Tərifi və təsnifatı
Ürək qapaqlarının qazanılmış xəstəlikləri dedikdə 4 qapaqdan hər hansı birinin və ya bir neçəsinin daralması və ya çatışmazlığı nəzərdə tutulur.
- Mitral çatışmazlıq və ya darlıq
- Üçtaylı qapaq çatışmazlıq və ya darlığı
- Aorta qapaq çatışmazlığı və ya darlığı
- Pulmonar qapaq çatışmazlığı və ya darlığı
Mitral qapaq darlığı
Tərifi
Mitral darlıq sol qulaqcıq və mədəcik arasındakı qapağın daralmasına deyilir. Bu adətən ağciyərlərdə durğunluğa və ağırlaşmalara səbəb olur.
Rastgəlmə tezliyi
Qərb ölkələrində <1% dır; Asiya və Afrikada daha çox yayılmışdır.
Etiologiyası
Revmatik xəstəliklər ən çox rast gəlinən səbəbidir.
Klinikası
Əsas əlamətləri təngnəfəslik, bronxit, hemoptiz, səyrici aritmiya, döş sümüyünün sol kənarında ağrıdır. Zirvədə guruldayıcı orta-diastolik küy ən çox rast gəlir.
Diaqnostikası
Diaqnozu dəqiqləşdirmək üçün exokardioqrafiya, təzyiq ölçmək və ağırlıq dərəcəsini müəyyənləşdimək üçün ürək kateterizasiyası lazım gəlir.
Müalicəsi
Daralmanı mexaniki yollarla aradan qaldırmaq əsas müalicə prinsipidir və bu məqsədlə aşağıdakılar tətbiq edilə bilir:
- Açıq kommisurotomiya
- Balon plastikası
- Qapaq təmiri və ya dəyişdirilməsi
Əməliyyata göstərişlər:
- Mitral qapaq sahəsinin <1.0 sm2 olması (normal qapaq sahəsi 3-4 sm2)
- Təkrarlanan tromboemboliyalar
- Mitral qapaq cərrahiyyəsi PMK-ya (perkutan mitral komissurotomiya) uyğun olmayan simptomatik mitral qapaq darlığı xəstələrinə göstərişdir.
- İnvaziv müdaxilə olan PMK (perkutan mitral komissurotomiya) cərrahiyyə əməliyyatı riski yüksək olan mitral qapaq darlığı xəstələrinə göstərişdir.
Proqnoz
Əməliyyat ilə 10 illik yaşam 80% təşkil edir. Ürək çatışmazlığı əlamətləri olarsa proqnoz pisləşir.
Mitral qapaq çatışmazlığı
Tərifi
Mitral çatışmazlıq sol qulaqcıq və mədəcik arasındakı qapaqların yetərli qapanmamasıdır. Bu requrgitasiyaya və ağırlaşmalara səbəb olur.
Rastgəlmə tezliyi
Ən çox rast gəlinən qapaq xəstəliyidir! Yayılması 2% təşkil edir.
Etiologiyası
Səbəbləri mitral qapaq prolapsı (anadangəlmə və ya xorda/papilyar əzələ cırılması), revmatik xəstəliklər, endokardit və birləşdirici toxuma xəstəlikləridir.
Klinikası
Kəskin mitral qapaq çatışmazlığı ürək çatışmazlığı əlamətləri ilə təzahür edir. Xroniki MÇ fiziki hərəkət zamanı təngnəfəslik və ortopnoe, zirvə vurğusunun yerdəyişməsi, pansistolik küy, 80% hallarda səyrici aritmiya ilə özünü göstərir.
Diaqnostikası
Diaqnoz exokardioqrafiya, TEE ilə dəqiqləşdirilir. Ürək boşluqlarının kateterizasiyası müayinəsi də istifadə oluna bilər.
Müalicəsi
Qapaqların dəyişdirilməsi və ya təmiri (annuloplastika, P2 qapaq tayı rezeksiyası, A2 qapaq tayı rezeksiyası, yeni xorda köçürülməsi) əsas müalicədir.
Əməliyyata göstərişlər:
- Kəskin mitral çatışmazlıq
- Ürəyin atım fraksiyası aşağı olan (AF<30%) simptomatik xəstələr
- Sol mədəcik disfunksiyası (AF<60% və ya sol mədəcik sistola sonu diametri>45mm) olan asimptomatik xəstələr;
- Əməliyyat riski yüksək olan, lakin müdaxilə üçün exokardioqrafik kriteriyalı mitral çatışmazlığı olan xəstələr perkutan mitral qapaq müdaxiləsinə göstərişdir.
