Özət
Dalaq kütlələri dalaqda yerləşən neoplastik və ya digər mənşəli sistik, toxumalı və ya qarışıq tərkibli yerli xəstəliklərə verilən ümumi addır. Dalaq törəmələrinin yarısından çoxu bəd xassəlidir və bunların arasında ən çox rast gəlinəni limfoma və metastatik adenokarsinomadır. Xoşxassəli törəmələrin təxminən yarısı kistlərdir və bunların da əksəriyyətini parazitar kistlər təşkil edir. Dalaq kütlələri klinik olaraq müxtəliflik göstərə bilirlər: kiçik (5 sm-dən kiçik) xoşxassəli kistik və toxumalı törəmələr adətən asimptomatik olurlar, böyük kütlələr ətrafa təzyiq, hipersplenizm və digər ağırlaşmalarla biruzə verə bilirlər, metastatik törəmələrda adətən əsas xəstəliyin ələmətləri ön planda olur. Diaqnostikası üçün əvvəlcə klinik və USM müayinələri aparılır, törəmənin ilk növbədə abses, kistik və ya toxumalı olduğu müəyyən edilir, sonra isə səbəbi dəqiqləşdirmək üçün KT və digər müayinələr aparılır. Bu müayinələrlə səbəb dəqiqləşdirilmirsə və bəd xassəlilik inkar edilmirsə biopsiya və ya splenektomiya edilə bilər. Dalaq törəmələrində səbəbinə uyğun müalicə aparılır.
Dalaq kütlələri üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova
Dalaq kütlələri
|
Suallar |
Cavablar |
|
Dalaq kütlələrinin klinik-morfoloji cəhətlərinə görə təsnifatı: |
|
|
Dalağın ən çox rast gəlinən bədxassəli törəməsi hansıdır? |
Limfoma və metastatik adenokarsinoma |
|
Dalağın ən çox rast gəlinən xoşxassəli törəməsi hansıdır? |
Kistlər (parazitar kist) |
|
Klinik əlamətləri hansılardır? |
|
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
|
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
USM və/və ya venoz faza KT |
|
Erkən arterial faza KT müayinəsi dalaq kütlələrinin təyini üçün niyə məsləhət deyil? |
Dalaq mozaik boyandığı üçün (“zebra görüntüsü”) |
|
Dalağın kistik törəmələrinin diaqnostikası üçün hansı müayinə lazımdır? |
USM |
|
Dalağın toxumalı törəmələrini dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
|
|
Görüntüləmə əlamətləri nələrdir? |
USM-də izo, hiperexogen və ya heterogen törəmə; KT-də isə adətən kontrast tutan törəmə; |
|
Hematoma üçün xarakterik əlamətlər hansılardır? |
|
|
Dermoid kistlərdə xarakterik Görüntüləmə əlamətləri nələrdir? |
KT-də:
|
|
Hemagioma üçün xarakterik görüntüləmə əlamətləri hansılardır? |
Kontrastlı KT və ya MRT-də arterial fazada periferik düyünşəkilli kontrastlaşma, venoz və gec fazalarda kontrastı buraxmama |
|
Dalq kütlələrində müalicə üsulları hansılardır? |
Səbəb uyğun |
|
Əməliyyata göstərişlər nələrdir? |
Parazitar, simtomatik və ya böyük ölçülü epitelial və psevdokistlərdə və səbəbi bilinməyən kistlər |
Dalaq absesi
|
Suallar |
Cavablar |
|
Dalaq absesi nədir? |
Dalağın parenximasının məhdud irinliyidir. |
|
Rastgəlmə tezliyi nə qədərdir? |
Əhalinin 0.05-0.7%-də rast gəlinir |
|
Hansı klinik formaları var? |
|
|
Səbəbi və ya risk faktorları nələrdir? |
|
|
Patogenezi nədən ibarətdir? |
|
|
Ağırlaşmaları nələrdir? |
|
|
Klinik əlamətləri hansılardır? |
|
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Klinik əlamətləri və USM müayinəsində əlamətlər olan xəstələrdə |
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
|
|
Laborator əlamətləri nələrdir? |
|
|
Görüntüləmə əlamətləri nələrdir? |
KT – Dalaqda hipodens sahə, maye və qaz səviyyəsi |
|
Diaqnostik kriteriyalarını sadala? |
Dalaqda kistik və ya qarışıq törəmə, SİRS və ya sepsis əlamətləri |
|
Müalicə üsulları hansılardır? |
Konservativ (antibiotik) və cərrahi |
|
Əməliyyata göstərişlər nələrdir? |
|
|
Əməliyyat üsulları hansılardır? |
|
|
Proqnozu nədir? |
10-47% hallarda ölümlə nəticələnir. |
Dalaq kistləri
|
Suallar |
Cavablar |
|
Yalançı kist nədir? |
Travma və infarktan sonra əmələ gələn divarında epitel qatı olmayan kistlərdir |
|
Həqiqi kist nədir? |
Divarı epitellə örtülü, əksər hallarda anadangəlmə mənşəli kistlərdir |
|
Rastgəlmə tezliyi nə qədərdir? |
Dermoid və epidermal kistlər nadir rast gəlinir |
|
Hansı klinik formaları var? |
|
|
Səbəbi və ya risk faktorları nələrdir? |
|
|
Gediş xüsusiyyəti necədir? |
|
|
Ağırlaşmaları nələrdir? |
|
|
Klinik əlamətləri hansılardır? |
Əksərən asimptomatikdir, böyüdükdə (>5 sm) və ya partladıqda simptomlar üzə çıxır |
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Exinokok və ya travma anamnezi olan xəstələrdə |
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
|
|
Görüntüləmə əlamətləri nələrdir? |
USM-də - anexoik görüntü; Kontrastlı KT-də - kontrast tutmur və oval görünür; |
|
Exinokok kistlərində xarakterik görüntüləmə əlamətləri nələrdir? |
|
|
Müalicə üsulları hansılardır? |
|
|
Əməliyyata göstərişlər nələrdir? |
Simptomatik və böyük kistlər |
|
Əməliyyat üsulları hansılardır? |
|