Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

AĞCİYƏRİN QANQRENASI

Tərifi

Qanqrena ağciyərin parenximasının geniş destruksiyası ilə səciyyələnən irinli-nekrotik prosesdir

 

Rastgəlinməsi

Antibiotikoterapiya dövrünə qədər ağciyərin qanqrenası çox rast gəlinirdi və yüksək letallıqla nəticələnirdi. Hazırda bu xəstəlik ağciyər arteriyası şaxələrinin trombozu (emboliyası) nəticəsində baş verir.

 

Etiologiyası və patogenezi

Ağciyərin qanqrenası əksər hallarda ağciyərin digər iltihabı və irinli xəstəliklərinin ağırlaşması kimi inkişaf edir. Ağciyər arteriyasının şaxələrinin trombozu (emboliyası) nəticəsində birincili qanqrena baş verə bilər (infarkt-pnevmoniya).

Ağciyər absesindən fərqli olaraq, qanqrena ağciyər toxumasının geniş nekrozu ilə nəticələnir. Bu zaman nekroz zonası ilə sağlam toxuma arasında demarkasiya olmur, qanqrena sahəsi mədudlaşmadan yumşalmış ağciyər toxumasının digər sahəsinə yayılır. Ağciyər parenximasının çürüntülü-nekrotik destruksiyası sekvestrasiyaya, havalı və irinli boşluqların əmələ gəlməsinə səbəb olur. Nekroz prosesi məhdudlaşmadıqda və müalicə aparılmadıqda sepsis inkişaf edir və xəstənin ölümünə səbəb olur.

Ağırlaşmaları:

  • Sepsis, septik şok
  • Orqan çatmazlığı
  • Hemorragik plevrit
  • Ağciyər qanaxması
  • Parenximatoz üzvlərin distrofiyası, amiloidoz

 

Klinikası

  • Çoxlu miqdarda , çətin ifraz olunan üfunətli irinli (bəzən qanlı) bəlğəmli öskürək
  • Təngnəfəslik, tənəffüs çatmazlığı
  • Anemiya
  • SİRS, sepsis
  • İrinli-nekrotik destruksiya plevraya keçdikdə piopnevmotoraks və ya empiyema əlamətləri

 

Diaqnostikası

Ağciyər qanqrenasının diaqnostikasında klinik müayinələrlə yanaşı laborator və görüntüləmə müayinələri də mühümdür. Parenxima destruksiyasını aşkarlamaq üçün KT, bronxların, bronx sekretinin bakterioloji müayinəsi üçün bronxoskopiya lazım gəlir (Şəkil 8).

Differensial diaqnostika:

  • ağciyər xərçəngi
  • ağciyər vərəmi
  • ağciyər exinokokkozu
  • infarkt-pnevmoniya

Diaqnostik əlamətləri:

  • üfunətli-irinli-köpüklü (bəzən qanlı) bəlğəm ifrazı
  • təngnəfəslik, tənəffüs yetməzliyi
  • leykositoz, anemiya
  • SİRS, sepsis əlamətləri
  • KT-də ağciyər destruksiyası

 

   

 

Şəkil 8. Ağciyər qanqrenası

 

Müalicəsi

Konservativ müalicə:

  • Antibiotikoterapiya: III nəsil sefalosporinlər, karbopenemlər, antibakterial preparatlar (antiprotozoy qruplu), aminoqlikozidlər
  • Bronxolitiklər, mukolitiklər, bronx ağacının mərhələli bronxoskopik sanasiyası
  • Hipovolemiya, hipoprotenemiya və anemiyanın adekvat tənzimi
  • Postural drenaj, bronxoskopik sanasiya
  • Nutritik dəstək
  • Ürək-damar, tənəffüs sisteminin və qaraciyərin funksiyasının korreksiyası

Cərrahi müalicə:

  • Lobektomiya, pulmonektomiya
  • Plevradaxili ağırlaşmalar zamanı az invaziv (torakoskopik) üsulla plevra boşluğunun sanasiyası

 

 

Özət

Ağciyər qanqrenası ağciyərin parenximasının geniş destruksiyası ilə səciyyələnən irinli-nekrotik prosesdir, adətən hüdudlanmır. Xəstəlik az hallarda rastlanır, adətən tromboza bağlı meydana gəlir, gedişi çox ağırdır, qısa müddətdə sepsis, septik şok və letallıq baş verə bilir. Müalicəsində antibiotiklər və dəstək tədbirləri ilk planda tutulur, cərrahi müalicə (lobektomiya, plevral drenaj) lazım gələ bilir.

