Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

QALXANABƏNZƏR VƏZİNİN CƏRRAHİ XƏSTƏLİKLƏRİ, MÜAYİNƏLƏR VƏ DİAQNOSTİK YANAŞMA

QALXANABƏNZƏR VƏZİNİN CƏRRAHİ XƏSTƏLİKLƏRİ

  1. Anadangəlmə inkişaf anomaliyaları:
    • Aplaziya və hipoplaziya (həmişə hipotiroidizm və miksedema ilə müşahidə olunur);
    • Vəzi toxumasının ektopiyası (dil kökündə, divararalığıda və s.);
    • Dil-qalxanabənzər axacağın açıq qalması (boyunun sistləri və fistulları).
  2. Endemik ur:
    • Formasına görə:
      • diffuz;
      • düyünlü;
      • qarışıq.
    • Funksional vəziyyətinə görə:
      • eutiroid;
      • hipotiroid;
      • hipertiroid (tirotoksikoz).
    • Ağırlıq dərəcəsinə görə:
      • yüngül
      • orta
      • ağır
    • Qalxanabənzər vəzinin böyümə səviyyəsinə görə (0 - V)
  3. Sporadik ur:
    • Formasına görə: diffuz, düyünlü, qarışıq;
    • Funksiyasına görə:
      • eutiroid;
      • hipotiroid;
      • hipertiroid (tirotoksikoz) – birincili toksik, ikincili tok­sik.
    • Tirotoksikozun mərhələlərinə görə:
      • neyrovegetativ;
      • neyroendokrin;
      • visseropatik;
      • kaxektik.
  4. Epitelial şişlər:
    • Xoşxassəli: follikulyar adenoma
    • Bədxassəli:
      • papilyar xərçəng;
      • yastıhüceyrəli xərçəng;
      • differensiasiya olunmamış xərçəng;
      • medulyar xərçəng.
  5. Qeyri-epitelial şişlər:
    • Fibrosarkoma;
    • Digər (fibroma, leyomioma, hemangioma, xemodektoma və s.).
  6. Qarışıq şişlər:
    • karsinosarkoma;
    • bədxassəli hemangioendotelioma;
    • limfoma;
    • teratoma.
  7. İkincili (metastatik şişlər)
  8. Təsnifolunmayan şişlər
  9. Autoimmun xəstəliklər:
    • Hashimto tiroiditi;
    • Ridel tiroiditi.
  10. İltihabi xəstəliklər:
    • kəskin tirodit;
    • yarimkəskin tiroidit;
    • de Kerven tiroiditi;
    • vərəm;
    • sifilis.
  11. Parazitar xəstəliklər
    • Exinokokkoz
  12. Göbələk xəstəlikləri:
    • aktinomikoz;
    • aspergillyoz;
    • kandidomikoz;
    • koksidoidoz

MÜAYİNƏLƏR

Klinik

  • Ürəkdöyünmə
  • Boyunda şişkinlik
  • Boğulma
  • Təngnəfəslik
  • Yad cisim hissi
  • Halsızlıq
  • Əsəbilik
  • Saç tökülməsi
  • Qəbizlik
  • İshal
  • Arıqlama
  • Çəki artımı
  • Cinsi pozğunluqlar

Laborator

  • TSH
  • Total T4 ,sərbəst T4 və total T3, sərbəst T3
  • Anti-TPO,anti-Tg,TSH-anticisimləri
  • Tg
  • Kalsitonin

Görüntüləmə

  • USM
  • Elastoqrafiya
  • KT
  • MRT
  • PET-KT
  • Ssintiqrafiya
  • İİAB

 

QALXANABƏNZƏR VƏZİ XƏSTƏLİKLƏRİNƏ DİAQNOSTİK YANAŞMA

Prinsip

  • Diaqnostikada klinik, laborator və görüntüləmə nəticələri birlikdə qiymətləndirilir.
  • İlk növbədə düyün və ya diffuz ur, tiroidit xəstəliyi olduğu yoxlanılır.
  • Düyünün xoş xassəli olduğu isbat edilmirsə, bədxassəli qəbul edilməsi tövsiyə edilir.
  • Son və həlledici vasitə kimi biopsiya göstərişdir.

Şübhə əlamətləri

Aşağıdakı əlamətlərdən hər hansı biri varsa, qalxanabənzər vəzi xəstəliyindən şübhələnmək lazımdır və müayinə etmək gərəkdir:

  • Boyunda şişkinlik
  • Boğulma
  • Təngnəfəslik
  • Yad cisim hissi
  • Ürəkdöyünmə - taxıkardiya
  • Halsızlıq
  • Əsəbilik
  • Saç tökülməsi
  • Qəbizlik
  • İshal
  • Arıqlama
  • Çəki artımı
  • Cinsi pozğunluqlar
  • Laborator dəyişikliklər
  • Metastaz axtarışı
  • Qalxanabənzər vəzi hormonlarında artma və ya azalma
  • Anamnezdə bədxassəli törəmələr
  • Digər

