Tərifi
Qalxanabənzər vəzinin xoşxassəli şişləri müxtəlif növ adenoma tipində inkişaf edərək əksər hallarda epitelial mənşəli olur.
Rastgəlmə tezliyi
Adenomalar 30-40 yaşlı qadınlar arasında daha çox yayılmışdır.
Təsnifatı
|
İnkişafına görə |
Epitelial Qeyri – epitelial |
|
Epitelial şişlər histoloji quruluşuna görə |
|
|
Qeyri – epitelial şişlər histoloji quruluşuna görə |
Ø Fibroma Ø Angioma Ø Limfoma Ø Nevrinoma və ya xemodektoma |
Etiologiyası
Dəqiq məlum deyil
Klinika
- Xoşxassəli şişlər solitar olur, yumşaq, bəzən sərt konsistensiyalı, hamar səthli, aydın sərhədli olması, udma aktı zamanı yerini dəyişməsi ilə xarakterizə edilir.
- Xoşxassəli şişlər simptomsuz inkişaf edir, ləng böyüyür, vəzinin funksiyası bir qayda olaraq dəyişmir, bəzi hallarda tirotoksikoz əlamətləri inkişaf edir.
Diaqnostika
Şübhə
QV üzərində kütlə görünərsə və ya təsadüfü USM zamanı düyün aşkarlanarsa, vəzinin xoş və ya bədxassəli törəməsindən şübhələnmək lazımdır.
Dəqiqləşdirmə
- Düyünü müayinə etmək üçün ilk növbədə USM aparılmalıdır.
- Əgər düyün soliddirsə biopsiya edilməlidir.
- Ətraf toxuma və damarlara münasibətini bilmək üçün KT və MRT göstərişdir.
Diaqnostik meyarlar
- Palpasiyada hərəkətli və ağrısız törəmə
- USM-də solid, izo-hiperexogen, kənarları hamar, periferik vaskulyarizasiyalı düyün müəyyən olunarsa;
- İİAB-də xoşxassəli nəticə gələrsə
Müalicəsi
- Düyün kiçik ölçülüdürsə >3,0mm, biopsiya nəticəsi xoşxassəli, ətraf orqanlara kompressiya əlamətləri vermirsə, USM ilə 6-12 ay aralıqla nəzarət olunmalı;
- Əgər böyüyərsə, kompressiya əlamətləri varsa, estetik olaraq xəstəni narahat edirsə lobektomiya əməliyyatı aparılmalıdır.
- Həmçinin bu düyünlərdə düyünün ölçüsünün kiçildilməsi məqsədi ilə radiotezlikli dalğalarla və lazerlə destruksiya aparıla bilər.
Özət
Qalxanabənzər vəzinin xoşxassəli şişləri müxtəlif növ adenoma tipində inkişaf edərək əksər hallarda epitelial mənşəli olur. Adenomalar 30-40 yaşlı qadınlar arasında daha çox yayılmışdır. Etiologiyası dəqiq məlum deyil. Xoşxassəli şişlər simptomsuz inkişaf edir, ləng böyüyür, vəzinin funksiyası bir qayda olaraq dəyişmir, bəzi hallarda tirotoksikoz əlamətləri inkişaf edir. Düyün təsadüfi və ya planlı USM-lə aşkarlanır. Müalicə üsulu düyünün ölçüsündən, ətraf orqanlardakı kompressiya əlamətlərinin və xəstəni narahat edən estetik qüsurun olub – olmamasından asılı olaraq seçilir.
QALXANABƏNZƏR VƏZİNİN XOŞXASSƏLİ TÖRƏMƏLƏRİ HAQDA SUALLAR
|
Suallar |
Cavablar |
|
Qalxanabənzər vəzinin xoşxassəli şişləri inkişafına görə neçə növ olur? |
|
|
Qalxanabənzər vəzinin xoşxassəli şişlərinin USM meyarları nədir? |
Solid, izo-hiperexogen, kənarları hamar, periferik vaskulyarizasiyalı düyün |
|
Qalxanabənzər vəzidə USM-lə aşkarlanan düyünün xoş- və ya bədxassəli olması necə dəqiqləşdirilir? |
İncə iynə aspirasion biopsiya və sitoloji müayinə ilə |