 

Ağciyər qanqrenası üzrə suallar

N.Y.Bayramov, Ş.Ə.Məmmədova

 

Suallar

Cavablar

Ağciyər qanqrenası nədir?

Ağciyərin parenximasının geniş destruksiyası ilə səciyyələnən irinli-nekrotik prosesi

Rastgəlmə tezliyi nə qədərdir?

Antibiotikoterapiya dövrünə qədər çox rast gəlinirdi

Səbəbi və ya risk faktorları nələrdir?

  • Ağciyər arteriyası şaxələrinin trombozu (emboliyası) – infarkt-pnevmoniya
  • Ağciyərin digər iltihabı və irinli xəstəlikləri

Patogenezi nədən ibarətdir?

Ağciyər toxumasının geniş nekrozu → demarkasiya olmur, qanqrena sahəsi mədudlaşmır → nekrozun yayılması → sekvestrasiyaya, havalı və irinli boşluqların əmələ gəlməsi

Gediş xüsusiyyəti necədir?

Kəskin və ağır gedişlidir

Ağırlaşmaları nələrdir?

  • Sepsis, septik şok
  • Orqan çatmamazlığı
  • Hemorragik plevrit
  • Ağciyər qanaxması
  • Parenximatoz üzvlərin distrofiyası, amiloidoz
  • Piopnevmotoraks

Klinik əlamətləri hansılardır?

  • Çoxlu miqdarda, çətin ifraz olunan üfunətli irinli (bəzən qanlı) bəlğəmli öskürək
  • Təngnəfəslik, tənəffüs çatmamazlığı
  • Anemiya
  • SİRS, sepsis

Dəqiqləşdirmək üçün hansı müayinələr lazımdır?

  • Klinik əlamətlər
  • Fizikal müayinələr
  • Laborator markerlər
  • Rentgen və KT
  • Bronxoskopiya və bronx sekretinin bakterioloji müayinəsi

Laborator əlamətləri nələrdir?

Leykositoz, anemiya

Diaqnostik kriteriyalarını sadala?

  • üfunətli-irinli-köpüklü (bəzən qanlı) bəlğəm ifrazı
  • təngnəfəslik, tənəffüs çatmamazlığı
  • leykositoz, anemiya
  • SİRS, sepsis əlamətləri
  • KT-də ağciyər destruksiyası

Müalicə üsulları hansılardır?

  • Konservativ müalicə
  • Cərrahi müalicə

Konservativ müalicəyə nələr daxildir?

  • Antibiotikoterapiya: III nəsil sefalosporinlər, karbopenemlər, antibakterial preparatlar ( antiprotozoy qrupu), aminoqlikozidlər
  • Bronxolitiklər, mukolitiklər, bronx ağacının mərhələli bronxoskopik sanasiyası
  • Hipovolemiya, hipoprotenemiya və anemiyanın adekvat tənzimi
  • Postural drenaj, bronxoskopik sanasiya
  • Nutritik dəstək
  • Ürək-damar, tənəffüs sisteminin və qaraciyərin funksiyasının korreksiyası

Əməliyyata göstərişlər nələrdir?

Konservativ müalicə effekt vermirsə

Əməliyyat üsulları hansılardır?

  • Lobektomiya, pulmonektomiya
  • torakoskopik üsulla plevra boşluğunun sanasiyası – plevradaxili ağırlaşmalarda

Ədəbiyyat

  • Ağayev B.A. Cərrahi xəstəliklər. Bakı 2010.
  • Blackbourne LH. Surgical Recall. 7 edition, 2014, LWW, Philadelphia
  • Doherty GM. Current Diagnosis and Treatment: Surgery, 13th edition, 2010, Lang International Edition.
  • Əmiraslanov Ə.T., Qazıyev A.Y. Onkologiya. Bakı, 2010.
  • Ettinger DS et al. Non–Small Cell Lung Cancer, Version 5.2017. NCCN
  • İsayev H.B.Cərrahi xəstəliklərin patofizologiyası. Bakı 2005
  • Klingensmith ME, Aziz A, Bharat A, FoxAC, Porembka MR. The Washington Manual of Surgery, 6th edition, 2012, LWW, Philadelphia.
  • MacMahon H et al. Guidelines for Management of Incidental Pulmonary Nodules Detected on CT Images: From the Fleischner Society 2017., https://doi.org/10.1148/radiol.2017161659
  • Medscape, http://www.medscape.com
  • Oxford Handbook of Clinical Surgery, 3d edition, 2011, Oxford Press
  • UpToDate, http://www.uptodate.com