Tərifi
Qanqrena ağciyərin parenximasının geniş destruksiyası ilə səciyyələnən irinli-nekrotik prosesdir
Rastgəlinməsi
Antibiotikoterapiya dövrünə qədər ağciyərin qanqrenası çox rast gəlinirdi və yüksək letallıqla nəticələnirdi. Hazırda bu xəstəlik ağciyər arteriyası şaxələrinin trombozu (emboliyası) nəticəsində baş verir.
Etiologiyası və patogenezi
Ağciyərin qanqrenası əksər hallarda ağciyərin digər iltihabı və irinli xəstəliklərinin ağırlaşması kimi inkişaf edir. Ağciyər arteriyasının şaxələrinin trombozu (emboliyası) nəticəsində birincili qanqrena baş verə bilər (infarkt-pnevmoniya).
Ağciyər absesindən fərqli olaraq, qanqrena ağciyər toxumasının geniş nekrozu ilə nəticələnir. Bu zaman nekroz zonası ilə sağlam toxuma arasında demarkasiya olmur, qanqrena sahəsi mədudlaşmadan yumşalmış ağciyər toxumasının digər sahəsinə yayılır. Ağciyər parenximasının çürüntülü-nekrotik destruksiyası sekvestrasiyaya, havalı və irinli boşluqların əmələ gəlməsinə səbəb olur. Nekroz prosesi məhdudlaşmadıqda və müalicə aparılmadıqda sepsis inkişaf edir və xəstənin ölümünə səbəb olur.
Ağırlaşmaları:
- Sepsis, septik şok
- Orqan çatmazlığı
- Hemorragik plevrit
- Ağciyər qanaxması
- Parenximatoz üzvlərin distrofiyası, amiloidoz
Klinikası
- Çoxlu miqdarda , çətin ifraz olunan üfunətli irinli (bəzən qanlı) bəlğəmli öskürək
- Təngnəfəslik, tənəffüs çatmazlığı
- Anemiya
- SİRS, sepsis
- İrinli-nekrotik destruksiya plevraya keçdikdə piopnevmotoraks və ya empiyema əlamətləri
Diaqnostikası
Ağciyər qanqrenasının diaqnostikasında klinik müayinələrlə yanaşı laborator və görüntüləmə müayinələri də mühümdür. Parenxima destruksiyasını aşkarlamaq üçün KT, bronxların, bronx sekretinin bakterioloji müayinəsi üçün bronxoskopiya lazım gəlir (Şəkil 8).
Differensial diaqnostika:
- ağciyər xərçəngi
- ağciyər vərəmi
- ağciyər exinokokkozu
- infarkt-pnevmoniya
Diaqnostik əlamətləri:
- üfunətli-irinli-köpüklü (bəzən qanlı) bəlğəm ifrazı
- təngnəfəslik, tənəffüs yetməzliyi
- leykositoz, anemiya
- SİRS, sepsis əlamətləri
- KT-də ağciyər destruksiyası
![]() |
![]() |
Şəkil 8. Ağciyər qanqrenası
Müalicəsi
Konservativ müalicə:
- Antibiotikoterapiya: III nəsil sefalosporinlər, karbopenemlər, antibakterial preparatlar (antiprotozoy qruplu), aminoqlikozidlər
- Bronxolitiklər, mukolitiklər, bronx ağacının mərhələli bronxoskopik sanasiyası
- Hipovolemiya, hipoprotenemiya və anemiyanın adekvat tənzimi
- Postural drenaj, bronxoskopik sanasiya
- Nutritik dəstək
- Ürək-damar, tənəffüs sisteminin və qaraciyərin funksiyasının korreksiyası
Cərrahi müalicə:
- Lobektomiya, pulmonektomiya
- Plevradaxili ağırlaşmalar zamanı az invaziv (torakoskopik) üsulla plevra boşluğunun sanasiyası
Özət
Ağciyər qanqrenası ağciyərin parenximasının geniş destruksiyası ilə səciyyələnən irinli-nekrotik prosesdir, adətən hüdudlanmır. Xəstəlik az hallarda rastlanır, adətən tromboza bağlı meydana gəlir, gedişi çox ağırdır, qısa müddətdə sepsis, septik şok və letallıq baş verə bilir. Müalicəsində antibiotiklər və dəstək tədbirləri ilk planda tutulur, cərrahi müalicə (lobektomiya, plevral drenaj) lazım gələ bilir.
Ağciyər qanqrenası üzrə suallar
N.Y.Bayramov, Ş.Ə.Məmmədova
|
Suallar |
Cavablar |
|
Ağciyər qanqrenası nədir? |
Ağciyərin parenximasının geniş destruksiyası ilə səciyyələnən irinli-nekrotik prosesi |
|
Rastgəlmə tezliyi nə qədərdir? |
Antibiotikoterapiya dövrünə qədər çox rast gəlinirdi |
|
Səbəbi və ya risk faktorları nələrdir? |
|
|
Patogenezi nədən ibarətdir? |
Ağciyər toxumasının geniş nekrozu → demarkasiya olmur, qanqrena sahəsi mədudlaşmır → nekrozun yayılması → sekvestrasiyaya, havalı və irinli boşluqların əmələ gəlməsi |
|
Gediş xüsusiyyəti necədir? |
Kəskin və ağır gedişlidir |
|
Ağırlaşmaları nələrdir? |
|
|
Klinik əlamətləri hansılardır? |
|
|
Dəqiqləşdirmək üçün hansı müayinələr lazımdır? |
|
|
Laborator əlamətləri nələrdir? |
Leykositoz, anemiya |
|
Diaqnostik kriteriyalarını sadala? |
|
|
Müalicə üsulları hansılardır? |
|
|
Konservativ müalicəyə nələr daxildir? |
|
|
Əməliyyata göstərişlər nələrdir? |
Konservativ müalicə effekt vermirsə |
|
Əməliyyat üsulları hansılardır? |
|
Ədəbiyyat
- Ağayev B.A. Cərrahi xəstəliklər. Bakı 2010.
- Blackbourne LH. Surgical Recall. 7 edition, 2014, LWW, Philadelphia
- Doherty GM. Current Diagnosis and Treatment: Surgery, 13th edition, 2010, Lang International Edition.
- Əmiraslanov Ə.T., Qazıyev A.Y. Onkologiya. Bakı, 2010.
- Ettinger DS et al. Non–Small Cell Lung Cancer, Version 5.2017. NCCN
- İsayev H.B.Cərrahi xəstəliklərin patofizologiyası. Bakı 2005
- Klingensmith ME, Aziz A, Bharat A, FoxAC, Porembka MR. The Washington Manual of Surgery, 6th edition, 2012, LWW, Philadelphia.
- MacMahon H et al. Guidelines for Management of Incidental Pulmonary Nodules Detected on CT Images: From the Fleischner Society 2017., https://doi.org/10.1148/radiol.2017161659
- Medscape, http://www.medscape.com
- Oxford Handbook of Clinical Surgery, 3d edition, 2011, Oxford Press
- UpToDate, http://www.uptodate.com

