Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

QALXANABƏNZƏR VƏZİNİN XOŞXASSƏLİ XƏSTƏLİKLƏRİ

UR

 

Təsnifatı

  • Ailəvi Ur
  • Endemik Ur
  • Tiroiditə bağlı ur
  • Dərmanlara bağlı ur
  • Şişlərə bağlı ur
  • Tiroid hormon dirəncinə bağlı əmələ gələn ur
  • Sporadik ur

 

ENDEMİK UR

Tərifi

Müəyyən ərazidə yaşayan əhali arasında qalxanabənzər vəzinin proqressiv böyüməsi və onun funksional aktivliyinin dəyişməsi ilə xarakterizə olunan bir uygunlaşma reaksiyasıdır. Müəyyən coğrafi ərazidə yaşayan populyasiyanın 10%-dən çox yod çatmazlığına bağlı QV-də böyümə varsa, endemik ur olaraq adlandırılır.

 

Diaqnostik əlamətlər

  • Ur ölçü və böyüməsinə görə müxtəlif əlamətlər verir
  • Xəstələrdə boyunda şişkinlik, disfagiya və traxeyaya təzyiqlə bağlı tənəffüs pozgunluqları ola bilir.
  • Təzyiq – sıxılma əlamətləri substernal və ya retrosternal urun intratorasik yerləşməsi zamanı mövcud olur.
  • Endemik uru olan xəstələr əsasən eutiroid, bəzən TSH mülayim yüksək, T4 aşağı və normal və ya T3 nisbətən yüksəlir.
  • USM-də vəzinin ölçülərinin böyüməsi, düyün olub-olmadığı müəyyən edilir.

Təsnifatı

Böyümə dərəcəsinə görə

0 – Görülən və palpasiya edilən vəzi yoxdur

I(a) – vəzidə zəif bir böyümə var, lakin görünmür;

I(b) – vəzi əllənir, udma aktı zamanı və başı arxaya əydikdə görünür;

II – boyunun istənilən vəziyyətində  vəzi görünür;

III – Boyunun ön və yan tərəflərini dolduran vəzi görünür.

Formasına görə

Diffuz və düyünlü

Klinik gedişinə görə

Toksik və qeyri-toksik

 

Rastgəlmə tezliyi

Ümumi populyasiyada ur 15,8% rast gəlinir. Qadınlarda kişilərə nisbətən 6:1 nisbətində olur. Yaş ilə ur arasındakı bağlılıq yod çatmazlığına və orqanizmin yoda olan tələbatına bağlıdır.

Etiologiya

QV-in həcminin böyüməsinə səbəb olan amillər:

  • Kimyəvi və radioaktiv maddələrlə çirklən­miş zonalarda tiroid fermentlərin sintezində iştirak edən hor­mon­ların bloku baş verir.
  • Strumogen təsirə malik sular, qida məhsulları, kimyəvi maddələr yodun neytrallaşmasına, onun orqanizm tərəfindən qəbulunun zəifləməsinə və hormon sintezində iştirak edən fermentlərə (peroksidaza) tormozlayıcı təsir göstərir.
  • Yaş, hamiləlik, oral kontraseptivlər, alkoqol, siqaret, Avitaminoz, digər təsirlər.

Patogenezi

  • TSH-ın nüvəyə təsiri Gs və AMF yolu ilə baş verir. TSH-ın nüvəyə uzun müddətli təsirindən hüceyrənin böyümə və çoxalmasına mitotik aktivliyi nəticəsində baş verir.
  • Bu amillər sporadik urun patogenezində vacib rol oynayır. Bu zaman toxuma böyümə amili (tissue growth faktors), artmış böyümə hormonu İGF-1 qalxanabənzər vəzidə hiperplaziya yaradaraq vəzinin böyüməsinə səbəb olur (böyümə amili vəzidə yayılmış olduqda vəzinin bütün həcmi böyüyür, lokal olduqda düyün formalaşır). Bəzi amillər böyüməni ləngidir -TGF-β.
  • Yod çatmazlığı: yod azlığı endemik urun əmələ gəlməsinə səbəb olur. Azərbaycanda yod azlığı olan ölkələrə aiddir. Dağlıq bölgələrdə sidikdə yodun ekskresiyası 26-39q/l-dir. Orqanizmin yod qəbulunun əsas göstəricisi sidiklə ifraz olunan yodun miqdarıdır. Belə ki orqanizmin yoda olan gündəlik tələbatı yetkin insanlarda 150 qr-dır. Qəbul olunmuş yodun 98%-i sidiklə, 2%-i isə ödlə xaric olur.