Proqnoz
Müalicə edilməmiş ciddi MÇ olan xəstələrdə bir il ərzində ölüm 5%-dir. Aşağı riskli xəstələrdə əməliyyat zamanı ölüm riski 1-2%-dir. Erkən əməliyyat olunanların ömrü xeyli uzanır. Mitral qapaq təmiri əməliyyatı olan xəstələrdə proqnoz daha yaxşıdır. Mexaniki qapaq protezləşdirilməsi olunan xəstələr ömürboyu warfarin içməli və ayda ən gec 1 dəfə İNR analizinə baxılmalıdır. İNR dəyərinin 2.0-3.5 arasında saxlanması lazımdır.
Aorta qapaq darlığı
Tərifi
Aorta qapaq darlığı (stenoz) sol mədəcikdən qanın qovulmasını çətinləşdirməklə ağırlaşmalara səbəb olur.
Rastgəlmə tezliyi
65 yaşdan yuxarı şəxslərin 1-2%-ində rast gəlir.
Etiologiyası
Kalsifik zədələnmə, revmatik xəstəliklər və anadangəlmə ikitaylı qapaq ən çox rast gəlinən səbəbləridir. İkitaylı aorta qapağı ürəyin ən çox görünən anadangəlmə qapaq qüsurudur- 1-2%.

Klinikası
Klinikasında döş qəfəsi ağrısı, təngnəfəslik və özündəngetmədən ibarət üçlük xarakterik əlamətləridir. Qəfləti ölüm ola bilir. Yavaş yüksələn, aşağı həcmli nəbz, zirvə vurğusunun qabarması, aorta üzərində yüksək olub yuxu arteriyalarına yayılan sistolik küy rast gəlir. Xəstəlik irəlilədikcə ürək çatışmazlığı əlamətləri inkişaf edir.
Diaqnostikası
Exokardioqrafiya əsas diaqnostik üsuldur. Kateterizasiya müayinə üsulu əməliyyat planlanan xəstələrdə lazım gəlir.
Müalicəsi
Darlığın aradan qaldırılması əsas prinsipdir, bu məqsədlə süni qapaq və balon valvuloplastika lazım gəlir. Yüksək riskli xəstələrdə transfemoral aorta qapaq implantasiyası və ya balon valvuloplastika tətbiq edilir.
Əməliyyata göstərişlər:
- Ciddi yüksək qradientli (orta qradient ≥ 40mmHg, sürət zirvəsi ≥ 4m/s) simptomatik aorta qapaq darlığı olan xəstələr
- Ürək atım fraksiyası aşağı olan (AF<50%), aşağı qradientli (orta qradient ≤40mmHg) ciddi aorta qapaq darlığı olan xəstələr
- Ciddi aorta qapaq darlığı olan, məşq testində simptomları bəlli edən asimptomatik xəstələr
- Aorta qapaq sahəsi 0.75 sm2-dən kiçik olan xəstələr
Proqnoz
Döş ağrıları olan xəstələrdə ortalama yaşama müddəti 5 il, özündəngetmə simptomu olanlarda 3 il, xroniki ürək çatışmazlığı olanda isə 2 il təşkil edir.
![]() |
![]() |
Aorta qapaq çatışmazlığı
Tərifi
Aorta qapaqlarının yetərli dərəcədə qapanmamasıdır. Bu nəticədə requrgitasiya və ağırlaşmalara səbəb olur.
Rastgəlmə tezliyi
<1% yayılma
Etiologiyası
Səbəblərini revmatik xəstəlik, endokardit, aorta disseksiyası, Marfan sindromu və başqa birləşdirici toxuma xəstəlikləri, kalsifik zədələnmə və travma təşkil edir.
Klinikası
Kəskin aortal çatışmazlıq (endokarditlərdə) sol mədəcik çatışmazlığı ilə ortaya çıxır. Xroniki yetməzlik isə başlanğıcda adətən asimptomatikdir. Gec dövrlərdə sol mədəcik yetməzliyinə bağlı ortopnoe, yorğunluq, təngnəfəslik ortaya çıxır. Geniş nəbz təzyiqi, kollapsedici, su-çəkic nəbzi əlamətləri, Quinkenin əlaməti (dırnaq yatağı pulsasiyası), Corrigan əlaməti (görünən boyun pulsasiyası), De Musset əlaməti (başın önə əyilməsi), Durozier əlaməti (budda diastolik küy), hiperdinamik yerdəyişmiş zirvə vurğusu, erkən diastolik küy, requrgitant axının ön mitral qapaq tayına vurması nəticəsində yaranan orta diastolik Austin-Flint küyü rastlanır.
