Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Yoğun bağırsağın anatomiyası və fiziologiyası - Suallar

Anatomiya və fiziologiyası üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva                        

 

 Yoğun bağırsaq hansı arteriyalarla təchiz olunur?

  • Yuxarı çöz arteriyası
  • Aşağı çöz arteriyası
  • Daxili qalça arteriyası

Yuxarı çöz arteriyasının hansı şaxələri yoğun bağırsağı təchiz edir?

İlekolik, sağ və orta kolik arteriyalar

Aşağı çöz arteriyasının hansı şaxələri var?

Siqmoid, sol kolon və yuxarı rektal arteriyalar

Yuxarı və aşağı çöz arteriyaları arasında hansı əlaqələr var?

İki yolla əlaqə var:

  • birincisi hüdudi arteriya
  • ikincisi Riolan qövsü.

Yoğun bağırsağın venoz axını hansı venalara olur?

»   Yuxarı çöz venası

»   Aşağı çöz venası

»   Orta və aşağı rektal venalar

Toldt ağ xətti nə deməkdir?

Qalxan və enən çənbər bağırsağın lateral kənarında parietal peritonun visseral peritona keçən yeri (periton büküşü)

Gİ traktın hansı hissəsinin seroz qatı yoxdur?

Ezofagus, düz bğırsağın orta və distal hissəsinin

Nazik bağırsaqla yoğun bağırsağın görünüşünə görə ən böyük fərqləri hansılardır?

Kolonda tenialar, haustriyalar və piy çıxıntıları var, nazik bağırsaqlarda isə bunlar  yoxdur, səthi sayadır.

Rektumun qan təchizatı necədir?

Proksimal:  yuxarı rektal arteriya  (aşağı çöz arteriyasının şaxəsidir)

Orta: orta hemorraidal arteriya (daxili qalça arteriyanın şaxəsidir)

Distal: aşağı rektal arteriya (daxili qalça arteriyadan ayrılan pudendal arteriyanın şaxəsidir)

Rektumun venoz drenaji necədir?

Proksimal: aşağı çöz venasından dalaq venasına, buradan da qapı venasına

Orta: daxili qalça venasından aşağı boş venaya

Distal: daxili qalça venasından aşağı boş venaya

Kolonun əsas funksiyaları hansıdır?

Suyun sorulması, qoruyucu (bakterial flora, epitelilal immun sistem) və nəcis rezervuarı və defekasiya