Özət
Boyun zədələnmələri həyati təhlükəli zədələnmələr hesab edilir. Boyunun yaralanmaları travmalar arasında 5-10% hallarda rast gəlinir və böyük zədələnmələri 10% hallarda letallıqla nəticələnir.
Təsnifatı. Klassik olaraq boyun zədələnmələri açıq (yaralanmalar) va qapalı (küt) zədələnmələrə ayrılır. Açıq zədələnmələr dərinliyinə (səthi, dərin), yerləşməsinə (I, II və III zona), klinik əlamətlərinə (böyük və kiçik əlamətlər) və zədələnən orqana görə (aerodigestiv, damarlar, fəqərə və digər) təsnif edilir.
Boyun yaralanmalarına yanaşma. Boyun yaralanmalarının diaqnostika və müalicəsinə tarixi olaraq dörd yanaşma mövcud olmuşdur: konservativ, aktiv cərrahi, zonalara və klinik-KT nəticələrinə əsaslanan selektiv yanaşma. Hazırda klinik-KT nəticələrinə əsaslana selektiv yanaşma tətbiq edilir. Bu yanaşmaya görə xəstənin stabilliyi, yaralanmanın klinik əlamətləri və stabil xəstələrdə KT nəticələri nəzərə alınaraq diaqnostika və müalicə seçilir
Boyun travmasında xəstənin stabil olub-olmamasından asılı olmayaraq əvvəlcə standart ardıcıllıqla (YADDAŞ) birinci yoxlama təkrarlanır, stabillik qiymətləndirilir və gərəkdirsə stabilləşdirmə tədbirləri həyata keçirilir.
Qeyri-stabil və ya böyük əlamətləri olan xəstələrdə (dərialtı geniş emfizema, xırıltılı səs, səsin karlaşması, qanhayxırma, qanqusma, boğulma əlamətləri, yarada kəsilmiş traxeya, yaradan massiv qanaxma, boyunda böyük hematoma, boyunda küy, yaradan hava qabarcıqlarının çıxması, qanqusma, mil arteriyası üzərində pulsasiyanın itməsi) həyatqurtarma tədbirləri başladılır və təcili əməliyyatxanaya verilir. İlk növbədə hava yolları zədələnmə əlamətləri və ya hava yoluna təhlükə törədən əlamətlər varsa etibarlı hava yolu – endotraxeal intubasiya edilir.
Stabil xəstələrdə ilk növbədə endotraxeal intubasiya ehtiyac olub-olmadığı müəyyənləşdirilir. Hava yolu etibarlılığı təmin edildikdən sonra boyunun zədələnməsinin “kiçik əlamətləri” (kiçik qanaxmalar, infuziyaya cavab verən hipotenziya, dərialtı və ya mediastinal hava, böyüməyən və ya pulsasiya etməyən hematoma, səs dəyişikliyi, disfagiya) yoxlanılır və bu əlamətlərdən hər hansı biri varsa KT edilərək damarlarda və digər orqanlarda zədələnmə axtarılır. KT-də zədələnmə tapılarsa uyğun cərrahi və ya invaziv müdaxilələr edilir. KT-də aerodigestiv zədələnmə tapılmadıqda, lakin xəstədə klinik əlamətlər olarsa (kiçik emfizema, səs dəyişikliyi, disfaqiya, qanqusma) bronxoskopiya və ezofaqoskopiya edilir.
Asimptomatik xəstələrdə 24 saatlıq izləmə tövsiyə olunur.
Boyun travmaları üzrə suallar
N.Y.Bayramov, Ş.Ə.Məmmədova
|
Suallar |
Cavablar |
|
Rastgəlmə tezliyi nə qədərdir? |
Travmalar arasında 5-10% hallarda |
|
Hansı növləri var? |
Açıq və qapalı |
|
Açıq zədələnmələrin dərinliyinə görə hansı növləri var? |
|
|
Açıq zədələnmələrin yerləşməsinə görə hansı növləri var? |
|
|
Klinik əlamətləri hansılardır? |
|
|
“Böyük əlamətlər” hansılardır? |
|
|
“Kiçik əlamətlər” hansılardır? |
|
|
Stabil və ya “kiçik əlamətlər” olan xəstələrdə ilkin yardım tədbirləri hansılardır? |
|
|
Asimptomatik xəstələrdə hansı tədbirlər görülməlidir? |
|
|
Hansı hallarda təcili torakotomiya edilməsi məsləhətdir? |
Ağciyər-bronx zədələnməsinə bağlı pnevmotoraks və ya döşdaxili böyük damar zədələnməsindən şübhə varsa |
|
Proqnozu nədir? |
Böyük zədələnmələri 10% hallarda letallıqla nəticələnir |