 

Sidiklə ifraz olunan yod qr/l

  • <20 ağır yod çatmazlığı;
  • 20-49 orta dərəcə yod çatmazlığı;
  • 50-99 zəif yod çatmazlığı;
  • 100-199 normal sidikdə ifraz olunan yod;
  • 200-299 normadan artıq yod qəbulu;
  • >300 həddən çox yod qəbulu

Fizioloji vəziyyət və yaşdan asılı olaraq orqanizmin yoda olan tələbatı dəyişir.

Yaş

Qr/gün

Yenidoğulmuş

50

1-7 yaş

90

7-12

120

12<

150

Yetkin

150

Hamiləlik

200

Zahılıq dövr

290

Gedişi və ağırlaşmaları

Vəzi həcminin böyüməsi nəticəsində aşağıdakı patologiyalar meydana çıxır.

  • Ağır en­de­mik zonalarda hipotiroidizm.
  • Traxeya sıxılır, öskürək və dispnoe başlayır.
  • Daha az halda qida borusu sıxılır, udma zamanı tıxanma hissi yaranır.
  • Nadir halda N.recurrens sıxılarsa, səs kobudlaşır.
  • Damar sistemi – vidaci, körpücükaltı, hətta yuxarı boş veneya sıxıcı təsir göstərir. Döşdaxili böyümədə sıxıcı təsir daha şiddətli olur. Xəstə əllərini yuxarı, başı üstünə qaldırdıqda özünü pis hiss edir, üzündə sianoz əmələ gəlir (Pemberton sindromu).

 

Kretinizm:

  • Yod çat­mazlığı vəziyyətinin kulminasiyası endemik kreti­nizmdir.
  • Bu xəstəlik anadangəlmədir, hamilə qadınlarda, döldə qal­xana­bən­zər vəzinin aktivliyinin zəifləməsi nəticəsində yeni­do­ğulmuş uşaqlarda mər­kəzi sinir sisteminin formalaşmasının cid­di poz­ğun­luqları meydana çıxır.
  • Bu xəstəliyin yeganə pro­fi­laktika üsu­lu hami­lə­lik planlaşdırıldıqda kifayət qədər yod qəbulu hesab olu­nur. Yod azlığı olan regionlarda yaşayan uşaq­larda bə­zən klas­sik endemik kretinizm yox, uşaqların psixi inki­şaf­dan qalması – endemik subkretinizm müşahidə edilir.
  • Həmin uşaqların eşit­mə və nitq qabiliyyəti pozulur. Qida rasio­nun­da kifayət qədər yod olmaması yaşlı insanların fiziki və zehni iş qabiliyyətinin pozulması ilə nəticələnir.

Klinika

  • Endemik urun klinik əlamətləri həmişə qabarıq, şiddətli olmur. Klinik əlamətlər endemik amilin ağırlığından asılıdır.
  • Məktəb yaşlı uşaqlarda qalxanabənzər vəzi böyüməyə başlayır, lakin heç bir şikayəti olmur. Cinsi yetişkənlik dövründə orqanizmdə hormonal sistem aktivləşdikdə qalxanabənzər vəzinin həcmi görünə biləcək dərəcəyə çatır, şikayəti olmur, ancaq estetik görünüşü dəyişir.
  • Qadınlarda xüsusilə hamiləlikdən sonra zaman keçdikcə qalxanabənzər vəzi böyüməyə başlayır. Bu zaman daha çox psixoloji (Globus histericus) şikayətlər (boğulma hissi, boğazda sıxılma, əsəbilik və s.) xüsusilə qalxanabənzər vəziyə aid olmayan şikayətlər olur.

 

Diaqnostikası

Şübhə

Boyunun ön nahiyəsində şişkinlik, təngnəfəslik, boğulma və boğazda sıxılma hissi EU-a şübhə yaradan göstəricilərdir.

