Seminarlar mövzuları

1-ci cərrahi xəstəliklər kafedrasının 4-cü kurs rezidenti, Tairova Həmidə 27.11.2019 tarixinde “Mədə botoksu “ seminar mövzusu ilə çıxış etmişdi. İlk önce Botulium toksini və tarixi haqda qıza məlumat verdi. Daha  sonra mədə botoksunun hansı xəstə qruplarına tətbiq edildiyi, xəstələrin mədə botoksuna hazırlanması, mədə botoksundan sonra nələrə diqqət edilməsi gərəkdiyini, mədə botoksunun təsir müddəti, əlavə təsirlərinin olub olmaması, mədə balonundan və bariatrik əməliyyatdan fərqi haqda danışdı. Mövzu seminar iştirakçıları tərəfindən maraqla qarşılandı. Mövzu ilə bağlı həkim - rezident və tələbələrin sualları cavablandırıldı.

Seminarın mövzusu və məruzəçiləri haqqında məlumat verən ATU-nun Tədris Cərrahiyyə Klinikasının rezidentlər üzrə məsul şəxsi, I cərrahi xəstəliklər kafedrasının assistenti, t.ü.f.d. Azər Hümmətov bildirib ki, bugünki seminarda Respublika Endokrinoloji Mərkəzindən rotasiya gəlmiş endokrinoloq ixtisası üzrə rezidentlər Nigar Qafarova, Günay Məmmədova, Rəna Xalıqverdiyeva və Nərmin Abbasovanın məruzələri dinlənilib. Məruzəçilər “Qalxanabənzər vəzi xəstəlikləri”, “Hamiləlik zamanı olan düyünlər” və “Yod çatışmazlığı” mövzularında çıxış ediblər.

Məruzəçi rezidentlər əsasən endokrinoloji xəstəliklər zamanı müalicənin daha səmərəli aparılması yollarından söhbət açıblar. Onlar tibbin bu sahəsi üzrə dünyada tətbiq olunan ən müasir metodlara uyğun aparlan yeni müalicə üsulları barədə ətraflı məlumat veriblər.

03.04.2019 tarixində I Cərrahi xəstəliklər kafedrasının IV kurs rezidenti Elnurə Bayramovanın  “Hemorroid xəstəliyinin müalicəsində müasir müalicə metodları” mövzusunda seminar çıxışı oldu. Çıxışda I Cərrahi xəstəliklər kafedrasının rezidentləri ilə yanaşı digər kafedraların rezidentləri, tələbə və müəllimlər də iştirak etdi. Seminarda hemorroid xəstəliyinin diaqnostikası, differensasiyası və müalicəsində non-operativ və operativ metodlardan (RBL, LONGO, HARMONIC ultrasonic disector,  INFRORED KOAQULYASIYA və s.) və əməliyyatdan sonrakı gedişi haqqında ətraflı məlumat verildi. Mövzu ilə bağlı rezident və tələbələrin sualları cavablandırıldı.

Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının təşəbbüsü ilə (ATU) Tədris Cərrahiyyə Klinikasında Gazi Universiteti Tibb Fakulteti Cerrahi Ana Bilim Dalı Pr. Dr., Mustafa Kerem “Periampulyar bölgənin törəmələri” mövzusunda rezidentlər üçün təlim məqsədli seminar keçirilmişdir. Seminarda I Cərrahi xəstəliklər kafedrasının rezidentləri ilə yanaşı digər kafedraların rezidentləri, onların rəhbərləri və tələbə də iştirak etmişdir. Mövzu geniş diskusiyaya səbəb oldu, rezident və tələbələrin sualları cavablandırıldı.

20.02.2019 tarixində I Cərrahi xəstəliklər kafedrasının I kurs rezidenti Sahil Nəcəflinin “Qida borusunun cərrahi xəstəliklərinə yanaşma” mövzusunda seminar çıxışı oldu. Çıxışda    I Cərrahi xəstəliklər kafedrasının rezidentləri ilə yanaşı digər kafedraların rezidentləri, tələbə və müəllimlər də iştirak etdi. Seminarda qida borusunun müxtəlif cərrahi (GERX, Perforasiyası, yanıqları, stirikturları, qanaxmaları, şişləri, divertikulları, inkişaf qüsurları) xəstəliklərinin gedişi, diaqnostikası, differensasiyası, cərrahi müalicəsi və əməliyyatdan sonrakı gedişi haqqında ətraflı məlumat verildi. Mövzu ilə bağlı rezident və tələbələrin sualları cavablandırıldı.

21.11.2018 tarixində I Cərrahi xəstəliklər kafedrasının V kurs rezidenti Zeynallı Minayə “ Tiroid düyünlərinə müasir yanaşma” mövzusunda seminar çıxışı oldu. Çıxışda Cərrahi xəstəliklər kafedrasının rezidentləri ilə yanaşı digər kafedraların rezidentləri, tələbə və müəllimlər də iştirak etdi. Seminarda Tiroid düyünlərinin diaqnostikasında USM – in əhəmiyyəti,  Ti RADS (2017) təsnifatı, İİAB – nin (İncə İynə Aspirasiyon Biopsiya)üstünlükləri, Bethesda təsnifatı haqda məlumat verildi. Həmçinin digər  müasir müayinə üsulları və müalicəsi geniş müzakirə olundu. Mövzu ilə bağlı rezident və tələbələrin sualları cavablandırıldı.

14.11.2018 tarixində I Cərrahi xəstəliklər kafedrasının V kurs rezidenti Hüseynova Mehribanın “BLS, ACLS” mövzusunda seminar çıxışı oldu. Çıxışda I Cərrahi xəstəliklər kafedrasının rezidentləri ilə yanaşı digər kafedraların rezidentləri, tələbə və müəllimlər də iştirak etdi. Seminarda Təməl Həyat Dəstəyi və Təkmilləşdirilmiş Həyat Dəstəyi haqda məlumat verildi. Həmçinin kardiopulmonar reanimasiya geniş müzakirə olundu. Mövzu ilə bağlı rezident və tələbələrin sualları cavablandırıldı.