Özət
Normada qapı venası ilə boş vena arasındakı təzyiqlər fərqi 5 mm Hg st. təşkil edir. Bu fərqin 5 mm Hg st.-dan çox olması portal hipertenziya kimi qəbul olunur. Qapı venasında təzyiqin artmasında iki amil əsas rol oynayır: müqavimətin artması və gələn qanın artması (portal hipervolemiya). Anatomik bölgüyə əsaslanaraq portal qan axınına əngəl olan (radiusu kiçildən) amilləri üç qrupa bölmək olar: qaraciyəraltı, qaraciyərdaxili və qaraciyərüstü. Qaraciyəraltı səbələr arasında ən çox rast gələni portal vena trombozu və venaətrafı şişlərdir (qapı, mədə, MAV, öd kisəsi və xoledox şişləri, limfomalar). Splenomeqaliya, arterio-venoz fistullar, porto-sistemik paradoks portal hipervolemiya və hipertenziya törədə bilər. Qaraciyərdaxili amillər, xüsusən də sirroz portal hipertenziyanın ən çox rast gələn səbəbləridir (80%). Aşağı boş vena membranı, trombozu, zirehli perikardit, sağ ürək yetməzliyi qaraciyərüstü səbəblərə aiddir. Portal venalarda təzyiqin artması nəticəsində assit, varikoz və qanaxma, ensefalopatiya, splenomeqaliya, hepatorenal sindrom, porto-hipertenziv qastro-enteropatiya və s. kimi ağırlaşmalar meydana çıxır. Assit portal hipertenziyaya şübhə əlamətidir, dəqiqləşdirmək üçün endoskopiya və elastoqrafiya edilir, gərəkərsə porto-kaval qradiyent ölçülür. Varikoz genişlənmə, qaraciyər sərtliyinin 17 kPa-dan çox, dalaq sərtliyinin 33 kPa-dan çox və porto-kaval qradiyentin 5 mm Hg st-dan çox artması portal hipertenziyanı təsdiqləyən əlamətlərdir. PH-nın müalicəsində ilk və əsas hədəf səbəbin aradan qaldırılmasıdır. İlk hədəfə çatmaq mümkün olmadıqda ikinci hədəf seçilir – ağırlaşmaların profilaktika və müalicəsi. Ağırlaşmaların müalicəsi iki yolla həyata keçirilir: portal təzyiqi azaltmaq və ağırlaşmaya spesifik birbaşa tədbirlər. Portal təzyiqi azaltmaq üçün porto-kaval yanyollar (dekompressiya), splanxnik vazokonstriktorlar (somatostatin, vasopressin, β-adrenoblokatorlar), diuretiklər və s. istifadə edilir. Ağırlaşma yoxdursa və ya riski yüksək deyilsə profilaktik olaraq PH-ı azaltmağa ehtiyac yoxdur.
PORTAL HİPERTENZİYA üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova
|
Suallar |
Cavablar |
|
|
Portal venoz sistemə hansı venoz damarlar aiddir? |
|
|
|
Qan aşağı çöz venasından hara gedir? |
Dalaq venasına |
|
|
Yuxarı hemorroidal venadan qan hara gedir? |
Aşağı çöz venasına, sonra dalaq venasına və qapı venasına |
|
|
Portal vena haradan başlayır? |
Dalaq və yuxarı çöz venalarının birləşməsindən |
|
|
Portal hipertenziyanın mexanizmi nədir? |
Portal axına müqavimətinin artması nəticəsində portal təzyiqin yüksəlməsi |
|
|
Portal təzyiq normada nə qədərdir? |
<10 mmHg |
|
|
Səbəbləri hansılardır? |
|
|
|
Portal hipertenziyanın ən çox rast gələn səbəbi hansıdır? |
Sirroz (>90% hallarda) |
|
|
Alkoholizmi olan xəstələrin neçə faizində sirroz inkişaf edir? |
Təxminən 20%-də |
|
|
Sirrozlu xəstələrin neçə faizində ezofageal varikozlar olur? |
Təxminən 60%-də |
|
|
Sirrozlu xəstələrin neçə faizində portal hipertenziya inkişaf edir? |
Təxminən 60%-də |
|
|
Portal hipertenziyada xəstələrdə ən çox rast gəlinən əlamət hansıdır? |
Splenomeqaliya |
|
|
