Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Mədə və Onikibarmaq bağırsağın xora xəstəliyi - Özət və Suallar

Özət

Xora – trofiki pozulma nəticəsində epitel və dərin qatlarda əmələ gələn qeyri – travmatik defect

Eroziya – epitel qatında defektə deyilir.

Peptik xora – mədə şirəsinin iştirakı ilə əmələ gələn xora (selikli qişanın qoruyucu mexanizmləri ilə mədə şirəsinin aqressivliyi arasındakı disbalans nəticəsində əmələ gələn xora).

İkincili və ya simptomatik xoralar – digər xəstəliklərin əlamətlərindən biri və ya ağırlaşması kimi meydana gələn mədə və 12bb xoralarıdır (endokrin, dərman, stress xoraları və s).

Birincili xora və ya xora xəstəliyi – mədə və ya onikibarmaq bağırsaq (12bb) divarında xolaralaşma ilə xarakterizə olunan xəstəlikdir və xəstəliyin əsas klinik və morfoloji əlaməti xoradır. Helikobacter pilory əsas səbəb kimi qəbul edilir, lakin siqaret, QSİƏD, düzənsiz qidalanma, stress, genetik meyillik və s. amillərin də rolu vardır. Bu faktorlar selikli qişanın müdafiəsi ilə mədə şirəsinin aqressivliyi arasındakı tarazlığı pozaraq  xoranın əmələ gəlməsinə səbəb olurlar. Xəstəlik adətən vaxtaşırı təkrarlayan epiqastral ağrılarla başlayır, nadir hallarda isə ağrısız ola bilir və ağırlaşmalarla ortaya çıxır. Xoranın yerindən və ağırlaşmalardan asılı olaraq ağrı ac qarına, gecələr, yeməkdən sonra və ya daimi ola bilər. Ağrı ilə yanaşı qıcqırma, bulantı və qusma da ola bilər.  Xəstəlik həftələr və aylarla davam edə bilər, vaxtında müalicə olunmadıqda qanaxma, perforasiya, stenoz törədə bilər. Diaqnozu endoskopik müayinə ilə dəqiqləşdirilir, xora defektinin görünməsi xarakterikdir.  Müalicəsi əsasən konservativdir, turşu sekresiyasını azaltma və anti-helikobakter tədbirləri əksər hallarda xoranı sağaldır və residivlərin qarşısını alır. Cərrahi müalicə göstərişə görə aparılır: ağırlaşmalar və konserfativ müalicəyə cavab verməyən hallar .

Orqanizmdə böyük stress törədən vəziyyətlər nəticəsində mədə və 12bb-də əmələ gələn kəskin xoralar ümumi adla kəskin stress xoraları adlanır. Bu xoralar əksər hallarada qanaxma ilə biruzə verirlər, az hallarda perforasiya, nadir hallarda isə ağrı ortaya çıxır.

 

 

Mədə və 12bb xoraları üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, F.Əhmədov

 

Peptık xora

Peptik xora nə deməkdir?

Mədə şirəsinin təsirindən əmələ gələn xora

Hansı tezlikdə rast gəlinir?

Təxminən 10%

Peptik xoranın əmələ gəlmə mexanizmi necədir?

Selikli qişanı qoruyan və zədələyən faktorlar arasında tarazlığın pozulması nəticəsində baş verir.

Selikli qişanın qoruyucu mexanizmlərinə nələr aiddir?

  • selik
  • epitel regenerasiyası
  • qan təchizatı
  • antioksidantlar
  • digər

Selikli qişanı zədələyən faktorlara hansılar aiddir?

  • hidrogen xlorid turşusu
  • öd
  • qidalar
  • digər

Hansı bakteriya xora əmələ gəlməsində   mühüm rol oynayır?

Helicobakter pilory

Digər etioloji amillər hansılardır?

  • Hiperasidlik
  • QSİƏD
  • Qan təchizatının pozulması
  • Digər

Hansı əlamət və ağırlaşmalar törədə bilir?

Ağrı, qanaxma, perforasiya, obstruksiya

Ağırlaşmalar  hansı tezlikdə rastlanır?

Təxminən 10-30%

 

Duodenal xoralar

Hansı yaşlarda daha çox rastlanır?

30-60 yaş arasında

Kimlərdə daha çox rast gəlinir: kişilərdə yoxsa qadınlarda?

