Tərifi
- Anal çat anus dərisinin cırılmasına deyilir, ağrı, qanaxma, həttda striktur törədə bilir.

Şəkil 1. Anal çat
Diaqnostikəlamətləri
- Anusda ağrı, ağrılı defeksiya, rektal qanaxma
- Anal dəridə cırılma
- Sentinel pile (anal çatın distalında kiçik hemorroid düyününü xatırladan qalınlaşmış mukoza)
- Hipertrofik papilloma (Şəkil 1).
Təsnifatı
- Kəskin
- Xroniki (bu zaman çat triadası olur – çat ,sentinel pile, hipertrofik paanpaillloma).
Rastgəlməsi
- Əsasən gənc və orta yaşlı insanlarda
- Qadınlarda kişilərdən daha çox rast gəlinir
Morfologiyası
- Anal çat əsasən anal kanalın arxa komissurasında yerləşir (qan axını nisbətən zəif olan yer)
- Nadir hallarda, xüsusən qadınlarda, ön komissurada da yerləşə bilər (güzgüçatı).
- Anal çatın uzunluğu (5-10 mm).
Etilologiya və patogenezi
- Anal çatın əmələ gəlməsində əsas mexanizmlər mukozal zədələnmə və anal sfinkterin spazmıdır.
- Ən çox rast gəlinən səbəb qəbizlikdir.
- Defekasiya zamanı yaranan anal çat şiddətli ağrıya səbəb olur. Bu ağrıdan qorxan xəstələr defekasiya aktından çəkinər. Nəticədə bağırsaqda olan nəcis daha da sərtləşər və növbəti defekasiya aktı zamanı daha güclü ağrıya səbəb ola bilər
- Leykemiya
- Kron xəstəliyi
- İmmun sisteminin çatışmazlığı
- Birdən artıq hamiləlik
Klinikası
- Anal çatın əsas simptomokompleksi aşağıdakılardır:
- Anal çatın uzunluğu az olmasına baxmayaraq (5-10 mm) xəstələrin əsas şikayəti anusətrafında olan şiddətlı ağrılardandır:
- Defekasiya vaxtı və sonrası yaranan şiddətli ağrı
- Anal dəridə cırılma
- Qaşınma
- Göynəmə
- Az miqdarda qanaxma
- Qəbizlik
- Anal dəlikdən pis qoxulu ifrazatın xaric olması
- Rektal müayinədə kəskin ağrının olması
- Anal çatın uzunluğu az olmasına baxmayaraq (5-10 mm) xəstələrin əsas şikayəti anusətrafında olan şiddətlı ağrılardandır:
- Göstərilən klinik əlamətlər 6 həftədən çox davam edərsə xroniki anal çat formalaşır. Bu zaman anus nahiyəaində əllənən kiçik şişkinlik və ya “skin tag”, çatın proksimal hissəsində isə hipertrofik papillaəytin edilir, yara daha da dərinləşir, ağrı və qaşınma artır.
Diaqnostikası
Şübhə
- Anal nahiyyədə ağrısı olan xəstələrdə, xüsusən qəbizliyi olan gənc xəstələrdə ağrılı defekasiya varsa anal çatdan şübhələnmək lazımdır.
Dianozun dəqiqləşdirilməsi
- Diaqnoz əksər hallarda klinik müayinə ilə dəqiqləşdirilir. Ağrı ola bildiyi üçün skopik və digital müayinələri aparmaq mümkün olmaya bilir.
- Ağrı, ağrılı defekasiya varsa və çat görünürsə diaqnoz dəqiqləşir.
- Səbəbi araşdırmaq üçün digər müayinələr aparmaq lazımdır
Müalicəsi
|
Cərrahi müalicə - xroniki anal çatlar zamanı mütləqdir |
|
|
Konservativ müalicə - əsasən kəskin anal çatlar zamanı istifaə olunur. |
|
Cərrahi əməliyyatdan sonrakı ağırlaşmalar
- İnfeksiya – 1-2% hallarda abses əmələ gələ bilər;
- Qaz (12-27% hallarda) və nəcisin (10-15% hallarda) qaçırtması
- Anal fistulun əmələ gəlməsi – 1%-dən az hallarda müşahidə olunur
- Qanaxma
- Anal çatın təkrari yaranması – 1-6% hallarda əmələ gələ bilər.
Özət
Anal çat anus dərisinin cırılmasına deyilir, ağrı, qanaxma, hətta striktur törədə bilir. Anusda ağrı, ağrılı defekasiya, rektal qanaxma, anal dəridə cırılma, sentinel pile (anal çatın distalında kiçik hemorroid düyününü xatırladan qalınlaşmış mukoza) və hipertrofik papillomanın olması çatın olmasını təsdiqləyir. Kəskin formada konservativ müalicə (pəhriz, yüksək lifli qidalar, oturaq vannalar, işlədici dərmanlar, kortizollu məlhəmlər, nitro tərkibli məlhəmlər, botulin toksini (Botox), spazmolitiklər ), xroniki formada cərrahi əməliyyat (anal çatın kəsilib götürülməsi, anal dilatasiya, lateral internal sfinkterotomiya (açıq və qapalı üsulla) göstərişdir.
ANAL ÇAT XƏSTƏLİYİNDƏ DİAQNOSTİK YANAŞMA ÜZRƏ SUALLAR
N.Y. Bayramov, S.S. İmanova
|
Suallar |
Cavablar |
|
Anal çat nədir? |
Anal epiteldə cırılma və ya çatın olmasıdır. |
|
Ən çox rast gəlinən yeri? |
Arxa orta xətt (qan axını nisbətən zəif olan yer). |
|
Anal çatın səbəbi nədir? |
Bərkləşmiş nəcis ifrazı (qəbizlik), sfinkter tonusunun yüksək olması, anal bölgədə xəstəliyin olması (Crohn xəstəliyi). |
|
Simptom və əlamətləri hansılardır? |
Anusda ağrı, ağrılı defekasiya, rektal qanaxma, defekasiyadan sonra tualet kağızı üzərində qan izləri, sentinel tag, anal dəridə cırılma, rektal müayinədə kəskin ağrının olması, sentinel pile, hipertrofik papilla. |
|
"Sentinel pile” nədir? |
Anal çatın distalında kiçik hemorroid düyününü xatırladan qalınlaşmış mukoza. |
|
Xroniki anal çat triadası nədir? |
|
|
Konservativ müalicəsi necədir? |
Oturaq isti vannalar, yumşaldıcılar, yüksək lifliqidalar, anal gigiyena, nitro tərkibli məlhəmlər, Botilin toksini (Botox) |
|
Xronik anal fissurlarda hansı xəstəliyi düşünmək lazımdır? |
Crohn xəstəliyi, anal kanser, seksual yolla keçən xəstəliklər, xoralı kolit, QİÇS |
|
Cərrahi müalicəyə göstəriş nədir? |
Konservativ müalicə effekt verməyən xronik anal çatlar. |
|
Cərrahi seçim nədir? |
Lateral internal sfinkterotomiya. |