Dəqiqləşdirmə

  • Ailə anamnezi
  • Boyunun ön nahiyəsində şişkinliyin olması
  • USM aparılmalı
  • TSH yoxlanmalı;
  • Retrosternal və intratorasik uru müəyyən etmək üçün KT aparılmalıdır.
  • Endemik ur üçün sidikdə yodun miqdarı ölçülməlidır

Diaqnostik meyarlar

  • USM-də vəzinin həcminin artması
  • Sidikdə yodun miqdarının normadan az olması
  • TSH-ın normadan çox olması
  • TSH yüksəksə, anti-TPO və anti-TQ təyin edilməlidir. Eutiroid urda 15-20% hallarda anti-TPO, anti-TQ müsbət ola bilər.
  • KT və MR-in intratorasik böyüyən qalxanabənzər vəzinin aşkarlanması və həcminin təyinində xüsusi əhəmiyyəti var. Digər tərəfdən çox böyük urda traxeya, qida borusu, damarlara və ətraf toxumalara olan təzyiqi və bədxassəli şişlərdə invaziyanı müəyyən edir.

 

Müalicə

Boyun orqanlarına (qida borusu, traxeya və damarlara) sıxıcı təsir göstərərsə, 3 müalicə formasından biri seçilir

  1. Dərman müalicəsi;
  2. Cərrahi müalicə;
  3. Radioaktiv yod müalicəsi

 

  • Dərman müalicəsi – Endemik urun müalicəsi fizioloji dozada yod təyini ilə başlanılmalıdır. Vəzinin həcmi kiçilmədikdə tiroid prepa­rat­ları 6 aydan artıq müddətə təyin olunur.
  • Cərrahi müalicə – Endemik urda bir qayda olaraq cərrahi müalicə tətbiq edilmir.
    • Müstəsna olaraq,
      1. Estetik məqsədlə;
      2. İntratorasik böyümədə;
      3. Boyun orqanlarının sıxılma sindromları
      4. Bədxassəli şübhəsi varsa;
    • Aparılan cərrahi müalicə:
      1. Bilateral subtotal tiroidektomiya
      2. Totalayaxın tiroidektomiya
      3. Total tiroidektomiya
  • Radioaktiv yod müalicəsi – son zamanlar qeyri – toksik diffuz urlarda radioaktiv yod müalicəsindən istifadə olunur.
    • Göstəriş:
      • vəzinin həcmini kiçiltmə məqsədilə;
      • intratorasik lokalizasiyada (kiçiltmə və əməliyyatı asanlaşdırma)
      • çox böyük urlarda (radioterapiya ilə vəzinin həcminin kiçilməsi və əməliyyat;
      • boyun orqanlarını sıxırsa;
      • subklinik tirotoksikoz başlayıbsa

 

Boyun – döş arxası ur

Tərifi

Döş qəfəsinin giriş səviyyəsinə qədər uzanmış və ya kütlənin 50%-dan çoxu döş sümüyü arxasında olarsa, retsosternal ur adlanır.

Diaqnostik əlamətlər

  • Təngnəfəslik, xırıltı, boğulma, disfagiya, «boğazda kütlə»
  • Yuxarı boş vena sindromu, stenokardiya tutmaları
  • Tirotoksikoz və arıqlama
  • “Pemberton” əlaməti müsbət olur
  • Döş qəfəsinin 2 proyeksiyada rentgenoqrafiyası zamanı, xüsusilə qida borusu kontrastlaşdırıldıqda divararalığında törə­mə və ya traxeya deviasiyası müəyyən edilir.
  • KT və MRT ən uyğun müayinə üsuludur

Təsnifatı

Formasına görə

  • Boyun-döş arxası (urun böyük hissəsi boyunda yer­lə­şir)
  • Döş arxası-boyun (urun böyük hissəsi döş qəfəsində yer­ləşir)
  • Döşdaxili

Lokalizasiyasına görə

  • ön mediastinal (85-90%)
  • arxa mediastinal (10-15%)

İnkişafına görə

  • Birincili – divararalığındakı ektopik toxumadan inkişaf edir (1%).
  • İkincili – qalxanabənzər vəzinin toxumasından inkişaf edərək boyun nahiyəsindən döş sü­mü­yünün arxasına keçir. Belə urun qan təchizatı aşağı və yuxa­rı qalxanabənzər arteriyalar hesabına olur.