Kişilərdə (kişi/qadın -3/1)

Ən çox harada yerləşir?

Soğanaqda (pilordan 2 sm məsafədə)

Əsas səbəbi və mexanizmi nədir?

H.Pilory və yüksək mədə turşuluğu

Digər risk faktorları hansılardır?

Kişi cinsi, siqaret, aspirin və digər QSİƏD, uremiya, Qastrinoma, travma, yanıq və s.

Şikayətləri hansılardır?

Epiqastral və ya sağ qabırğaaltı ağrılar, ürəkbulanma, qusma, qanaxma

Hansı obyektiv əlamətləri var?

Epiqastral və ya sağ qabırğaaltı ağrılı qarın, qanqusma, melena, hematoxeziya

Xarakterik əlaməti hansıdır?

Yeməkdən sonra azalan aclıq və ya  gecə ağrıları

Hansı xəstəliklərlə differensiasiya etmək lazımdır?

Kəskin xolesistit, pankreatit, mədə-bağırsaq qanaxmaları törədən digər xəstəliklər, qastrit, miokard infarktı, mədə xorası

Diqanozu necə dəqiqləşdirilir?

Endoskopiya ilə

Müalicə prinsipləri nələrdir?

  • Xoranı sağaltmaq üçün turşuluğu azaltmaq (antisekretor, antiasid), residivin qarşısını almaq üçün etiotrop (anti-helikobakter, QSİƏD kəsmə  və digər).
  • Əsasən konservativ, göstərişə görə cərrahi müalicə

Xora defekti nə qədər müddətə sağalır?

2-4 həftə ərzində

Hansı antisekretor dərmanlar istifadə edilir?

Hidrogen körüyü blokatorları və histaminoblokatorlar

Niyə HKB ilk seçimdir?

HKB-nin zəif anti-helikobakter təsiri var

Cərrahi müalicəyə göstərişlər hansılardır?

  • ağırlaşmalar (perforasiya, stenoz, massiv qanaxma)
  • konservativ müalicə ilə sağalmayan, tezliklə təkrarlayan xoralar

Hansı əlamət xoranın qanaxma ehtimalının yüksək olduğunu göstərir?

Endoskopiyada xora dibində damarın görünməsi.

 

Mədə xorası

Hansı yaş qrupunda daha çox rast gəlinir?

40-70 yaş arasında

Qadınlarda yoxsa kişilərdə çox rast gəlinir?

Kişilərdə

Hansı xora çox rast gəlinir: duodenal yoxsa mədə xoraları?

Duodenal xoralar mədə xoralarından  2 dəfə çox rast gəlinir

Əsas patomexanizm nədir?

Selikli qişa müdafiəsinin zəifləməsi

Mədə turşuluğu adətən yüksək yoxsa aşağı olur?

Turşuluq normal və ya aşağı olur

Hansı mədə xoralarında mədə turşuluğu yüksək olur?

Prepilorik və  duodenal xoralarla birlikdə rast gəlinənlər.

Hansı risk amilləri və səbəbləri var?

H.Pilory, siqaret, alkohol, QSİƏD, travma, yanıq, steroidlər, şok, irəli yaş

Ən çox harada yerləşir?

Kiçik əyrilikdə (75%)

Xarakterik əlaməti hansıdır?

Yeməkdən sonra artan epiqastrik ağrılar

Diaqnozu necə dəqiqləşdirilir?

Endoskopiya və biopsiya ilə

Nə üçün mədə xoralarında biopsiya mütləq edilməlidir?

Xərçəngdən differensiasiya etmək üçün

Nə üçün mədə xoralarında müalicədən 4-6 həftə sonra təkrari endoskopiya etmək lazımdır?

Xoranın sağaldığına əmin olmaq və xərçəngi inkar etmək üçün

Müalicəsi necə aparılır?

Duodenal xoralarda olduğu kimi (antisekretor və anti –helikobakter)

Əməliyyata göstərişlər hansılardır?

  • ağırlaşmalar (perforasiya, stenoz, massiv qanaxma)
  • konservativ müalicə ilə sağalmayan
  • tezliklə təkrarlayan xoralar
  • xərçəngdən fərqləndirilməsi çətin olan xoralar

Mədə xoralarında standart əməliyyat hansıdır?

Mədənin xora ilə birlikdə distal rezeksiyası