Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Yoğun bağırsağın bəd xassəli törəmələri - Özət və Suallar

Özət

Yoğun bağırsağın bəd xassəli törəmələrinin əksəriyyəti selikli qişadan inkişaf edən adenokarsinomalardır, karsinoidlər və digər mezenximal törəmələr az rast gəlinir. Adenokarsinomalrın etiologiyası dəqiq bilinmir, lakin bəzi irsi xəstəliklər (polipoz sindromlar, qeyri-polipoz sindrom), poliplər, iltihabi xəstəliklər və yağlı qidalar risk faktoru hesab edilir. Klassik olaraq kolon kanserinin əksəriyyətinin polip-kanser mərhələləri üzrə inkişaf etdiyi ehtimal olunur. Xəstəlik adətən erkən mərhələdə asimptomatik olur, böyüdükcə və yayıldıqca qarın əlamətləri (qəbzlik, diarreya, köp, diskomfort, ağrı və qarında kütlə) və ya ağırlaşmalar (qanaxma, anemiya, keçməzlik, perforasiya – abses və peritonit) ortaya çıxa bilir. Kolon və düz bağırsaq xərçənginin diaqnozu kolonoskopiya və biopsiya ilə dəqiqləşdirlir, mərhələsini müəyyənləşdirmək üçün KT, MRT, EUS, bəzən də PET-KT lazım gəlir. Həm kolon və həm də düz bağırsaq kanserlərində radikal rezeksiya əsas müalicədir, residivi azaltmaq və şişi kiçiltmək üçün göstərişə görə kimya və radioterapiya əlavə edilir. Kolon kanserində “əvvəl rezeksiya, sonra göstərişə görə kimyaterapiya”, düz bağırsaq xərçəngində isə “əvvəl kimya-radioterapiya, sonra əməiyyat, sonra isə kimyaterapiya” ardıcıllığı seçilir.

 

Kolorektal xərçəng üzrə suallar

N.Y.Bayramov, A.Səfiyeva

 

Kolorektal xərçəng nədir?

Kolon və rektumun adenokarsinomasıdır

Rastgəlmə tezliyi?

Ən çox rast gəlinən Gİ kanseridir

50 yaşdan sonra daha çox rast gəlinir və 70-80 yaş pik nöqtədə sayılır.

Şişdən ölüm arasında nə qədər yayğındır?

Şiş ölümü verən üçüncü yayılmış kanserdir

Qadın kişi nisbəti?

1:1

Risk faktorları hansılardır?

Diet: az lifli və çox yağlı qidalar

Genetik xəstəliklər: polipoz sindromları (ailəvi polipoz və s), irsi qeyri-polipoz kolon kanseri

Bağırsaq xəstəlikləri: poliplər, xoralı kolit, Kron xəstəliyi

Yaş, ailədə və anamnezdə kolon kanseri

Genetik faktorlar neçə faizində rastlanır?

Kolorektal kanserlərin 10-15% genetik mənşəlidir, qalanları sporadikdir.

Lynch sindromu nədir?

İrsi qeyri-polipoz kolon kanseridir, autosomal dominant xəstəlikdir,

Ailə anamnezi olmayan xəstələrdə kolon kanseri yoxlaması üçün müasir tövsiyələr nələrdir?

50 yaşdan başlayaraq ildə bir dəfə perrektum müayinə (şişlərin 10% rektal müayinə zamanı aşkarlanır),nəcisdə gizli qan testi və kolonoskopiya

I dərəcəli qohumları arasında kolon kanseri olan xəstələrdə kolon kanserini yoxlamaq üçün müasir tövsiyələr nələrdir?

Ailə anamnezi olan xəstələrdə 40 yaşından başlayaraq ildə bir dəfə də kolonoskopiya və ya virtual kolonoskopiya

Sağ tərəfli törəmələrdə hansı əlamətlər olur?