Böyüməsinə görə

  • I dərəcə – qalxanabənzər vəzinin törəməsinin döş arxasına keçməyə meylli olması;
  • II dərəcə – qalxanabənzər vəzinin müəyyən hissəsi vidaci çu­­xurdan aşağıda, döş sümüyünün arxasında yerləşir. Ud­ma aktı zamanı o yuxarıya, boyuna doğru qalxır;
  • III dərəcə – udma aktı zamanı qalxanabənzər vəzinin törə­mə­­­si yuxarı qalxmır və döş arxası hissənin palpasiyası mümkün olmur;
  • IV dərəcə – qalxanabənzər vəzinin hər hansı payının yalnız yu­xarı qütbü boyunda yerləşir və palpasiya olunur. Vəzinin əsas hissəsi döş sümüyünün arxasında yerləşir;
  • V dərəcə – qalxanabənzər vəzinin döşdaxili yerləşməsi, me­diastinal distoniyası.

Rastgəlmə tezliyi

  • Boyun – döş arxası ur 2%-40% hallarda yayılmışdır.
  • Qadın kişi nisbəti 3:1-dir.

Etiopatogenezi

  • Tam məlum deyil. Divararalığına ektopik vəzi toxumasından inkişaf edir və divararalığının damarları ilə qidalanır.

 

Klinik gedişi və ağırlaşmaları

  • Klinik gedişi urun lokalizasiyasından asılıdır 3 forması var:
    1. Boyun – döş arxası
    2. Döş arxası – boyun
    3. Döşdaxili
  • Ön mediastinumdakı ur qayıdan qırtlaq sinirinin ön və traxeyanın ön-bayır səthinə doğru, arxa mediastinumdakı ur isə yuxu arteriyasının yatağı və qayıdan qırtlaq sinirinin arxasından aşağıya doğru uzanır. Bu orqan və toxumalara sıxıcı təsir edir. Xəstələrin 11%-də sternotomiyaya ehtiyac olur.

Klinika

Urun döşdaxili yerləşməsinin əsas təyinedici simp­­tomlarına xəs­tənin braxiomorf tipli bədən qu­ruluşuna ma­lik olması, döş qəfəsinin yu­xa­rı hissəsinin genişlənməsi, qal­xanabənzər vəzinin kütləsinin təd­ricən diffuz və düyünlü böyü­məsi aiddir. Boyun-döş arxası urun klinik simptomatikası:

  • Respirator – Təngnəfəslik, xırıltı, boğulma
  • Qida borusu ilə əlaqəli – disfagiya, «boğazda kütlə»
  • Damar – yuxarı boş vena sindromu, stenokardiya tutmaları
  • Nevroloji – Serebral şiş, mədə-bağırsaq qanaxmaları, səs bağlarının iflici, xırıltılı səs, Horner sindromu
  • Metabolik – Tirotoksikoz, bədən çəkisinin azalması

Qalxanabənzər və­zi tamamilə və ya hissəvi olaraq boyunda palpasiya edillir. Lakin 10-20% hadisələrdə vəzini palpator təyin etmək müm­kün olmur.

 

Diaqnostika

Şübhə

Aşağıdakı əlamətlərdən hər hansı biri varsa, retsosternal ura şübhə yaranır:

  • tənəffüs yolu sııxılmasına bağlı – zəif öskürək və ya dispnoe
  • qida borusu və siniri sıxması ilə bağlı – disfagiya, disfoniya
  • mediastinal kütlənin venoz dönüşü çətinləşdirilməsi ilə bağlı – üzdə və boyunda çəhrayı-mavi rəng dəyişikliyi
  • nəfəs darlığı

Dəqiqləşdirmə

  • Boğulma, səs batması və tənəffüs çatışmazlığı varsa, QB-in USM-i və ağciyər rentgenoqrafiyası müayinəsi aparılmalıdır.
  • Tirotoksikoz əlamətləri varsa, tiroid hormonlar yoxlanılmalıdır.
  • Rentgenoloji müayinədə törəmə müəyyən edilərsə, differensial diaqnostika üçün KT və MRT müayinələri aparılır.
  • EUS

