Özət
Peritonit periton qişasının müxtəlif septik və ya aseptik səbəblərdən meydana gələn iltihabına deyilir. Klinik praktikada ən çox istifadə olunan təsnifata görə peritonitlər kəskin və xronik peritonitlərə bölünür. Kəskin peritonit – kəskin zədələnmə və eksudativ iltihabla xarakterizə olunur və 3 klinik forması var: birincili, ikincili və üçüncülü peritonitlər. Xroniki peritonit isə xroniki zədələnmə, fibroz və ya qranulomaların inkişafı ilə xarakterizə olunur (tuberkuloz, qranulomatoz, fibroz-skleroz və s.)
Birincili peritonitlər - orqan möhtəviyyatının ekstra- vazasiyası olmadan periton boşluğundakı (birincili bakterial peritonit, vərəm, bruselyoz) iltihabdır.
İkincili və ya cərrahi peritonitlər – boşluqlu-vəzili orqanların möhtəviyyatının və ya iltihabı eksudatın periton boşluğuna keçməsi (iltihab, perforasiya, nekroz, yaralanma) nəticəsində baş verir. Xəstəlik əksər hallarda kəskin ağrılarla başlayır, bir neçə saat ərzində SİRS və sepsis əlamətləri qoşulur, ardınca kompartman və multiorqan yetməzlikləri meydana gəlir. Diaqnozu klinik əlmətlər əsasında qoyulur (ağrılı gərgin qarın, SİRS və sepsis əlamətləri), laparoskopiya və ya laparotomiya ilə dəqiqləşdirilir. Ağırlıq dərəcəsini, səbəbini müəyyənləşdirmək və differensial diaqnostika üçün laborator, görüntülmə müayinələri aparılır. İkincili peritonitlərdə təcili əməliyyat (mənbənin və irinli-nekrotik toxumaların aradan qaldırılması) antibiotikoterapiya, anti-kompartman və dəstək müalicələri lazımdır.
Üçüncülü peritonit periton boşluğunu kirlədən mənbənin aradan qalxmasına baxmayaraq davam edən ikincili peritonitə deyilir. İmmunosupressiyanın baş verməsi ilə əlaqədar olduğu ehtimal edilir.
Tuberkuloz peritoniti birincili olaraq peritonda ola bilər və ya qarındaxili və qarınxarici orqanlardakı prosesin yayılması kimi ortaya çıxa bilər. Vərəm peritoniti əksər hallarda xroniki assit əlamətləri ilə biruzə verir, az hallarda isə kəskin peritonit əlamətlərinə rastlanır. Assitlə yanaşı hərarət və gecə tərləmələri xarakterikdir. Diaqnozu dəqiqləşdirmək üçün assitik mayenin müayinəsi, KT, periton biopsiyası edilir. Assitik mayedə vərəm çöplərinin və ya DNA-sının tapılması və ya biopsiyada dev hüceyrəli kazeoz qranulma vərəm peritoniti diaqnozunu dəqiqləşdirir. Vərəm peritonitinin əsas müalicəsi antituberkuloz müalicədir, əməliyyat göstərişə görə aparılır (keçməzlik, perforasiya, diaqnostik çətinlik).
Peritonit üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, F.Əhmədov
İkincili peritonit
|
Suallar |
Cavablar |
|
İkincili peritonit (cərrahi peritonit) nədir? |
İkincili peritonitlər abdominal orqanların xəstəliklərinin, əməliyyat və travmalarının ağırlaşması olub, boşluqlu-vəzili orqanların möhtəviyyatının və ya iltihabı eksudasiyanın periton boşluğuna keçməsi (iltihab, perforasiya, nekroz) nəticəsində baş verir. |
|
Hansı klinik formaları var? |
|
|
Səbəbi və ya risk faktorları nələrdir? |
Kəskin appendisit, pankreatit, xora, şiş və divertikul perforasiyası, anastomoz buraxması və genital iltihabi xəstəliklər və s. |
|
Patogenezi nədən ibarətdir? |
Cərrahi peritonit = abdominal iltihab + SİRS-sepsis + abdominal kompartman |
|
Gediş xüsusiyyəti necədir? |
proqressiv gedişlidir, letallıq 10-80% təşkil edir |
|
Ağırlaşmaları nələrdir? |
|
|
Klinik əlamətləri hansılardır? |
|
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
Qarında kəskin ağrısı olan bütün xəstələrdə |
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
Kəskin peritonitin patoqnomonik əlaməti yoxdur və diaqnoz klinik kriteriyalar əsasında qoyulur, laparoskopiya və ya laparotomiyada dəqiqləşdirilir. |
|
Laborator əlamətləri nələrdir? |
Leykositoz, CRP artması, orqan yetməzlikləri |
|
Görüntlüləmə əlamətləri nələrdir? |
|
|
Diaqnostik kriteriyalarını sadala? |
|
|
Müalicə üsulları hansılardır? |
Klassik ”4+ prinsipi” üzərində qurulur:
Əsas müalicəsi təcili əməliyyatdır. |
|
Əməliyyata göstərişlər nələrdir? |
Bütün ikincili peritonitlər |
|
Əməliyyat üsulları hansılardır? |
Laparotomiya və ya laparoskopiya ilə mənbənin aradan qaldırılmsı və ya nəzarətə alınması, peritonun sanasiyası və drenajı |
|
Proqnozu nədir? |
Təcili əməliyyata alinmasa proqnozu pisdir |
|
Xəstəliyin ən xaraketrik özəlliyini bir cümlə ilə necə ifadə edərsiniz? |
Qarındxili xəstəliklərin, əməliyyatların və travmaların ən ağır ağılraşmasıdır, təcili əməliyyat mütləqdir. |
Tuberkulez peritoniti
|
Suallar |
Cavablar |
|
Tuberkulez peritoniti nədir? |
Vərəm çöplərinin peritonda törətdiyi iltihabdır |
|
Rastəlmə tezliyi nə qədərdir? |
Vərəm xəstələri arasında rastgəlmə tezliyi – 0,5-1,5% təşkil edir |
|
Hansı klinik formaları var? |
Birincili İkincili Disseminasiya |
|
Səbəbi və ya risk faktorları nələrdir? |
Səbəbi--Micobacterium tuberculosis Risk faktorlari
|
|
Patogenezi nədən ibarətdir? |
Ehtimal edilir ki, vərəm infeksiyası peritonda və limfa düyünlərində limfadenit və kazeoz nekroz törədir. Prosesin davam etməsi disseminasiyaya, bu isə assit və fibrozun əmələ gəlməsinə səbəb olur. |
|
Gediş xüsusiyyəti necədir? |
Əksər hallarda vərəm peritoniti konservativ müalicə ilə aradan qalxa bilir. Müalicə olunmayan və ağırlaşmış vərəm peritonitləri letal nəticələrə gətirib çıxara bilir. |
|
Ağırlaşmaları nələrdir? |
|
|
Klinik əlamətləri hansılardır? |
|
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
|
|
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
Klinik , laborator (EÇS, tuberkulin testi) və görüntüləmə (USM, KT) və biopsiya |
|
Laborator əlamətləri nələrdir? |
Assitik mayedə və ya kültürdə vərəm çöplərinin görünməsi |
|
Görüntlüləmə əlamətləri nələrdir? |
|
|
Diaqnostik kriteriyalarını sadala? |
|
|
Müalicə üsulları hansılardır? |
Antituberkuloz müalicə Cərrahi müdaxilə |
|
Əməliyyata göstərişlər nələrdir? |
|