, xəstələrin mədə botoksuna hazırlanması, mədə botoksundan sonra nələrə diqqət edilməsi gərəkdiyini, mədə botoksunun təsir müddəti, əlavə təsirlərinin olub olmaması, mədə balonundan və bariatrik əməliyyatdan fərqi haqda danışdı. Mövzu seminar iştirakçıları tərəfindən maraqla qarşılandı. Mövzu ilə bağlı həkim - rezident və tələbələrin sualları cavablandırıldı.