Diaqnostik meyarlar

  • Tiroid hormonlarında hipertiroidizmə uygun dəyişiklik ola bilər;
  • Döş qəfəsinin 2 proyeksiyada rentgenoqrafiyası zamanı, xüsusilə qida borusu kontrastlaşdırıldıqda divararalığında törə­mə müəyyən edilməsi və törəmənin ud­ma aktı zamanı hərəkətli olması;
  • USM döş arxası yerləşmiş tiroid toxumasının vəziyyəti haq­qın­da dolğun informativ məlumat vermir. EUS-la (transezofageal sonoqrafiya) döş arxası lokalizasiyalı urun aşkarlanması;
  • Larinqoskopiya səs tellərinin funk­sio­nal pozğunluqlarının müəyyən edilməsi;
  • Kompüter və maqnit rezonans to­moqrafiyasında törəmənin ətraf orqan və toxumalara münasibətinin müəyyən edilməsi

 

Dif­ferensial diaqnostika

Dermoid sist, timoma, tuberkuloma, anev­rizma, limfoma, teratoma, nevrinoma və ikincili karsinoma ilə aparılmalıdır. Bu törəmələrin boyunla əlaqəsi olmur, udma aktı zamanı onlar yuxarı qalxmır, rentgenoloji müayinədə ye­r­də­yişmə olmur.

Müalicə

Müalicəsi cərrahi üsulla aparılır: Urun xaric edilməsi üçün:

  • Boyundan yanaşma
  • Strenotomiya

 

Özət

Ur qalxanabənzər vəzinin hər hansı bir səbəbdən böyüməsini ifadə edən bir termindir. Normal vəzinin həcmi 18-25 qr-dır. Vəzinin həcmi normadan 2 dəfə artıq olduqda buna ur demək olar (N=20 ; Ur =Nx2). Müəyyən coğrafi ərazidə yod çatmazlığına bağlı populyasiyanın 10%-dan çoxunda QV böyüməsi varsa, endemik ur olaraq qəbul edilir. Ur diffuz, həm tək, həm də çoxdüyünlü ola bilir. Urda hormonal vəziyyət vəzinin funksiyasını, sidikdə yodun miqdarı isə endemik durumu əks etdirir. USM ilə vəzinin həcmi müəyyən edilir. Restrosternal urda vəzinin 50%-dən çoxu döş sümüyü arxasında olur. Təngnəfəslik, xırıltı, boğulma, disfagiya, «boğazda kütlə», yuxarı boş vena sindromu, stenokardiya tutmaları əlamətləri olur.  KT ilə diaqnoz dəqiqləşdirilir. Sıxılma, boğulma əlamətləri varsa, cərrahi müalicə göstərişdir.

 

QALXANABƏNZƏR VƏZİNİN XOŞXASSƏLİ XƏSTƏLİKLƏRİ HAQDA SUALLAR

 

Suallar

Cavablar

Ur klinik gedişinə görə necə ola bilər?

Toksik və qeyri-toksik

Endemik ur nədir?

Müəyyən coğrafi ərazidə yod çatmazlığına bağlı populyasiyanın 10%-dan çoxunda QV böyüməsi varsa, endemik ur olaraq qəbul edilir.

Kretinizmin profilaktikası nədir?

Bu xəstəliyin yeganə pro­fi­laktika üsu­lu hami­lə­lik planlaşdırıldıqda kifayət qədər yod qəbulu hesab olu­nur.

Endemik urun mülicə üsulları hansılardır?

  1. Dərman müalicəsi
  2. Cərrahi müalicə
  3. Radioaktiv yod müalicəsi

Orqanizmin yod qəbulunun əsas göstəricisi nədir?

Orqanizmin yod qəbulunun əsas göstəricisi sidiklə ifraz olunan yodun miqdarıdır.

Restrosternal urda vəzinin neçə faizi döş sümüyü arxasında olur.

50%-dən çoxu

Boyun – döş arxası ur hansı meyarlara görə təsnif edilir?

Formasına, lokalizasiyasına, inkişafına, böyüməsinə

Boyun – döş arxası ur hansı xəstəliklərlə differensiasiya edilməlidir?

Dermoid sist, timoma, tuberkuloma, anev­rizma, limfoma, teratoma, nevrinoma və ikincili karsinoma ilə differensiasiya  aparılmalıdır.