Diaqnostikası
Diaqnozu exokardioqrafiya ilə dəqiqləşdirilir, ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün kateterizasiya lazım gəlir.
Müalicəsi
Müalicəsi üçün qapağın təmiri və ya dəyişdirilməsi lazım gəlir, cərrahi və perkutan üsullar tətbiq edilə bilər.
Əməliyyata göstərişlər:
- Kəskin aorta qapaq çatışmazlığı (infektiv endokardit və aort disseksiyası səbəbli) təcili əməliyyata göstərişdir.
- Simptomatik aort qapaq yetməzliyi olan xəstələr
- Ürək atım fraksiyası (AF<50%) az olan və sol mədəcik genişlənməsi (sol mədəcik diastola sonu diametr > 70mm və ya sol mədəcik sistola sonu diametr >50mm) olan asimptomatik xəstələr
Proqnoz
Kəskin yetməzlikdə proqnoz pisdir, xroniki yetməzlikdə isə ürək yetməzliyi meydana gələnə qədər proqnoz yaxşıdır.
Üçtaylı qapaq yetməzliyi
Üçtaylı qapaq sağ qulaqcıq və mədəcik arasında yerləşir, stenozu nadir rast gəlir, yetməzliyi isə nisbətən çox rast gəlinir.
Etiologiyası
Səbəblərini revmatizm, bakterial endokardit, karsinoid şişlər, Ebşteyn anomaliyası, küt travmalar, və pulmonar hipertenziyanın törətdiyi həlqə genişlənməsi təşkil edir.
Klinikası
Sistolik küy, boyun venalarının genişlənməsi və pulsasiyası əsas klinik əlamətləridir.
Diaqnostikası
Diaqnozu exokardioqrafiya ilə qoyulur.
Müalicəsi
Yüngül dərəcəli çatışmazlıqda müalicə lazım gəlmir, ağır dərəcədə isə cərrahi müalicə üçün annuloplastika ilk seçim olmalıdır.
Özət
Ürək qapaqları mədəciklərin girişində və çıxışında yerləşən və qanın bir istiqamətdə keçməsini təmin edən klapanlardır. Qapaqlarda baş verən patologiyalar iki qrupa ayrılır: çatışmazlıq və daralma. Bəzən eyni qapaqda həm daralma həm də çatışmazlıq ola bilir.
Revmatizm, endokarditlər, kollagenozlar, papillyar əzələ disfunksiyası və destruksiyası qapaq patologiyalarının ən çox rast gəlinən səbəbləridir.
Qapaqların çatışmazlığı qanın geri qayıtmasına səbəb olur, daralmaları isə çıxmasını çətinləşdirir. Nəticədə qapaqdan əvvəlki hissədə hipertenziya və durğunluq, qapaqdan sonrakı hissədə isə qan həcminin azalması baş verir. Ləng inkişaf edən xəstəliklərin erkən mərhələsində bu dəyişikliklər kompensasiya olunur, lakin müəyyən müddətdən sonra dekompensasiya baş verir və ürək çatışmazlığı əlamətləri ortaya çıxır. Kəskin proseslərdə kompensasiya mümkün olmur və dekompensasiya tez əmələ gəlir. Xəstəliyin gedişi qüsurun dərəcəsindən və yerindən asılıdır. Aorta və mitral daralmaların gedişi daha ağırdır.
Qapaq xəstəlikləri adətən hərəkət vaxtı təngənəfəslik və tez yorulma əlamətləri ilə təzahür edir, müayinədə küylərin eşidilməsi xarakterikdir. Diaqnozu dəqiqləşdirmək üçün exokardioqrafiya lazım gəlir, ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün isə ürək boşluqlarının kateterizasiyası və təzyiq ölçülməsinə ehtiyac yaranır.
Müalicədə bərpa əsas tədbirdir və bu məqsədlə valvuloplastika, annuloplastika, kommisurotomiya, mexaniki və ya bioloji qapaqlarla əvəzetmə həyata keçirilə bilər. Müalicə üsulunun seçimində xəstəliyin gedişi-kəskin ya xroniki, xarakteri-çatışmazlıq ya daralma və yeri-üçtaylı, mitral, aorta nəzərə alınır. Kəskin və ağır dərəcəli qüsurlarda əməliyyat ilk seçimdir.