Portal hipertenziyanın 4 əsas obyektiv əlamətləri hansılardır? |
|
|
|
Sirroz və portal hipertenziyada digər əlamətlər hansılardır? |
Assit, ensefalopatiya, xroniki qaraciyər əlamətləri (palmar eritema, qırmızı dil, ginekomastiya, dəri angiomatozu və s). |
|
|
Portal təzyiq necə ölçülür? |
Birbaşa yolla - portal venaya kateter yeritməklə Dolayı yolla – qaraciyər venalarında uc təzyiqi ölçməklə |
|
|
Kollaterallar əvvəlcədən mövcud olur yoxsa portal hipertenziya nəticəsində əmələ gəlir? |
Hesab edilir ki, kollaterallar mövcud olan damarlardır, normada funksiyaları yox dərəcəsindədir, portal hipertenziyada isə genişlənirlər. |
|
|
Hansı porto-kaval kollaterallar var? (normada və portal hipertenziyada) |
|
|
|
Portal hipertenziyada qan ezofagus varikozlarından hara axır? |
Portal venadan tac venalarına və kollaterallardan azygos venasına |
|
|
Portal hipertenziyada qan göbəkətrafı kollaterallardan hara axır? |
Göbək venasından epiqastrik venalara, oradan da aşağı və yuxarı boş venalara. |
|
|
Portal hipertenziyada qan retroperitoneal varikozlardan hara axır? |
Kiçik mezenterik venalardan retroperitoneal kollaterallarla olaraq lumbar venalara |
|
|
Portal hipertenziyada qan hemorroidal kollaterallardan hara axır? |
Yuxarı hemorroidal venalardan orta və aşağı hemorroidal venalara və buradan da qalça venalarına |
|
|
Portal hipertenziyada ən təhlükəli ağırlaşması hansıdır? |
Ezofageal varikozlardan qanaxma (10-50% ölüm) |
|
|
Portal hipertenziyalarda “60% qaydası” nə deməkdir? |
|
|
|
Sirrozu və ezofageal varikozu olan xəstələrdə yuxarı qastrointesinal qanaxmaların nə qədər hissəsi varikoz mənşəlidir? |
Təxminən 50% |
|
|
Varikoz qanaxmanın əlamətləri hansılardır? |
Qanqusma, melena, hematoxeziya |
|
|
Kəskin ezogeal varikoz qanaxmalarında ölüm faizi nə qədərdir? |
Təxminən 17% (10-50%) |
|
|
Varikoz qanaxmalarda ilkin tədbirlər hansılardır? |
İnfuziyalar, nazoqastral zond, Folley kateteri, qan qrupu təyini, və cross match, lab gonder, koaqulopatiyanı korreksiyası (vit K, TDP), endoskopiya |
|
|
Əsas diaqnostik müayinə hansıdır? |
Qastroskopiya (yuxarı qanaxmaların yarısı varikoz mənşəlidir, digər yarısını da inkar etmək üçün)
|
|
|
Əsas müalicə prinsipi hansıdır? |
Portal təzyiqi azaltmaq (medikamentoz, endovaskulyar və ya cərrahi yanyollar) |
|
|
Portal təzyiqi azaltmaq üçün hansı dərmanlar var? |
Vazopressin və anoloqları Sandostatin və analoqları |
|
|
Koronar çatmazlığı olan xəstələrdə vazopressin ilə birlikdə hası dərman istifadə edilməlidir? |
Nitrogliserin – vazopressinin törətdiyi koronar arterial vazokonstiksiyasının qarşını almaq üçün |
|
|
Hansı müalicə növləri var? |
Endoskopik - liqasiya, skleroterapiya TİPS Porto-kaval yanyollar Qaraciyər tranplantasiyası |
|
|
Əgər qanaxmaya səbəb ezofagus varikozlarıdırsa müalicəsi nədir? |
Təcili endoskopik ligasiya və ya skleroterapiya. |
|
|
Əgər xəstədə ilkin müalicədən sonra qanaxma davam edirsə nə edərsiniz? |
Təkrari endoskopik müalicə |
|
|
Əgər endoskopik müalicə imkanı yoxdursa və qanaxma davam edirsə nə edərsiniz? |
Splanxnik vazokonstruktor (terlipressin sandostatin) və Sengstaken-Blekmor zondu ilə tamponada. |
|
|
Sengstaken-Blekmor zondu nədir? |
