Özət
Mənbəyinə görə peritoneal törəmələr iki qrupa bölünür: birincili və ikincili. Peritonda rast gəlinən törəmələrin əksəriyyəti ikincilidir (peritoneal karsinomatoz), adətən mədə-bağırsaq, yumurtalıq və digər orqanların bəd xassəli şişlərinin yayılması nəticəsində meydana gəlir, əsasən assit və kütlə əlamətləri ilə biruzə verirlər. Peritonun birincili törəmələri nadir rast gəlir, xoşxassəli (lipoma, fibroma, və s) və bədxassəli mezotelioma, psevdomiksoma) ola bilir.
Retroperitoneal fibroz az rast gələn patologiya olub retroperitoneal sahədə iltihabın və fibrozun inkişafı ilə xarakterizə olunur, retro- peritoneal orqanların sıxılmasına gətirib çıxarır. Bu vəziyyət əksər hallarda birıncılı - idiopatik olur (Ormond xəstəliyi, periaortit, fibroz periuretrit), az hallrda isə ikincili səbəbidir (dərmanlar, kimyaterapiya, radioterapiya, əməliyyat, travma və s). İdiopatik retroperitoneal fibroz bel ağrısı, hərarət, sidik axarı və ya damar obstruksiyası ilə ortaya çıxır, KT və ya MRT-də retroperitonda infiltrasiya görünür. Bəd xassəli infiltrasiyalardan differensiasiya etmək üçün biopsiya lazım gəlir. İkincili fibrozda səbəbə yönəlik müalicələr, birincili fibrozda isə prednizolon immunosupressorlar tətbiq edilir, obstruksiya varsa stend qoyulur.