Qapaq xəstəlikləri üzrə suallar
Mitral qapaq darlığı
|
Suallar |
Cavablar |
|
Mitral qapaq darlığı nədir? |
Sol qulaqcıq və mədəcik arasındakı qapağın kalsifikasiyası ya daralmasıdır |
|
Ən çox rast gəlinən səbəbi nədir? |
Revmatizm |
|
Şikayətlər hansılardır? |
|
|
Obyektiv əlamətləri nələrdir? |
|
|
Hansı diaqnostik müayinələr edilməlidir? |
|
|
Müalicə metodları hansılardır? |
|
|
Yüngül simptomatik xəstələr üçün dərman müalicəsini nə təşkil edir? |
Sidikqovucular, ACE-inhibitorları |
|
Proqnozu necədir? |
Əməliyyat sonra 80% xəstələr 10 ilə qədər yaşayır. |
|
Müalicə üçün göstərişlər hansılardır? |
|
Mitral qapaq çatışmazlığı
|
Suallar |
Cavablar |
|
Mitral qapaq çatışmazlığı nədir? |
Sol qulaqcıq və mədəcik arasındakı qapağın kifayət qədər qapanmaması |
|
Səbəbləri hansılardır? |
|
|
Ən çox rast gələn səbəblər hansılardır? |
|
|
Şikayətlər hansılardır? |
Adətən gizli və gec bilinən: təngnəfəslik, ürəkdöyünmə, yorğunluq |
|
Obyektiv əlamətləri nələrdir? |
Küy – holosistolik, zirvədə olub qoltuqaltı nahiyəyə yayılan |
|
Diaqnozu necə qoyulur? |
|
|
Müalicəsi nədən ibarətdir? |
|
|
Müalicə üçün göstərişlər hansılardır? |
|
Aorta qapaq darlığı
|
Suallar |
Cavablar |
|
Aorta qapaq darlığı nədir? |
Aorta qapağının destruksiya və kalsifikasiyası nəticəsində daralmasına görə sol mədəcikdən qanın qovulmasının çətinləşməsi |
|
Səbəblər hansılardır? |
|
|
Şikayətlər nələrdir? |
|
|
Obyektiv əlamətlər hansılardır? |
Küy, adətən sistolik |
|
Nə üçün uca, gur eşidilən küy yaxşı əlamət hesab edilir? |
Sol mədəciyin funksiyasının saxlanmasını göstərir |
|
Zaman keçdikcə nə üçün aorta darlığının küyü azala bilər? |
Sol mədəciyin funksiyası azalarsa |
|
Diaqnozu necə qoyulur? |
Exokardioqrafiya və ürək boşluqlarının kateterizasiyası |
|
Müalicəsi nədən ibarətdir? |
Valvuloplastika və ya aorta qapağının dəyişdirilməsi |
|
Əməliyyata göstərişlər nələrdir? |
|
|
Əməliyyat risqi yüksək olanlarda nə edilir? |
Balon aort “valvuloplastikası” (perkutan) Transfemoral aorta qapaq implantasiyası |
|
Transfemoral aorta qapaq implantasiyası nə deməkdir? |
Yüksək riskli xəstələrdə döş qəfəsi açılmadan və anesteziya verilmədən transfemoral yolla aorta qapağının dəyişdirilməsi |
Aorta qapaq çatışmazlığı
|
Suallar |
Cavablar |
|
Aorta qapağının çatışmazlığı nədir? |
Aorta qapağının tam qapanmamasıdır |
|
Səbəblər nələrdir? |
|
|
Şikayətlər hansılardır? |
|
|
Obyektiv əlamətləri nələrdir? |
|
|
Corrigan nəbzi nədir? |
|
|
Diaqnozu necə qouyulur? |
Exokardioqrafiya və ürək boşluqlarının kateterizasiyası |
|
Müalicəsi nədən ibarətdir? |
Aorta qapağın təmiri və ya dəyişdirilməsi |
|
Əməliyyata göstərişlər hansılardır? |
|
İnfeksion endokardit
|
Suallar |
Cavablar |
|
İnfeksion endokardit nədir? |
Ürək qapaqlarının bakterial infeksiyasıdır, uzun sürən qızdırma ilə müşayiət olunur |
|
Şərait yaradıcı vəziyyətlər hansılardır? |
|
|
Ən çox səbəb olan törədicilər hansılardır? |
|
|
Əlamətləri/simptomları hansılardır? |
|
|
Hansı diaqnostik müayinə metodları həyata keçirilməlidir? |
|
|
Müalicəsini nə təşkil edir? |
Antibiotikoterapiya |
|
Proqnozu necədir? |
Qapaqlarda ciddi çatışmazlıq yaranarsa qapağın təmiri və ya protezləşdirilməsi |