Qastrik və ezofagial balondan ibarət olan borudur, ezofagial qanaxmlarda tamponada üçün istifadə edilir. |
|
|
Əgər varikoz qanaxmalarda endoskopik və konservativ müalicə qanaxmanı dayandırmırsa nə edərsiniz? |
TİPS (transyuqulyar intrahepatik porto-kaval şunt) Cərrahi yanyol (selektiv və hissəvi) Qaraciyər transplantasiyası |
|
|
TİPS nə deməkdir? |
TIPS (Transjugular İntrahepatik Portasistemik Shunt) dəridən, vidaci venadan keçərək hepatik vena ilə portal venanın şaxəsi arasında kiçik stendin intrahepatik yerləşdirilməsidir. |
|
|
Varikoz qanaxmanı dayandıran ən effektiv müalicə hansıdır? |
Porto-kaval yanyollar və qaraciyər transplantasiyası. |
|
|
Cərrahi yanyolların hansı növləri var? |
Total, hissəvi, selektiv |
|
|
“Total yanyol” nə deməkdir? |
Portal qanın hamısı birbaşa boş venaya yönəldirilir. |
|
|
“Hissəvi yanyol” nə deməkdir? |
Portal vena ilə aşağı boş vena arasında yaradılan kiçik diametrli (0,8-1 sm) anastomozdur, portal qanın bir hissəsini boş venaya ötürür. |
|
|
“Selektiv yanyol” nə deməkdir? |
Portal sistemin dalaq və mezenterik hövzələri bir-birindən ayrılır və dalaq hövzəsi ilə boş vena sistemi arasında anastomoz qoyulur. |
|
|
Warren yanyolu nə deməkdir? |
Distal splenorenal yanyoldur , selektiv yanyollar arasında ən çox istifadə edilənidir. Portal sistemin dalaq və mezenterik hovuzları ayrılır, dalaq hovuzu böyrək venasına axıdılır. Həm varikozları azaldır, həm qanaxmanı aradan qaldırır, həm də yanyol ensefalopatiyası azdır. |
|
|
Warren şuntunun qoyulmasına əks-göstəriş nədir? |
Assit |
|
|
Uc-yan porto-kaval yanyol nədir? |
Total yanyoldur, portal venanın ucu ilə boş vena arasında anastomoz qoyulur. |
|
|
Yan-yan portokaval şunt nədir? |
Portal vena ilə boş vena arasında yan-yana anastomoz, başlanğıcda hissəvi yanyol kimi işləyir, sonra total xarakterli olur. |
|
|
“H-graft yanyol” nədir? |
Hissəvi yanyoldur, portal vena və ya şaxələri ilə boş vena və ya şaxələri arasında damar grefti ilə anastomoz qoyulur. |
|
|
Yanyol əməliyyatlarının “ən müsbət” və “ən mənfi” cəhətləri hansıladır? |
Varikozu və qanaxmanı aradan qaldırmaq “ən müsbət” cəhətidir, ensefalopatiya və qaraciyər disfunksiyası “ən mənfi” cəhətləridir. |
|
|
Yanyol əməliyyatlarından sonra qaraciyər disfunksiyası niyə baş verir? |
Portal qan qaraciyər üçün əsas trofiki mənbədir və bunun azalması qaraciyəri zədələyir. |
|
|
Yanyol əməliyyatlarından sonra ölümə səbəb olan faktor hansıdır? |
Qaraciyər yetməzliyi (qaraciyərə qan axınının azalması nəticəsində əmələ gəlir və ölümlərin 60%-dan çoxunun səbəbidir). |
|
|
Yanyol əməliyyatlarından sonra ən çox rast gələn ağırlaşma hansıdır? |
Hepatik ensefalopatiyanın artması (qaraciyərə qan axınının və detoksikasiyanın azalması nəticəsində). |
|
|
Ensefalopatiyanın diaqnozu hansı müayinə ilə qoyulur? |
Klinik müayinə ilə |
|
|
Ensefalopatiyanın ağırlıq dərəcəsi hansı müayinə ilə təyin edilir? |
Klinik müayinə ilə |
|
|
Ensefalopatiyanın dərəcəsi hansı laborator göstərici ilə korrelyasiya edir? |
Qanda ammonyakın səviyyəsi ilə |
|
|
Hepatik ensefalopatiyada hansı dərman istifadə olunur? |
Laktuloza, neomisin, LOLA (L-ornitin-L-aspartat) |
|