Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

SÜD VƏZİ İNFEKSİYALARI

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

Tərifi

Mastit laktasiya və qeyri-laktasiya zamanı meydana gələn infeksiyalardır.

 

 

Şəkil 12. Laktasion mastit

Laktasion mastit

Laktasion mastit (ş.12) süd vermə dövründə rast gəlinən və adətən süd durğunluğuna infeksiyanın qoşulması nəticəsində meydana gələn irinli iltihabdır. Xəstəliyə ən çox səbəb olan orqanizm qızılı stafilikokkdur.

Klinik olaraq süd vəzidə ağrı, şişkinlik,   qızartı, palpator ağrı təyin edilir, nadir hallarda döş giləsindən irinli axıntı gəlir.

Xəstəlik infiltrativ faza ilə başlayır, müalicə olunmayanların əksəriyyətində, konservativ müalicə alanların isə 25%-ində absesləşmə fazasına keçir. İnfiltrativ fazada (sellulit) tez-tez əmizdirmə və ya südün sağılması ilə yanaşı antibiotiklər tətbiq edilir.

Absesləşmə fazası antibiotikoterapiyaya baxmayaraq yaxşılaşmanın olmaması, USM-də abses boşluğunun görünməsi və ya punksiyada irinli möhtəviyyatın gəlməsi ilə xarakterizə olunur. Qeyd etmək lazımdır ki, absesləşmə fazasında flukatasiya hiss edilməyə bilər. Bu fazaının müalicəsi üçün əmizdirmə kəsilir və abses drenaj edilir.

 

Qeyri-laktasion mastit

Qeyri-laktasion mastitlər müxtəlif səbəblərdən baş verə bilər ki,  bunlara duktal ektaziyaya bağlı peridukatal mastiti, infeksiyalaşmış kistləri, hematomanı, hematogen absesləri aid etmək olar. Qeyri-laktasion mastitlər əksər hallarda peri- və retroaleolar bölgələdrdə lokalizasiya olunur, anaeroblar çox rast gəlinir. 

Müalicəsi cərrahi drenajdan ibarətdir. Sağalmayan və ya təkrarlanan infeksiyalarda xərçəngi istisna etmək üçün biopsiya tələb olunur. Təkrarlayan infeklsiyalar süd vəzi fistulalarına səbəb ola bilər. Belə hallarda kəskin iltihab söndükdən sonra geniş duktal eksizya ehtiyac yarana bilər.

 

Özət

Süd vəzi infeksiyaları- laktasiya və qeyri-laktasiya zamanı meydana gələn infeksiyalardır. Mastit əsasən lakrasiya dövründəki qadınlarda süd vəzində qızartı, ağrı, şişkinlik, istilk ilə müşahidə edilən süd vəzinin  infeksion mənşəli iltihabıdır. İnfiltrativ fazada konservativ müalicə, absesləşmə fazasında drenə edilir. Qeyri laktasion mastitlərdə müalicə cərrahidir. Sağalmayan və tərarlanan infeksiyalarda xərçəng istisna edilməlidir.

 

Süd vəzinin infeksiyaları üzrə suallar

N.Y.Bayramov, A.Ə.İbrahimova

 

Suallar

Cavablar

Mastit nədir?

Süd vəzinin səthi infeksiyası (sellulit)

Ən çox nə zaman baş verir?

Əmizidirmə zamani

Ən çox hansı törədici səbəb olur?

St. aureus

Laktasyon mastit necə müalicə olunur?

Əmizidirməni dayandırmaq, süd vəzini sağmaq, isti qoymaq və antibiotik

Nəyə görə mastiti olan xəstələr six təqibdə olmalidir?

İltihabi süd vəzi xərçənginin olmamasindan əmin olmaq üçün

 

 

Suallar

Cavablar

Süd vəzi absesinin əmələ gəlmə səbəbi nədir?

Süd vəzi axacaqlarinin ekstaziyası və laktasyon mastit

Ən çox hansı törədici səbəb olur?

St.aureus

Müalicəsi nədir?

Antibiotik, iynə və ya açıq drenaj (kültürün götürülməsi ilə)

Prosesə cəlb olunan axacaqlarin rezeksiyasi və südün sağılmasi