Özət
Mədə əməliyyatından sonra meydana gələn xroniki ağırlaşmalar və ya sindromlar üzvi mənşəli (anastomoz daralması, anastomoz xorası, gətirici ilgək sindromu, aparıcı ilgək sindromu, reflüks-qastrit, öd daşı) və ya funksional mənşəli ola bilər (dempinq sindromu, diareya, qastrostaz, qida azlığı).
Anstomoz xorası - mədə ilə bağırsaqlar arasında qoyulan anastomoz xəttində və ya bağırsaq ilgəyində meydana gələn peptik xoradır, ağırlaşma törətmə ehtimalı yüksəkdir. Asimptomatik, simptomatik (ağrı) və ya ağırlaşma əlamətləri ilə biruzə verə bilər (qanaxma və digər). Diaqnozu endoskopiya ilə dəqiqləşdirilir. Səbəbini təyin etmək üçün KT, qanda qastrin təyini, vaqotomiyanın tamlığını yoxlama və s. testləri aparılır. Müalicəsi üçün xora əlehinə tədbirlər, səbəbin aradan qaldırılması və ağırlaşmalara qarşı tədbirlər həyata keçirilir.
Gətirici və aparıcı ilgək sindromu mədə ilə anastomoz qoyulan ilgəyin gətirici və ya aparıcı qolunda baş verən mexaniki keçməzlikdir, əksər hallarda əlamətlər və ağırlaşmalar törədir. Diaqnozu KT və endoskopiya ilə qoyulur. Gətirici ilgək sindromu üçün 12bb-nin genişlənməsi, aparıcı ilgək sindromu üçün isə mədə güdülünün genişlənməsi xarakterikdir. Hər iki sindromun müalicəsi cərrahidir, bitişmələrin kəsilməsi, anastomozun yenilənməsi, Braun anastomozu (gətirici ilgək sindromunda), Bilrot II-nin Ru – Y anastomozuna çevrilməsi və s. lazım gələ bilir.
Reflüks qastrit qastroenteronastomozlardan sonra ödün mədəyə qayıtması nəticəsində baş verən qastritdir, ağrı, qıcırma ilə biruzə verir, əksər hallarda spontan olaraq keçib gedir, az hallarda isə davamlı olur. Diaqnozu endoskopiya ilə qoyulur. Konservativ müalicə əksər hallarda faydalı olur pəhriz, antasidlər, öd tutucular və s). Konservativ müalicəyə tabe olmayan ağır formalarda cərrahi müalicə göstərişdir (Ru – Y tipli anastomoza çevirmək).
Öd daşı mədə əməliyyatlarından sonra 20 – 30% hallarda rast gəlinir. Əlamətləri, diaqnostikası və müalicəsi standart qaydada aparılır (USM ilə diaqnostika, simptomatikdirsə, laparoskopik xolesistektomiya).
Dempinq və ya düşmə sindromu mədə əməliyyatlarından sonra qidaların mədədən bağırsağa sürətlə keçməsi (“düşməsi”) nəticəsində meydana gələn, yemək qəbulundan sonra hipovolemiya, hipoqlikemiya və qarın əlamətləri ilə xarakterizə olunan vəziyyətdir. Əksər hallarda spontan keçir, çox az hallarda isə ağır formada davam edir. Diaqnozu əksər hallarda klinik və anamnestik müayinələrə görə qoymaq mümkündür. Digər səbəbləri inkar etmək üçün endoskopiya, funksional və hormonal müayinələr aparıla bilər. Konservativ müalicə əksər hallarda faydalı olur (pəhriz, medikamentoz), konservativ müalicə ilə düzəlməyən ağır formalarda cərrahi müdaxilə lazım gəlir (Ru – Y tipli anastomoz və diər).
Diarreya mədə əliyyatlarından sonra meydana gələn epizodik və sulu defekasiya ilə xarakterizə olunan vəziyyətdir, əksər hallarda spontan və ya konservativ müalicələrlə keçib gedir. Diaqnozunu klinik olaraq qoymaq olur, lakin dəqiqləşdimək üçün digər səbəbləri inkar etmək lazımdır (sekretor, osmotik, iltihabi və hipermotorika). Əksər hallarda konservativ tədbirlərlə aradan qalxır, əməliyyat nadir hallarda gərəkir (antiperistaltik ilgək, Ru – Y tipli qastroenteroanastomoz və s.).
Qastrostaz evakuasiyanın pozulması nəticəsində baş verən mədə durğunluğudur. Xarakterik əlaməti mədənin öz sekresiyasını və ya az miqdarda qidaları evakuasiya edə bilməməsidir (nazoqastrik zonddan gün ərzində 1,5 litrdən çox ifrazat, zond çıxardıldıqda sonra təkrarlanması, kontrastlın mədədə 2 – 3 saatdan çox qalması, mədə genişlənməsi). Səbəbini dəqiqləşdirmək üçün endoskopiya və kontrastlı KT edilir. Mexaniki durğunluğun müalicəsi əsasən cərrahi yolladır, funksional qastrostazların müalicəsi isə əsasən konservativdir, cərrahi müalicə göstərişə görə aparılır.
Qida azlığı daha çox vitamin B12, D və dəmir əksikliyi şəkilində rast gəlinir. Diaqnozu qandakı səviyyələrinə görə müəyyənləşdirlir və əvəzedici tədbirlərlə aradan qalxır.
Mədə əməliyyatlarından sonrakı ağırlaşmalar üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, F.Əhmədov
|
Piyliklə örtmə əməliyyatı nə deməkdir? |
Perforasiya dəliyinin üzərinə piyliyin bir hissəsi qoyulur və tikişlə közənir |
|
Trunkal vaqotomiya nə deməkdir? |
Hər iki azan sinirin qarın boşluğuna daxil olan yerdə (qastroezofageal birləşmə səviyyəsində) 1-2 sm uzunluğunda seqmentinin kəsilib çıxarılması. Mədədən turşu seksresiyasını azaltmaq üçün aparılır. |
|
Trunkal vaqotomiya ilə birlikdə hansı digər prosedura da aparılmalıdır? |
Drenaj proseduraları (piloroplastika, antrektomiya və ya qastro-yeyunostomiya) |
|
Proksimal qastrik vaqotomiyanın üstünlüyü nədir? |
Drenaj prosedurasına gərək qalmır, çünki pilorun vaqal şaxələri saxlanılır. Dumping sindromu az rast gəlinir |
|
Bilrot- I əməliyyatı nə deməkdir? |
Mədə rezeksiya edildikdən sonra güdülü 12bb-la anastomoz edilir |
|
Bilrot-II əməliyyatı nədir? |
Mədə rezeksiya edildikdən sonra güdülü acı bağırsağın ilgəyi ilə anastomoz edilir |
|
Ru rezeksiyası nədir? |
Mədə böyük həcmli rezeksiyasıəndan sonra qalan kiçik güdülü Y-şəkilli tək bağırsaq ilgəyi ilə anastomoz edilir. |
|
Koxer manevri nədir? |
Duodenumun arxa divarını görmək üçün sol lateral tərəfindən sərbəstləşdirilməsidir |
|
Hansı xora əməliyyatı ən yüksək residiv verir? |
Selektiv vaqotomiya |
|
Hansı xora əməliyyatı ən az residiv verir? |
Antrumektomiya və vaqotomiya |