Əməliyyat 44 yaşlı Balakən sakini İbrahim Mənsurovun üzərində aparılmışdır. Yataq xəstəsi olan və ağır dozada dərmanlardan istifadə edən xəstənin bütün digər orqanlarında da ciddi pozulmalar var idi. Dilatasiob kardiomiopatiya xəstəliyindən uzun müddət əziyyət çəkən xəstə ixtisaslaşmış kardioloqlar tərəfindən hərtərəfli müayinədən keçirilmiş və ona uzunmüddətli süni ürək cihazı köçürülməsi məsləhət görülmüşdür. Hazırda xəstənin süni ürək cihazı öz funksiyasını normal yerinə yetirir və onun yaxın günlərdə evə buraxılması planlaşdırılır. Qeyd edilmişdir ki, bu əməliyyatların milli kadrlar tərəfindən aparılması Azərbaycan səhiyyəsinin və kardiologiyasının yüksək səviyyəsini göstərir.
Süni ürək köçürülməsi kifayət qədər kompleks bir əməliyyatdır. Sevindirici haldır ki, artıq Azərbaycanda süni ürək cihazının köçürülməsi reallığa çevrilmişdir. Prezident İlham Əliyevinin müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz edilməsini, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir. Bu gün səhiyyə sahəsində qəbul edilmiş dövlət proqramlarının icrası uğurla davam etdirilməkdədir.
http://bck.az/x%C9%99b%C9%99rl%C9%99r/material/381-az%C9%99rbaycan-tibb-universitetinin-i-c%C9%99rrahi-x%C9%99st%C9%99likl%C9%99r-kafedras%C4%B1n%C4%B1n-professoru-az%C9%99rbaycanda-ilk-d%C9%99f%C9%99-apar%C4%B1lan-s%C3%BCni-%C3%BCr%C9%99k-k%C3%B6%C3%A7%C3%BCr%C3%BClm%C9%99si-%C9%99m%C9%99liyyat%C4%B1-icra-etmi%C5%9Fdir#sigProId32aba6f746