Çərşənbə, 16 Oktyabr 2019 00:20

Azərbaycan aliminin daha bir uğuru

10-12 oktyabr 2019-cu il tarixində İstanbulun “Florence Nightingale” hospitalında Dünya qaraciyər və mədəaltı vəzi cərrahları cəmiyyətinin 3-cü simpoziumu (3rd İnternational Advanced Liver and Pancreas Surgery Simposium) keçirilmişdir. Simpoziumda ölkıəmizi Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü,Tibb üzrə elmlər doktoru, Professor Nuru Bayramov, həmin kafedranın dissertantı Tibb üzrə fəlsəfə doktoru Namiq Novruzov və əməkdaşı Evin İsazadə layiqincə təmsil etmişlər. Professor Nuru Bayramov dünya səviyyəli nüfuzlu Simpoziumun iclaslarından birinə sədrlik etmişdir. Onun çıxışı və elmi şərhləri dünyanın tanınmış qaaraciyər və mədəaltı vəzi cərrahları tərəfindən maraqla qarşılanmışdır. Olduqca qürurverici hadisədir ki, bir neçə ay əvvəl öz adını Ginnesin rekordlar kitabına yazdırmış (eyni vaxtda 5 donordan 5 xəstəyə qaraciyər köçürülməsi əməliyyatlarında bilavasitə iştiraka və beynəlxalq ekspert rolunda fəaliyyətinə görə) Azərbaycan alimi Professor Bayramov Beynəlxalq qaraciyər və mədəaltı vəzi cərrahları cəmiyyətinin (İSLS – İnternational Society Liver Surgeons) versiyası üzrə dünyanın ən məşhur 104 qaraciyər cərrahları siyahısına daxil edilmişdir. Azərbaycan elminin, tibb elminin, cərrahlıq elminin böyük ugurlarından birinə imza atmış nüfuzlu alimimizi təbrik edir, ona və rəhbərlik etdiyi müasir cərrahlıq məktəbinin bütün əmıəkdaşlarına yeni-yeni nailiyyətlər arzu edirik!

 

 

isls img 3