Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Onikibarmaq bağırsağın cərrahi xəstəlikləri - Özət və Suallar

Özət

12bb divertikulu bağırsaq divarının kənara qabarmasıdır (yırtığıdır), çox az hallarda əlamət və ağırlaşma (qanaxma, perforasiya, daş, pankreatit və s) törədir, diaqnozu endoskopiya və kontrastlı müayinələrlə dəqiqləşdirilir, asimptomatik formada izləmə, simptomatik formada konservativ, ağırlaşmalarda isə cərrahi vəya endoskopik müdaxilə lazım gəlir.

12bb-ın birincili xoş və bədxassəli törəmələri az rast gəlinir, əksər hallarda böyüməyə və ağırlaşmalara meyllidirlər. Diaqnozu endoskopiya və biopsiya ilə dəqiqləşdirilir. Ektopik mədə mukozası istisna olmaqla bütün duodenal törəmələr çıxarılmalıdr. Qeyri – rezektabel törəmələrdə  palliativ əməliyyatlar və radioterapiya edlə blər.

Yuxarı çöz arteriyası sindromu onikibarmaq bağırsağın 3-cü hissəsinin yuxarı çöz arteriyası ilə aorta arasında sıxılması nəticəsində meydana gələn duodenal keçməzlikdir (mexaniki duodenostaz). Yeməkdən sonra ağrı və qusma əlamətləri ilə biruzə verir. Dianostikası üçün endoskopiya, kontrastlı müayinə və KT angioqrafiya aparılır, üzü aşağı uzanandıqda ağrının azalması, duodenal genişlənmə, törəmənin olmaması və arterio – aortal bucağın 25 dərəcədən kiçik olması xarakterik əlamətləridir. Müalicəsi üçün əksər hallarda cərrahi yolladır (Treys bağlarının kəsilməsi, dudenoyeyunostomiya).

 

 

12bb divertikulu üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.Əhmədov

 

 

Suallar

Cavablar

12bb divertikulu nədir?

12bb divarının kənara qabarmasıdır (yırtığıdır)

Rastəlmə tezliyi nə qədərdir?

5-20% hallarda rast gəlinir

Hansı klinik formaları var?

Pulsion

Traksion

Ağırlaşmaları nələrdir?

İltihablaşma-divertikulit

qanaxma,

perforasiya,

obstruksiya,

pankreatit,

bağırsaq keçməzliyi

Klinik əlamətləri hansılardır?

Asimptomatik -əlamət vermir

Simptomatik-qarindan ağrı, ürəybulanma,qusma,  diskomfort,şişkinlik hissi

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

Endoskopiya

Kontrast KT

Kontrast rentgen

Əməliyyat üsulları hansılardır?

Laporaskopik rezeksiya

 

12bb xoş şişləri

Suallar

Cavablar

Hansı klinik formaları var?

Adenomalar (Brunner vəzi adenoması)

Leyomiomalar

Karsinoid törəmələr

Heterotopik mədə mukozası

Villoz adenoma

Ağırlaşmaları nələrdir?

  • Qanaxma
  • Obstruksiya (OBB, öd yollarını)
  • Maliqnizasiya

Klinik əlamətləri hansılardır?

  • Asimptomatik-əksəriyyəti
  • Ağırlaşma olarsa əlamətlər meydana çıxır

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

endoskopiya və biopsiya, KT və endoskopik USM

Müalicə üsulları hansılardır?

Ektopik mədə mukozasi istisna olmaqla bütün duodenal törəmələr

çıxarılmalıdır.

Əməliyyat üsulları hansılardır?

  • Ayaqcıqlı törəmələrdə – endoskopik eksiziya
  • Geniş əsaslı törəmələrdə – cərrahi eksiziya
  • Maliqnizasiya olmuş törəmələrdə – pankreato-duodenal rezeksiya

 

12bb bəd şişləri

Suallar

Cavablar

Hansı klinik formaları var?

  • Adenokarsinoma
  • Leyomiosarkoma
  • Limfoma

Ağırlaşmaları nələrdir?

Obstruksiya, qanaxma və mexaniki sarılıq

Klinik əlamətləri hansılardır?

Ağrı

Qanaxma

12bb keçməzliyi

Sarılıq

Qarında kütlə

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

endoskopiya və biopsiya, endoskopik USM və KT

PET- KT

Müalicə üsulları hansılardır?

  • Adenokarsinoma və leyomiosarkomalarda:
    •  rezektabel mərhələdə pankreatoduodenal rezeksiya
    •  qeyri-rezektabel mərhələdə – palliativ əməliyyatlar və radioterapiya
  • Limfomada radio- və kimyaterapiya

Əməliyyat üsulları hansılardır?

pankreatoduodenal rezeksiya

Proqnozu nədir?

Ümumi 5 illik yaşama 18%, radikal rezeksiyalardan sonra 5 illik yaşama 30%

 

Yuxarı çöz arteriyası sindromu

Suallar

Cavablar

Yuxarı çöz arteriyası sindromu nədir?

12bb-ın 3-cü hissəsinin yuxarı çöz arteriyası ilə aorta arasında sıxılması nəticəsində meydana gələn duodenal keçməzlikdir (mexaniki duodenostaz)

Rastəlmə tezliyi nə qədərdir?

Az rast gəlinir, əsasən sürətli arıqlayanlarda müşahidə olunur.

Səbəbi  və ya risk faktorları nələrdir?

Travma və yanıqlar

Patogenezi nədən ibarətdir?

Arteriya-aorta bucağı  25 dərəcədən az, məsafə isə 2,5-4 mm-ən kiçik olduqda duodenumun 3-cü hissəsi sıxılır və keçməzlik əlamətləri ortaya çıxır

Gediş xüsusiyyəti necədir?

Əksər hallarda keçməzlik hissəvi və davamlı xarakter alır

Ağırlaşmaları nələrdir?

  • xroniki qusmalar – qida azlığı, arıqlamanın artması
  • OBB genişlənməsi və divarın qalınlaşması

Klinik əlamətləri hansılardır?

Köp

Ağrı

Qusma

Arıqlama

Hansı xəstələrdə şübhələnmək lazımdır?

Yeməkdən sonra ağrısı, qusması olanlarda

Qusmadan və üzü aşağı uzandıqdan sonra ağrısı azalanlarda

Endoskopik  və  kontrastlı  müayinələrdə  OBB  genişlənməsi,  diffuz  divar qalınlaşması və distal obstruksiya olduqda

Dəqiqləşdimək  üçün hansı müayinələr lazımdır?

KT-angioqrafiya

Laborator əlamətləri nələrdir?

Yoxdur

Görüntlüləmə əlamətləri nələrdir?

OBB  genişlənməsi,  diffuz  divar qalınlaşması və distal obstruksiya olduqda

Müalicə üsulları hansılardır?

Erkən mərhələdə konservativ tədbirlər

Xroniki mərhələdə (qalın divar) əməliyyat mütləqdir

Əməliyyat üsulları hansılardır?

  • Treytz  bağının kəsilməsi və OBB-n azad edilməsi və ya
  • Duodenoyeyunostomiya