İlkin müayinələr

Dəqiqləşdirmə

Birinci pillə müayinələr

  • Bu mərhələdə məqsəd qalxanabənzər vəzinin diffuz böyüməsi, düyün olub-olmadığını və düyün varsa, sistik və ya solid olduğunu araşdırmaqdır.
  • Bu məqsədlə aşağıdakı ilkin müayinələr edilir:
    • Klinik müayinə
    • USM
    • Tiroid testləri: TSH, sərbəst T4, sərbəst T3, anti-TPO, anti-TQ, TSH anticisimləri, kalsitonin
    • Hemoqram
  • Bu müayinələrdən aşağıdakı bir neçə nəticə ortaya çıxa bilər.
    • Birinci nəticə- qalxanabənzər vəzinin xoşxassəli xəstəliyi təyin edilir : diffuz ur, tiroidit, hipertiroidizm, eutiroidizm, hipotiroidizm vəziyyət və s. Belə halda uyğun müayinə və müalicələr seçilir.
    • İkinci nəticə- qalxanabənzər vəzidə düyün tapılır və ultrasəs müayinəsi ilə düyünün sistik, solid və ya qarışıq olduğu müəyyənləşdirilir. Belə halda incə iynə biopsiyası ilə düyünün təbiəti dəqiqləşdirilir.

 

QALXANABƏNZƏR VƏZİNİN ƏMƏLİYYATLARI

  • Tiroidektomiya (total tiroidektomiya, qalxanabənzər vəzinin ekstirpasiyası, strumektomiya)
  • Qalxanabənzər vəzinin subtotal rezeksiyası
  • Hemitiroidektomiya (qalxanabənzər vəzinin payının boğaz hissə ilə birgə çıxarılması)
  • Totalayaxın tiroidektomiya (bir payın boğaz hissə ilə birgə tam çıxarılması, digər paydan 2-3 qr toxumanın saxlanılması)
  • Total tiroidektomiya mərkəzi və lateral limfadisseksiya

CƏRRAHİ AĞIRLAŞMALAR, ONLARIN PROFİLAKTİKA VƏ MÜALİCƏSİ

Qalxanabənzər vəzinin xəstəlikləri və üzvi patologiyası ilə xəs­tələrin müalicəsi həyat üçün təhlükəli müxtəlif ağırlaş­ma­larla müşayiət oluna bilər.  Həmin ağırlaşmalar bir neçə qrupa bölünür.

 

Qalxanabənzər vəzi xəstəliklərinin gedişi ilə əlaqəli ağırlaşmalar:

  • Tirotoksikoz;
  • Hipotiroidizm;
  • Kəskin tiroiditin boyunun fleqmonası və (və ya) mediasti­nit­lə ağırlaşması.
  • Qalxanabənzər vəzinin şişlərinin metastazlaşması və invazi­ya­sı;

Konservativ müalicə zamanı baş verən ağırlaşmalar:

  • Tirostatik və hormonal preparatların qəbulu zamanı baş ve­rən allergik  reaksiyalar, preparatların yüksək dozada təyini və qəbulu;
  • Qeyri – adekvat müalicə

Cərrahi əməliyyat zamanı və sonra baş verən ağırlaş­ma­lar

  • Spesifik
    1. erkən – birtərəfli və ya ikitərəfli bir və ya iki aşağı və yu­xarı  qırtlaq sinirinin zədələnməsi ilə əlaqədar iflic, müvəqqəti hipoparatiroidizm, tirotoksik böhran;
    2. gecikmiş – qırtlaq sinirinin iflici, daimi hipoparati­roidizm, hipotiroidizm, qalxanabənzər vəzi xəstəliyinin əmə­liyyatdan sonrakı residivi;
  • Qeyri – spesifik (istənilən cərrahi əməliyyat zamanı və sonra baş verən ağırlaşmalar) - qanaxma, yaranın irinləməsi

 

QALXANABƏNZƏR VƏZİNİN ANOMALİYALARI

  • İnkişaf qüsurlarına tiroqlossal kanalda artıq toxuma qalması ilə əmələ gələn tiroqlossal kanal sistləri və fistullar aiddir.
  • Tiroqlossal kanal sistlərinin böyük hissəsi dilaltı sümüyün önündə formalaşır və uşaq yaşlarında müəyyən edilir. Bu sistlər həmişə orta xətdədir: dil kökü ilə suprasternal çuxur arasında yerləşir.
  • Diaqnoz qoymaq üçün xəstənin dilini bayıra çıxarılması istənilir. Dil çıxaran zaman tiroqlossal kanal sisti yuxarıya doğru hərəkət edir.
  • İnfeksiyalaşma riski səbəbindən tam olaraq sist xaric edilməlidir.
  • Tiroqlossal kanal çox vaxt dilaltı sümüyün içinə keçir və cərrahi əməliyyat zamanı bu sümüyün orta hissəsinin çıxarılması vacibdir.
  • Tiroid toxumasının aşağı enmədikdə dil kökündə qalır və lingual tiroid toxuması əmələ gəlir.
  • Dil kökündəki tiroid vəzin böyüməsi tənəffüs yolunun sıxılmasına, disfagiya və qanamaya səbəb olur.
  • Dil kökü tiroid toxumasının inkişafının qarşısını almaq üçün ən çox tiroid hormonu verilir.
  • Müalicə effekt vermədikdə radioaktiv yod göstərişdir.
  • Bəzi hallarda boynun yan (santral) səthlərində ektopik tiroid toxumasına rast gəlinir.
  • Struma ovarii – yumurtalıq parenximasında qalxanabənzər vəzi toxumasına rast gəlinməsidir.