Sağ tərəfdə bağırsaq mənfəzi böyük olduğu üçün tumor təcili ağırlaşmalar törətmədən əvvəl daha böyük ölçülərə çatır, əlamətləri zəif olur: anemiya, melena, hematoxeziya, yeməkdən sonra diskomfort, əzginlik

Sol tərəfli törəmələrdə hansı əlamətlər olur?

Sol tərəfdə mənfəz dar və nəcis yarımbərk (formalaşmış nəcis) olur, bağırsaq vərdişləri dəyişir, tutmaşəkilli ağrılar olur, obstruksiya əlamətləri izlənir, qarında kütlə, ürəkbulanma, qusma, qəbizlik, qanaxma olur

Hansı tərəfdə melena daha çox olur?

Sağ tərəfli kolon kanserlərində

Hansı tərəfdə hemotoxeziya daha çox olur?

Sol tərəfli kolon kanserlərində

Rektal kanserin rastgəlmə tezliyi nə qədərdir?

Bütün kolorektal kanserlərin 20-30%-ni təşkil edir

Kolon kanserinin yayılma yolları hansılardır?

Yerli yayılma: mənfəzə, bağırsaq divarına, daha sonra abdominoperineal orqanlara

Hematogen yolla: portal qanla qaraciyərə, lumbar/vertebral venalardan ağciyərə

Limfogen yolla: regional düyünlərə

Rektal kanserin əlamətləri və simptomları nədir?

Ən çox müşahidə olunan simptomları hematoxeziya, (qırmızı qan ifrazı və ya nəcislə qarışıq qan), selik ifrazı, tenezm, natamam defekasiya aktıdır (rektumda kütlənin olması ilə izah olunur).

Kolonda hansı törəmələr ola bilər?

Adenokarsinoma, karsinoid şiş, lipoma,

liposarkoma, leyomioma, leyomiosarkoma, limfoma, divertikulyar xəstəlik, xoralı kolit, Kron xəstəliyi, poliplər

Kolorektal kanserin diaqnozu necə dəqiqləşdirilir?

Kolonoskopiya və biopsiya

Mikrosistik anemiyası olan

kişilərdə və ya postmenopauzal qadınlarda anemiyanın səbəbi dəqiqləşənə qədər hansı xəstəliyi ilk planda tutmaq lazımdır?

Kolon kanserini

CEA-nın faydası varmı?

Skrininq və diaqnostika üçün xeyr, amma residivi təyin etmək üçün faydalıdır

Rektal kanseri olan xəstələrdə yerli invaziya və yayılmanı hansı müayinələr daha dəqiq göstərir?

Çanaq MRT və endorektal USM.

Yerli yayılmanı qiymətləndirmək üçün MRT yoxsa endorektal USM daha yaxşıdır?

Çanaq MRT. MRT həm divar invaziyasını həm də mezorektuma və limfa düyünlərinə yayılımı dəqiq göstərir. Endorektal USM isə divar invaziyasını dəqiq göstərsə də, mezorektuma və limfa düyünlərinə yayılmanı göstərməkdə zəifdir.

Kolon kanseri metastazlarını hansı müayinələrlə aşkarlamaq olar?

Döş qəfəsi KT (ağciyər metastazı üçün)

Qarın KT və qaraciyərin funksional testləri (qaraciyər metastazları üçün)

Digər testlər anamnez və fiziki müayinəyə görə aparılır (məsələn, əgər müayinə sırasında sol bazuda zəiflik varsa beyin metastazları üçün beyin KT)

Kolon kanserinin mərhələsinin təyini üçün hansı təsnifatlar varr?

Duke təsnifatının Astler-Coller modifikasiyası, TNM dərəcələmə sistemi

Duke təsnifatının Astler-Coller modifikasiyasını təsvir edin.

