Şənbə, 04 Dekabr 2021 23:39
Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşları “18. Türk Kolon ve Rektum Cerrahisi Kongresi”-də iştirak etmişdilər
30 noyabr – 4 dekabr 2021-ci il tarixlərində I cərrahi xəstəliklər kafedrasının dosenti, tibb ü.f.d., Solmaz İmanova, baş laborantı, tibb ü.f.d., Pərvanə Aydınova və kafedranın doktorantı tibb ü.f.d., Aynur Səfiyeva Türkiyənin Antalya şəhərində baş tutan “18. Türk Kolon ve Rektum Cerrahisi Kongresi”-də iştirak etmişdilər. Həmçinin bu konfransda kafedra əməkdaşlarının “Sözlü bildiri” formatında çıxışları da olmuşdur.