Özət
Qastroezofageal reflüks xəstəliyi – mədənin və ya duodenumun möhtəviyyatının qida borusuna qayıtması nəticəsində meydana çıxan kimyəvi iltihab prosesidir. Xəstəlik adətən döş sümüyü arxasında təkrarlayan yanma, qıcqırma, regurgitasiya əlamətləri ilə büruzə verir, ağrı, faringit və öskürək də ola bilir. Uzun müddət davam edən və müalicə olunmayan hallarda xoralar, qanaxma, daralma və Barrett metaplaziyası inkişaf edə bilir. Diaqnoz endoskopiya ilə qoyulur. Müalicə dərmanlarla (HKB) və cərrahi üsullarladır (fundoplikasiya).
QERX üzrə suallar
N.Y.Bayramov, A.Səfiyeva, Ş.Məmmədova
|
Suallar |
Cavablar |
|
QERX nədir? |
Mədə və ya qastroduodenal möhtəviyyatın ezofaqusa keçməsi nəticəsində yaranan kimyəvi iltihabdır |
|
Rastəlmə tezliyi nə qədərdir? |
Ümumi əhalinin arasında 20-30%-ni, ezofaqus xəstəlikləri arasında 75% |
|
Hansı klinik formaları var? |
Qeyri-eroziv və eroziv |
|
Səbəbi və ya risk faktorları hansılardır? |
Hiatal yırtıqlar; Piylənmə; Antixolinergik preparatlar, kofein, nikotin qəbulu; Sklerodermiya, kollagen, vaskulyar xəstəliklər və s.; Ezofaqusun travması; Hamiləlik |
|
Patogenezi nədən ibarətdir? |
Antireflüks mexanizmlərin zəifləməsi (şağı ezofageal sfinkterin zəifləməsi, diafraqma ayaqcıqlarının boşalması, Hiss bucağının açılması, peristaltikanın zəifləməsi və mədədaxili hipertenziya) |
|
Gediş xüsusiyyəti necədir? |
Xroniki təkrarlanan |
|
Ağırlaşmaları hansılardır? |
Barrettt ezofaqusu; Xora; Striktur; Aspirasion pnevmoniya; Faringit; Bronxial astma; Dəmir defisitli anemiya |
|
Klinik əlamətləri hansılardır? |
Tipik əlamətlər (qıcqırma və requrgitasiya); Atipik əlamətlər (qeyri-kardial retrosternal ağrılar, təngnəfəslik, boğulma, astma, xroniki öskürək, səs dəyişiklikləri, qanqusma, anemiya, odinofagiya, disfagiya) |
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Qıcqırma və hiatal yırtığı olan xəstələr |
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
EKQ; Endoskopik müayinə; 24 saatlıq pH-metriya; Manometriya; Proton körüyü inhibitorları testi |
|
Görüntlüləmə əlamətləri hansılardır? |
Eroziv formada – endoskopik müayinədə eroziv ezofagit; Qeyri-eroziv formada – endoskopik müayinə normal, hidrogen körüyü blokatorları testi (4 həftə ərzində əlamətlərin itməsi) və 24 saatlıq pH-metriya |
|
QERX simptomları olanlarda ilk növbədə hansı xəstəlikləri inkar etmək lazımdır? |
Koronar arteriya xəstəliklərini |
|
Diaqnostik kriteriyalar hansılardır? |
Klinik əlamətlərin həftədə ən azı 2-3 dəfə təkrarlanması və son 2-3 ayda davam edirsə; Endoskopik ezofagit və ya pH-metriyada reflüks aşkarlanması; Digər xəstəliklərin inkar edilməsi; |
|
Müalicə üsulları hansılardır? |
Konservativ - müalicəvi həyat tərzi, HKB və H2- blokator; Endoskopik; Cərrahi; |
|
Əməliyyata göstərişlər nələrdir? |
Konservativ müalicənin effektsizliyi və gənc xəstələr; Hiatal yırtıq; Barrettt ezofaqusu; Ağırlaşmalar: striktur, qanaxma, perforasiya; |
|
Əməliyyat üsulları hansılardır? |
Fundoplikasiya – Nissen, Toupet; Ezofaqusun rezeksiyası; |
|
Nissen əməliyyatı nədir? |
360° fundoplikasiya |
|
Belsey Mark IV əməliyyatı nədir? |
240° -270° fundoplikasiya, toraksdaxili aparılır. |
|
Hill əməliyyatı nə deməkdir? |
Qövsvari bağın bərpası və qastropeksiya (mədənin diafraqmaya tikilməsi) |
|
Toupet əməliyyatı nə deməkdir? |
Arxa divarın natamam (200°) fundoplikasiyasıdır. Əvvəllər qida borusu peristaltikası zəifləmiş xəstələrdə istifadə edilirdi. Hazırda ən çox tətbiq edilən fundoplikasiya üsuludur. |
|
Fundoplikasiya əməliyyatlarından sonra ən çox rast gəlinən ağırlaşmalar hansılardır? |
Qaz balonu simptomu Striktur Disfagiya Dalağın zədələnmələri Ezofaqusun perforasiyası Pnevmatoraks |
|
Qaz balonu simptomu nədir? |
Qusma və gəyirə bilməmək |
|
QERX-in proqnozu necədir? |
Müalicə olunmasa Barrettt ezofaqusu, adenokarsinom inkişaf edə bilər. |
|
Tək cümlə ilə QERX? |
Qida borusunun ən çox rast gələn xəstəliyidir. |