Hər məntəqədən keçən rezident hər bir bacarığı yerinə yetirərək qiymətləndirildi.
İmtahan 5 məntəqədə təşkil olunmuşdur:
- məntəqə - klinik halların müzakirəsi
- məntəqə - döş qəfəsi -plevral boşluğa punksiyanın aparılması;
- məntəqə - dərialtı ateromanın xaric edilməsi;
- məntəqə - bağırsaq anastamozunun qoyulması;
- məntəqə - laparoskopik vərdişlər
Tibb Universitetinin Cerrahiyyə Klinikası nın rezidentləri üzrə məsul şəxs l cərrahi xəstəliklər. Kafedrasının assistenti Azər Hummetov: İmtahanın yüksək səviyyədə keçirilməsində bizə dəstək olan Karl Storz firmasının Azərbaycan üzrə nümayəndiliyinə, Azərbaycan Tibb Universiteti və Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasının rəhbərliyinə təşəkkür edirik.
Qeyd edək ki, bu ilki bizim kafedranın rrzident məzunlarından Mehriban Hüseynova və Minayə Əliyeva Universitet üzrə ən yüksək nəticə göstərmişlər.
Rezidentlərə gələcək işlərində uğurlar arzulayırıq.