A

Submukozaya invaziya

B1

Əzələ qatına invaziya

B2

Subserozaya invaziya

C

Limfa düyününə metastazları

D

Uzaq metastazlar

TNM mərhələlərini təsvir edin

I mərhələ

Submukoza və əzələ qatına invaziya (T1-2, N0, M0)

II mərhələ

Divarın bütün qatlarına və ya ətrafa invaziya, lakin limfa düyünlərinə metastaz yoxdur (T3-4, N0, M0)

III mərhələ

Limfatik düyünlərdə var, uzaq metastazlar yoxdur (hər hansı T, N1-3, M0)

IV mərhələ

Uzaq metastazlar var(hər hansı T, hər hansı N, M1)

Hansı müalicə üsulları var?

Endoskopik, cərrahi, kimyaterapiya və radioterapiya.

Endosopik rezeksiya nə vaxt aparılır?

Əsasən kiçik və erkən mərhələdəki düz bağırsaq kanserlərində

Radikal rezeksiyaya nə aiddir?

Bağırsağın şişdən azad sərhədlərdə və müsariqə ilə birlikdə çıxarılması

Kolon kanserində təmiz cərrahi sərhədlər makroskopik olaraq necə təyin olunur?

Törəmədən 5 sm proksimala və 2 sm distala

Rektal kanser üçün minimal cərrahi sərhəd nə qədərdir?

2cm

Kolon kanseri ilə düz bağırsaq kanserinin müalicəsi arasında prinsipal fərq hansıdır?

Kolon kanserində adətən əvvəl cərrahi müalicə, sonra isə göstərişə görə kimyaterapiya aparılır, rektum kanserində isə əvvəl kimyaradioterpiya, sonra cərrahi rezeksiya, daha sonra isə kimyaterapiya aparılır.

Kolon kanserlərində əməliyyatdan sonra kimyaterapiyaya göstərişlər hansılardır?

Limfatik düyünlərə yayılma, metastaz, keçməzlik, perforasiya

Kolon kanserində hansı halda adyuvant kimyaterapiyaya ehtiyac yoxdur?

Erkən mərhələdə (I mərhələ)

Rezektabel rektum kanserində əməliyyatdan əvvəl niyə kimyaradioterapiya aparılır?

Şişi kiçiltmək və residivi azaltmaq üçün.

Radioterapiyaya kimyaterapiyanın əlavə edilməsində məqsəd nədir?

Sitostatik dərmanlar şiş hüceyrələrinin radioterapiyaya həssaslığını artırır.

Hansı rektum kanserində əməliyyatdan əvvəl kimyaradioterapiyaya ehtiyac yoxdur?

I mərhələdə.

Anusdan 5 cm yuxarı törəmələrdə bəzi cərrahlar anastamozla yanaşı nə əlavə edirlər?

Anastamozu “qorumaq” üçün müvəqqəti ileostomiya qoyurlar

Kolon kanseri üçün hansı adjuvant terapiya məsləhətdir?

FOLFOX və ya FOLFRİ

Hədəf müalicələri hansı hallarda əlavə edilir?

Şiş hüceyrələrində c-ras mutasiyası tapılanlarda tirozinkinaza reseptorlarının blokatorları (böyümə faktorları anticisimləri)

Düz bağırsaq kanserində əməliyyatdan əvvəl hansı neoadyuvant müalicə verilir?

Radioterapiya və 5- florurasil

Kolorektal kanserlərin ən çox uzaq metastazı hardadır?

Qaraciyər

Kolorektal kanserlərin qaraciyər metastazlarının müalicəsi necədir?

Rezektabeldirsə rezeksiya etmək və kimyaterapiya etmək, rezektabel deyilsə kimyaterapiya etmək və rezektabel vəziyyətə gətirmək.

Niyə kolorektal kanserləri əməliyyatdan sonrakı ilk 3 ayda mütləq müayinə etmək lazımdır?

Kolorektal kanserlərin 90% ilk 3 ayda residiv verirlər.

Postoperativ 3 ayda hansı kontrol müayinələr təqdirə layiqdir?

Klinik müayinə, nəcisdə gizli qan, CEA, kolonoskopiya və KT

Böyüklərdə kolon obstruksiyasının ən çox rast gəlinən səbəbləri hansılardır?

Kolon kanseri, divertikulyar xəstəlik, burulma